Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞƏRH

Suverenliyinin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın növbəti hədəfi  ŞƏRH

Suverenliyinin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın növbəti hədəfi   ŞƏRH

Bakı, 17 sentyabr, AZƏRTAC

2023-cü il ölkəmizin həyatında mühüm, qürurverici hadisələrlə zəngindir. Bu hadisələrin önündə gələn dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz, məğrur Azərbaycan Ordusu Qarabağda separatizmin kökünü kəsməklə üzərinə düşən növbəti vəzifəni şərəflə yerinə yetirdi. Ötən il sentyabrın 19-da ölkəmiz üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir sutkadan da az davam edən əməliyyat zamanı rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail oldu. Azərbaycan istədiyini etdi, bütün şərtlərinin qəbuluna nail oldu. Növbəti qələbəmiz ordumuzun peşəkarlığının, döyüş ruhunun, planlı şəkildə fəaliyyətinin dünyaya təqdimatı idi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

O, diqqəti tarixi Zəfərimizdən sonrakı dövrün bəzi hadisələrinə yönəldib. Vurğulayıb ki, 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradıldı. Lakin çox təəssüflər olsun ki, danışıqlar bölgədə Ermənistanın hərbi təxribatları ucbatından baş verən silahlı toqquşmalarla müşayiət olundu. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş verdi. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrında Ermənistanla şərti sərhəddə baş verdi. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində növbəti təxribatlar törətdi, aprel və may aylarında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu. Separatçıların Qarabağda qeyri-qanuni fəaliyyətlərinə qarşı bir müddət Azərbaycanın bir sıra vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda etiraz aksiyası keçirildi. Rusiya sülhməramlılarının həmin vaxt müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismar olunması, bu zaman ekoloji normalara əməl edilməməsi və təbii sərvətlərin Ermənistana daşınması Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olmuşdu. 2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə - Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına cavab olaraq Laçın-Xankəndi yolunun başlanğıcında "Laçın" nəzarət-buraxılış məntəqəsinin yaradıldığını bildirdi.

Ümumiyyətlə, suverenliyimizin bərpasına qədər atılan addımların xronologiyasına diqqət yetirdikdə Ermənistanın 30 illik işğal dövründə olduğu kimi, postmünaqişə mərhələsində də məsələlərin sülh yolu ilə həllində maraqlı olmadığını, daim himayədarlarının tapşırıqları əsasında hərəkət etdiyini görürük. Ölkəmiz həmişə sülhün tərəfdarı olub, hər bir məsələnin ədalət və beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həll olunmasına səy göstərib. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da dünya ictimaiyyəti bunun şahidinə çevrilmişdi. Dövlətimizin başçısı İlham Əliyev xalqa hər bir müraciətində bildirirdi ki, qarşı tərəf torpaqlarımızın azad olunmasının qrafikini, tarixini versin, biz müharibəni dayandırmağa hazırıq. Qarabağın tacı Şuşanın işğaldan azad edilməsindən sonra düşmən məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və Azərbaycan tərəfi müharibəni dayandırdı. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təqdimatı oldu. Prezident İlham Əliyev suverenliyimizin bərpasından sonra ötən ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndi şəhərində ucaltdıqdan sonra xalqa müraciətində bu məqamı xüsusi qeyd etdi ki, xatırlayıram, o vaxt bəziləri sual verirdi ki, nə üçün biz o vaxt - noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik: “Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da - noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır”.

YAP Xətai rayon təşkilatının sədri diqqəti dövlətimizin başçısı İlham Əliyevin həmin müraciətdə yer alan bu çağırışına da yönəldib. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu inamı da ifadə etdi ki, atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri sülh danışıqları üçün maneəni aradan qaldıracaq. Bu, Cənubi Qafqazda yeni reallıq, uzunmüddətli sülh yaradacaq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü tanıyır: “Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin”.

