Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

TAP: İtaliyada mikrotunellərin inşası davam edir

TAP: İtaliyada mikrotunellərin inşası davam edir

Bakı, 7 iyun, AZƏRTAC 

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) təbii qaz boru kəməri layihəsi üzrə İtaliyanın Puglia regionunda mikrotunellərin tikintisi davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, mikrotunellərin inşası zamanı ən son texnologiyalardan istifadə edilir və ətraf mühitə təsir ən aşağı səviyyədədir.

Ötən ay AZƏRTAC-a eksklüziv müsahibəsində TAP AG-nin prezidenti Valter Peeraer deyib ki, TAP qaz boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 73 faizi icra edilib: “TAP boru kəmərinin inşası üzrə işlər qrafik üzrə gedir. Biz plan üzrə bütün işlərimizi uğurla davam etdiririk. İki il əvvəl başladığımız layihə boru kəmərinin keçdiyi bütün ölkələrdə - Albaniya, İtaliya və Yunanıstan ərazisində uğurla icra olunur. Demək olar ki, işlərin 73 faizi icra edilib. Albaniya və Yunanıstan ərazisində TAP layihəsinin icrası da uğurla davam etdirilir. Hər iki dövlətin hökumətləri tərəfindən bu istiqamətdə görülən işləri yüksək qiymətləndiririk. TAP-ın Adriatik dənizindən keçəcək hissəsi isə 2019-cu ilədək başa çatdırılacaq”.

Xatırladaq ki, ilin əvvəlində Avropa İnvestisiya Bankının İdarə Heyəti Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın təbii qaz şəbəkəsinə qoşulmaq üçün Cənubi İtaliya sahillərinə çıxan TAP boru kəməri üçün 1,5 milyard avro məbləğində maliyyələşdirməni təsdiqləyib. Bank bildirir ki, layihə Cənub Qaz Dəhlizinin bir hissəsidir və Avropa İttifaqının enerji siyasəti çərçivəsində strateji cəhətdən əhəmiyyətli bir komponent kimi, Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamenti tərəfindən müəyyən edilən təşəbbüsdür.

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan TAP qaz boru kəmərinin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. TAP Avropa İttifaqı (Aİ) üçün prioritet enerji layihələrindən olan Cənub Qaz Dəhlizinin bir seqmentini təşkil edir. İndiyədək “Cənub Qaz Dəhlizi” layihəsinə tərəfdaşlarla birgə 30 milyard dollardan çox vəsait xərclənib. Həmin vəsaitin 2,9 milyard avrosu TAP layihəsinə sərf olunub.

Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən - Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. Layihənin ümumi dəyəri 4,5 milyard avro qiymətləndirilir. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ildə Türkiyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə 2020-ci ilə planlaşdırılır.

TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

TAP-ın Yunanıstandan keçəcək 550 kilometrlik hissəsində 538 kilometrlik ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Təxminən 524 kilometr boru marşrut xətti boyunca düzülüb. Bu ölkədə boruların 506 kilometrdən çoxu qaynaq edilib. 428 kilometr boru torpağa basdırılıb və təxminən 320 kilometr ərazi tamamilə əvvəlki vəziyyətinə gətirilib. TAP-ın Albaniyadan keçəcək 215 kilometrlik hissəsində isə təxminən 187 kilometrlik ərazi təmizlənib və qiymətləndirilib, 181 kilometr boru marşrut xətti boyunca düzülüb. Boruların 177 kilometri qaynaqlanıb və onların təxminən 158 kilometri torpağa basdırılıb. Təxminən 119 kilometr ərazi tamamilə əvvəlki vəziyyətinə gətirilib. Beləliklə boru kəmərinin ümumilikdə 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində 725 kilometrlik ərazi, yəni bu marşrutun 95 faizi tamamilə təmizlənib və qiymətləndirilib. Yunanıstan və Albaniyada boruların 89 faizi qaynaq edilib. Bu marşrut üzrə boruların ümumilikdə 77 faizi torpağa basdırılıb. Yunanıstan və Albaniya marşrutunda torpaq örtüyünün 59 faizi əvvəlki vəziyyətinə gətirilib.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşasına 2017-ci ilin birinci yarısında başlanılıb və işlər qrafik üzrə davam etdirilir. Kompressor stansiyaları ilə yanaşı, həmçinin Albaniyanın şərqində Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi aparılır. Ölçmə stansiyasındakı işlərə də ötən ilin birinci rübündə başlanılıb. Kompressor və ölçmə stansiyalarının mühəndislik, təchizat və tikintisi (EPC) üzrə podratçı - İtaliyanın “Renco S.p.A” və Yunanıstanın “Terna S.A.” birgə müəssisəsi hər 3 stansiyada beton və torpaq işlərini, eləcə də qazma və giriş yollarının tikintisini tamamlayıb. Üç turbo kompressor paketi artıq Yunanıstana çatdırılıb və onlar Kipoidəki stansiyasında quraşdırılıb. Ötən ilin dekabrında Kipoidəki kompressor stansiyasında boruların quraşdırılması və qaynağı işlərinə start verilib. Hər 3 stansiya üçün kənar boru istehsalına da başlanılıb. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq. Bundan sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar keçiriləcək. Təxminən 6 ay müddətində aparılacaq bu əhatəli yoxlamalar yeni qurğuların tam işlək, eləcə də təbii qazın nəqli üçün təhlükəsiz və hazır olub-olmadığını göstərəcək. TAP qaz boru kəməri üçün lazım olan turbo kompressorlar isə “Siemens” şirkəti tərəfindən istehsal edilib.

