Suriyaya ABŞ-ın təxminən 600 əlavə hərbçisi gəlib
Bakı, 28 yanvar, AZƏRTAC
ABŞ ordusunun təxminən 600 hərbçisi Suriyada Fərat çayından şərqdə yerləşən Hərbi Hava Qüvvələrinin iki bazasına gəlib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, dünən onlar ABŞ-ın hərbi kontingentinin Suriyadan çıxarılmasında istifadə olunacaq əsas məntəqələr - Hələb əyalətinin Harab Işk və Sırrin bölgələrindəki bazalarda yerləşdirilib. Hasəkə əyalətindəki daha iki hərbi baza isə ağır silahların ölkədən çıxarılması üçün istifadə ediləcək.
Xatırladaq ki, yanvarın 24-də CNN telekanalı ABŞ hərbçilərini Suriyadan təhlükəsiz şəkildə çıxarmaq üçün bu ölkəyə əlavə qoşun kontingenti göndərdiyi barədə məlumat yaymışdı.
Bundan öncə, dekabrın 19-da isə ABŞ Prezidenti Donald Tramp Amerika qoşunlarının Suriyadan çıxarılması barədə göstəriş vermişdi. O özünün “Twitter” səhifəsində İŞİD qruplaşmasının məğlub edildiyini və qoşunların Suriyada mövcudluğunun yeganə səbəbinin bu olduğunu yazmışdı. ABŞ rəsmilərinin sözlərinə görə, sayı iki minə yaxın olan amerikalı hərbçilərin ölkədən çıxarılmasına iki-üç ay vaxt lazım gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]