Vüqar Rəhimzadə suverenliyimizin bərpasından ötən bir ildə müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən seçkilərdən bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılmış möhkəm təməl üzərində ölkəmizi dünyaya qalib, bütövləşən, yeni Azərbaycan kimi təqdim edən dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev yeni dövrün hədəflərini açıqlayarkən ordumuzun gücünün, qüdrətinin daha da artırılmasını prioritet məsələ kimi vurğulayıb. Günümüzün reallığı budur ki, müasir müharibələr əvvəlki müharibələrdən fərqlənir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, İkinci Dünya müharibəsi ilə bugünkü müharibələri müqayisə etmək belə mümkün deyil və təbii ki, bir çox ölkələr bu gün hərbi sahəyə diqqət yetirməyə başlamışlar. Azərbaycan isə bunu artıq 20 ildən çoxdur ki, edir. Ölkəmizin əldə etdiyi döyüş təcrübəsi əvəzolunmazdır. Ordumuz təlimlərdə, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, tarixi Zəfərimizin və suverenliyimizin bərpasının yaratdığı reallıqlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və mövqeyini daha da möhkəmləndirir. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir. Ölkəmizin xarici siyasət uğurları biri-birini əvəzləyir. Bu uğurları istər Azərbaycanın ayrı- ayrı dövlətlərlə ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrində, istərsə də ev sahibliyi etdiyi, Prezident İlham Əliyevin fəxri qonaq qismində qatıldığı tədbirlərdə görmək mümkündür. Bu gün qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın Ağdamda, Füzulidə, Laçında, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Şuşada, Hadrutda, Xocavənddə, Xocalıda, Ağdərədə, Əsgəranda, Xankəndidə dalğalanması ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimizin qələbəsidir.

Vüqar Rəhimzadə son bir ilin mühüm uğurları sırasında işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri fonunda soydaşlarımızın doğma yurd yerlərinə qayıdışını, bu torpaqlarda yeni həyatın başlanmasını xüsusi qeyd edib. Bildirib ki, ötən bir ildə sakinlərinə qovuşan Füzuli və Laçın şəhərlərinin sırasına Şuşa və Xocalı da daxil oldu. Bu ay Xankəndiyə və Cəbrayıla köç başlayacaq. İlin sonunadək Kəlbəcər də əzəli sakinlərinə qovuşan şəhərlər sırasında olacaq. İşğaldan azad edilmiş bütün ərazilərimizin müasir tələblər səviyyəsində yenidən qurulması hər birimizi qürurlandırır. Artıq bu ərazilərimizdə yeni həyat başlayıb. Bu ilin 28 May - Müstəqillik Günündə xocalılılar öz doğma yurd-yuvalarına qayıtdılar. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Xocalı şəhərinə köçən sakinlərlə görüşündə dövlətimizin başçısı bu müjdəni də verdi ki, sentyabr ayında Xankəndi şəhərinə köç başlayacaq. 32 ildən sonra Şuşada, Xocalıda ilk Bilik Günü keçirildi. Eyni zamanda, Qarabağ Universiteti ilk tələbələrini qarşıladı. Tarixi Zəfərimizdən ötən 4 il biri-birindən qürurverici hadisələrlə zəngindir. Suverenliyimizin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın növbəti hədəflərindən biri tarixi ədalətə və beynəlxalq hüquqa söykənərək Qərbi Azərbaycana qayıdışdır. Bu hədəfin də gerçəkləşəcəyi gün uzaqda deyil.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Voleybol Federasiyasının nümayəndələri beynəlxalq komissiyalara üzv seçiliblər

Nizami Qasımov: Xınalığa aid layihə hazırda nəzərdə tutulan 22 layihədən biridir

Nizami Kino Mərkəzində XV Bakı Beynəlxalq Film Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib

Zərifə Əliyeva küçəsində avtobus zolağının təşkili ilə bağlı ictimai dinləmə təşkil edilib

Güclü “Milton” qasırğasına görə ABŞ-da 1700-dən çox uçuş təxirə salınıb

Dövlət Vergi Xidməti: Yaşıl iqtisadiyyatın stimullaşdırılmasında vergi siyasətinin rolu böyükdür

Geologiya və Geofizika İnstitutuna akkreditasiya haqqında şəhadətnamə təqdim edilib

“Mançester Yunayted”in məşq prosesini gizli saxlamaq üçün nəhəng divar inşa edilib

“Türk Hava Yolları”nın pilotu aviareys zamanı vəfat edib

Qaribaşvili: Avropa Parlamentinin Gürcüstanla bağlı qətnaməsi daxili işlərimizə “həyasız müdaxilədir”

İqlim dəyişikliyinə qarşı qlobal mübarizədə hər kəsin səsi və maraqları nəzərə alınmalıdır - ŞƏRH

Ekspert: Erməni xalqının rifahı yalnız Azərbaycanla imzalanacaq sülh sazişindən asılıdır

Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi: COP29-a aparan yollar

Ukraynada çalışan azərbaycanlı həkim: Hadrutda kölgəsində böyüdüyüm çinarı tapdım...

