ELM VƏ TƏHSİL
Şuşa Humanitar Kollecində “Heydər Əliyev və müstəqil Azərbaycan mövzusunda elmi-praktik konfrans keçirilmişdir
Bakı, 29 aprel (AZƏRTAC). Şuşa Humanitar Kollecində “Heydər Əliyev və müstəqil Azərbaycan mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Konfransda kollecin direktoru Rəsul İsmayılov dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin tarixi xidmətlərindən söhbət açmışdır.
Tədbirdə müdrik dövlət xadiminin ölkəmizin tərəqqisi, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyin qorunması sahəsində misilsiz fəaliyyətindən, milli-mənəvi dəyərlərimizin qorunması və gənclərə qayğısından bəhs edən məruzələr dinlənilmişdir.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsinin vacibliyini xüsusilə vurğulamışdır.
Konfransda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş bir qrup tələbəyə üzvlük vəsiqələri təqdim olunmuşdur.
Tədbirdə, həmçinin ümummilli lider Heydər Əliyevə həsr olunmuş inşa müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.
Konfransın sonunda kollecin tələbələri Ulu Öndərə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim etmişlər.