CƏMİYYƏT
Şuşa-Laçın yolunda avtomobildə baş verən yanğın söndürülüb

Bakı, 28 sentyabr, AZƏRTAС
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Şuşa rayonunun Şuşa-Laçın avtomobil yolunun Turşsu kəndi yaxınlığından keçən hissəsində nəqliyyat vasitəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şuşa Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus “KamAZ” markalı, həcmi 8 ton olan yanacaqdaşıyan avtomobilin yol kənarına aşması ilə yanğınla nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyi müəyyən olunub. Hadisə zamanı yol kənarında dayanan erməni vətəndaşlara məxsus “Hummer” və “Mercedes” markalı avtomobillərdə də yanğın baş verib.
Yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək ətraf ərazilərə yayılmasına imkan verilməyib.