“Azercell” COP29 ərəfəsində “Turist” tariflərini yeniləyib

Elmi seminarda Volqa çayının Xəzərə təsiri barəsində məruzə dinlənilib

Fuad Nağıyev: Xınalıqda məskunlaşan sakinlərlə daim təmasdayıq

Gənclər və İdman Nazirliyi ilə SESRIC arasında əməkdaşlıq müzakirə olunub

Paytaxtın restoran sektorunda rəqəmsal qəbzlərin genişmiqyaslı tətbiqinə başlanılır

Akademik Teymur Kərimli: Füzulinin irsi bütün bəşəriyyətə xidmət edir

Ankarada “Discord” mesencerinə girişin bloklanmasının səbəbləri açıqlanıb

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib YENİLƏNİB

Səməd Seyidov: ABŞ-ın Azərbaycana münasibəti ikili standartlarla dolu və qeyri-səmimidir

İtaliyalı turist: Xınalıq kəndi öz mövqeyinə görə tamamilə heyrətamizdir

Xalça Muzeyində “İqlimlər və ilmələr” adlı beynəlxalq sərgi keçiriləcək

® “Kapital Bank”ın “Cəbrayıl” filialının açılışı olub

Bakıda XI Avrasiya uşaq həkimlərinin konqresi keçirilib

® “Umico Bonus” loyallıq proqramı yenilənib

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Ağdamda “Mercedes” və “VAZ” avtomobilləri toqquşub

Melinda Frenç Qeyts: Bütün dünyada qadınların sağlamlığına etinasız yanaşılır

Naxçıvanın Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların əməkdaşları Bakıda təcrübə keçirlər

“Kosmos və iqlim dəyişikliyi” - tədbir

Yeni məhkəmə hakimləri and içiblər

Elşən Ağalarov: Xınalıqda 2026-cı ilə qədər 100 evin tikintisi nəzərdə tutulub

Ukraynalı uşaqlar üçün Qəbələdə və Şəkidə ekskursiyalar təşkil edilib

Oman və Qətərin nümayəndələri Azərbaycan Milli Kitabxanasının fonduna kitab bağışlayıblar

Azərbaycan Astanada keçirilən beynəlxalq forumda təmsil olunub

Laçın və Şuşada əmək yarmarkaları keçiriləcək

Qax Dövlət Kukla Teatrında yeni tamaşaya ictimai baxış olub

Slovakiyada Baş nazirə qarşı sui-qəsd terror aktı hesab edilməyib

FHN Qəbələ regional “ASAN xidmət” mərkəzində təlim keçirib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib YENİLƏNİB

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində 162 şagird təhsil alır

Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçiləri Azərbaycana dəvət olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri necə aparılmalıdır?

Azərbaycanın MDB çərçivəsində mövqeyi ölkəmizin nüfuzunu göstərir - RƏY

Dünya üçüncüsü olan Azərbaycan atıcısı: Daha yaxşı nəticə qazana bilərdim

COP29 Əməliyyat Şirkəti dayanıqlı tədbir idarəçiliyi sertifikatını əldə edən ilk Azərbaycan şirkəti olacaq VİDEO

UNEC ilə Türkiyə Rəqabət Qurumu əməkdaşlığa başlayır

Avropa çempionatında çıxış edəcək Azərbaycan boksçuları müəyyənləşib

Bu il vergi ödəyicilərinə 463 minə yaxın “ASAN İmza” sertifikatı verilib

Neftçalada 42 kilometrlik yol infrastrukturları yenidən qurulub VİDEO

Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində yenidən tədris başlayıb - YENİLƏNİB VİDEO

Daha 20 məhkumun qiymətləndirilməsi aparılıb

Bakıda fəaliyyət göstərən avtobusların sayı açıqlanıb

Dünya çempionatı: Azərbaycan minifutbol millisi pley-off mərhələsinə vəsiqə qazanıb