Layihə İtaliyada da qrafik üzrə irəliləyir. 2015-ci il mayın 20-də İtaliyanın İqtisadiyyat Nazirliyi tərəfindən verilən əsas icazə sənədinə uyğun olaraq TAP-ın inşasına dair digər ikinci dərəcəli icazələrin alınması üzrə işlər davam etdirilir. TAP-ın 8 kilometrlik İtaliya hissəsinin inşası çərçivəsində ötən ilin mart-iyul aylarında mikrotunelin tikiləcəyi ərazidən zeytun ağacları çıxarılıb. Həmin ağaclar yaxınlıqdakı bir uşaq bağçasına (“Masseria del Capitano”) köçürülüb. Ağaclar burada təmənnasız saxlanılacaq və onlara müvafiq qulluq göstəriləcək. Boru kəmərinin tikintisi başa çatdıqdan sonra həmin zeytun ağacları öz yerlərinə geri qaytarılacaq. Bundan başqa, TAP-ın dəniz hissəsinin inşasında istifadə olunacaq boruların sonuncu partiyası da keçən il sentyabrın 3-6-da İtaliyanın Brindisi bölgəsində boşaldılıb.

TAP-ın Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini həyata keçirəcək İtaliyanın “Saipem S.p.A” şirkəti hazırda mikrotunel sahəsində çalışır. Burada müvəqqəti yol və sahə hazırlığı tamamlanıb. TAP-ın podratçısı hazırda mikrotunelin tikintisini həyata keçirmək üçün çuxurun qazılması işlərini görür. Boru kəmərinin dəniz hissəsi 2018-2019-cu illərdə inşa ediləcək. Boru kəmərinin Adriatik dənizindən keçəcək 36 düymlük hissəsi Albaniya və İtaliyanın cənub sahili arasında dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə və təqribən 105 kilometr uzunluğunda olacaq. “Saipem S.p.A” şirkəti mikrotunel daxil olmaqla, Albaniya və İtaliyada tikinti işlərini, dəniz boru kəmərinin quraşdırılmasını, fiber-optik kabel təchizatını və quraşdırılmasını həyata keçirəcək. İzolyasiya edilmiş 36 düymlük borular və digər qurğular isə TAP tərəfindən təmin olunacaq.

TAP layihəsi Avropa enerji bazarı üçün son illər irəli sürülən ən önəmli layihələrdəndir. Layihənin strateji əhəmiyyəti onun enerji təminatının təhlükəsizliyini, mənbələrin və marşrutların şaxələndirilməsini əks etdirməsindən irəli gəlir. Bu amillər hazırda enerji tələbatının yarıdan çoxunu xarici mənbələr hesabına təmin edən və daxili enerji istehsalında nəzərəçarpacaq qıtlıq yaşayan Avropa İttifaqı üçün olduqca vacibdir. Bu baxımdan TAP Avropanın enerji siyasətində mühüm əhəmiyyət kəsb edir. TAP-ın keçdiyi 3 ölkədə işçilər 65 milyon kilometrədək yol qət edib və təxminən 25 milyon nəfər-saat iş görülüb. Boru kəməri 2020-ci ildə Azərbaycanın “Şahdəniz-2” yatağından ilk qazı almağa hazır olacaq.

