TAİEX proqramı çərçivəsində Bakıda təşkil olunan seminarın sessiyası Elmin İnkişafı Fondunda keçirilmişdir
Bakı, 18 aprel (AZƏRTAC). Bakıda keçirilən “TAİEX proqramı - Avropa İttifaqının Avropa qonşuluq siyasəti çərçivəsində Azərbaycanın innovasiya infrastrukturu sahəsində texniki yardım və informasiya mübadiləsi” mövzusunda seminarın sessiyası Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) təşəbbüsü ilə fondun icraçı direksiyasında təşkil olunmuşdur.
EİF-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Azərbaycan alimləri ilə yanaşı, Finlandiyanın Texnologiya və İnnovasiyanın Maliyyələşdirilmə Agentliyinin (TEKES) meşə və kimya sənayesi departamentinin direktoru Mika Aalto və qurumun böyük hüquq məsləhətçisi Liisa Evart iştirak etmişlər.
Sessiyada Azərbaycanda elmin maliyyələşdirilməsinin müasir vəziyyəti, Finlandiyada innovasiya və qrant sistemi, tədqiqat və innovasiya proqramlarının ekspertizası və digər mövzular ətrafında müzakirələr aparılmışdır.
AMEA-nın Elmi İnnovasiyalar Mərkəzinin (EİM) və Avropa İttifaqının Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) proqramının birgə təşkil etdiyi beynəlxalq seminar aprelin 19-da başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]