® “Priceless” Azərbaycanda: Eksklüziv təcrübələri qarşılayın

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib YENİLƏNİB VİDEO

“Netflix” Qabriel Markesin romanı əsasında serialın premyerasının tarixini açıqlayıb

Aqrar Sığorta Fondunda Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüş keçirilib

Dövlət Turizm Agentliyi Xınalıq kəndinə mediatur təşkil edib

Misirdə “Azərbaycanı kəşf et!” layihəsi çərçivəsində növbəti tədbir təşkil edilib

BDU Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının tamhüquqlu üzvü seçilib

Macarıstan Milli Bankı inflyasiyanın səviyyəsini azaltmaqda israrlıdır

Azərbaycanda daşıyıcılara dövlət tərəfindən hər kilometrə görə pul ödənilə bilər

AYNA: 2030-cu ilə qədər səfərlərin 30-40 faizi fərdi nəqliyyatla olacaq VİDEO

Azərbaycan millisi Estoniya ilə oyun üçün səfərə yollanıb

Naftalana gələn xarici turistlər arasında Qazaxıstan vətəndaşları üstünlük təşkil edir

Fransaya şiddətli qasırğa yaxınlaşır

“Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan cüdoçuları məlum olub

Elm və təhsilin inteqrasiyasının gücləndirilməsinə dair müzakirələr aparılıb

Azərbaycanlı dünya çempionu: Qızıl medal üçün bütün gücümü ortaya qoymuşdum

Orban Avropa İttifaqını Ukrayna ilə bağlı strategiyanı dəyişməyə çağırıb

Sumqayıtda qanvermə aksiyasında 250-dən çox donor qan verib

Abşeronda şəhidlərimiz ildönümlərində yad edilib

Ankarada dahi Füzulinin zəngin irsinə həsr olunmuş tədbir keçirilir

“Azərxalça” ASC-nin “Uçan xalçalar” kolleksiyası Estoniyada nümayiş olunur

Azərbaycan klublarının avrokubok oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

Mərkəzi Bankda İslam maliyyəsi sahəsində görülən işlər və perspektivlər müzakirə edilib

Muxtar respublikanın Sahibkarlığın İnkişafı Fonduna qaytarılan güzəştli kreditlər üzrə daxilolmalar artıb

Naxçıvanda ilk dəfə toxum sərgi–satış yarmarkası keçirilib

“TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib VİDEO

Dünya çempionatında üç medal qazanan Azərbaycan atıcıları Vətənə dönüblər VİDEO

Audiovizual Şura multipleks və platforma operatorlarının retranslyasiya paketlərinin monitorinqinə başlayıb

BDU-nun 51 yaşlı tələbəsi: Heç vaxt heç nə üçün gec deyil, dərslər o qədər maraqlı gəlir ki...

® “Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

Almatıda Türk Akademiyasının nəşr etdirdiyi elmi kitabların təqdimatı olub

Papuaşvili: Qərb siyasətçiləri son bir ayda Gürcüstanla bağlı 90-dan çox tənqidi bəyanat veriblər

Kimya sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb

İcraçı direktor: Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyada 51 təşəbbüs nəzərdə tutulur

Mingəçevirdə cüdo idman klubuna baxış keçirilib

Dünya tarixinin qara ləkəsi - müstəmləkəçilik – TƏHLİL

Gürcüstanın Konstitusiya Məhkəməsi “Xarici təsirin şəffaflığı haqqında” qanunun fəaliyyətinin dayandırılması ilə bağlı vəsatəti təmin etməyib

Roman Qriqorçuk “Neftçi” azarkeşlərinə təşəkkür edib, istefa barədə danışmaq istəməyib

“Azərpoçt”: İlin sonunadək Xankəndi və Şuşada yaşayan vətəndaşlara universal poçt xidmətləri təqdim olunacaq - MÜSAHİBƏ

Bakıda idman üzrə beynəlxalq tibbi seminar keçiriləcək

SESRIC-lə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Rahilə Mehdiyeva: Azərbaycanın COP29-a sədrliyi bu ilin ən mühüm hadisəsidir

Oktyabrın 10-da bəzi yerlərdə 30 dərəcə isti olacaq