İndiyədək Cənub Qaz Dəhlizinə daxil olan layihələrdə “Cənub Qaz Dəhlizi” QSC-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə qoyulan 9 milyard dollar vəsaitin 0,7 milyard dolları TAP layihəsinə xərclənib. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Belçika-Azərbaycan Ticarət Palatasının təsis edilməsi təşəbbüsü irəli sürülüb

ADNSU-da “Səhnəarxası görüşlər” kitabının təqdimatı olub

“Tik-Tok”da xanımların fotolarını yayan şəxsi polis saxlayıb

Ölkə ərazisində küləyin sürəti ilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edilib

Azərbaycanın xarici işlər naziri Pakistanın Baş naziri ilə görüşüb

Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda konfrans keçirilib - YENİLƏNİB-2

Azərbaycan azad edilmiş torpaqların dirçəliş modeli ilə də dünyanın diqqətindədir ŞƏRH

® “Unibank” təmir-tikinti işləri ilə bağlı tender keçirir

KOBİA: Azad edilmiş ərazilərdə biznes qurmaq üçün xaricdən olan müraciətlərin sayı 500-ü ötüb

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib

Türkiyənin əmək və sosial müdafiə naziri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Elm-təhsil sahəsində Azərbaycan-Şimali Kipr əməkdaşlığının perspektivləri müzakirə olunub

Barselonada Azərbaycanın Müstəqillik Günü və Rəsulzadənin 140 illik yubileyi qeyd olunub

Tacikistanda Azərbaycan vətəndaşları üçün təhsil təqaüd proqramı elan edilir

Türkiyənin əmək və sosial müdafiə naziri 1 saylı DOST Mərkəzi ilə tanış olub

Dövlət hesabına təhsil alacaq tələbələrin əhatə dairəsi genişləndirilir

“Avro-2024”: Danimarka millisinin heyəti açıqlanıb

İrlandiyanın Prezidenti Maykl Higginsdən

Kanadanın General-Qubernatoru Meri Saymondan

ADAU-da 16-cı Karyera sərgisi: 100-dən çox şirkət, 1000-dən çox vakansiya

Beynəlxalq humanitar minatəmizləmə konfransının iştirakçıları Zəngilan Ağalı kəndində olublar

Təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbulu başlanıb

Tədris digər dillərdə aparılan I siniflərə qəbul üçün müsahibələr yekunlaşıb

Azərbaycanda keçirilən beynəlxalq minatəmizləmə konfransı İordaniya mətbuatının diqqət mərkəzindədir

Prezident İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciəti Gürcüstan mətbuatında

Muxtar respublika Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib və bir sıra qərarları ləğv olunub

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

Qlazqo Universitetində keçirilən “UNESCO-nun Yay məktəbi”ndə Azərbaycan mədəniyyəti təbliğ edilib

Bakıda beynəlxalq üzgüçülük yarışı keçiriləcək

® “AccessBank” “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasına dəstək olub

Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Fayedən

Füzulidə “Böyük Qayıdışın İstedadları” layihəsi çərçivəsində tədbir təşkil olunub

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı təşkil olunacaq

Fransız Polineziyasının nümayəndə heyətinin rəhbəri Azərbaycana səfərini əlamətdar adlandırıb

Polineziya nümayəndə heyətinin rəhbəri: Azərbaycanın təcrübəsi bizim üçün xüsusi önəm daşıyır

Tacikistanda Müstəqillik Günü qeyd olunub, COP29-un təqdimatı keçirilib

Azərbaycan Cüdo Federasiyası yeni layihəyə start verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Bakı Ali Neft Məktəbində Elmi şuranın iclası keçirilib

Oğuz və Qəbələ rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılacaq

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2001-ci il 29 iyul tarixli 9-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi barədə İzahat”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

Coğrafiyaçı alimlər demoqrafiya mövzusuna həsr olunmuş beynəlxalq forumda çıxış ediblər

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2005-ci il 15 noyabr tarixli 24-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda və 2007-ci il 23 oktyabr tarixli 14-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na əlavə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

Sumqayıtda yol hərəkəti qaydalarını pozan velosipedçilər və avtomobili narkotiklərin təsiri altında idarə edən sürücü aşkarlanıb VİDEO

İspaniyanın Donastiya Beynəlxalq Fizika Mərkəzinin professoru BDU-da elmi seminar keçirib

KOBİA nümayəndələri Vyetnamda əməkdaşlığa dair bir sıra sənədlər imzalayıblar

Maurea Tuaiahutapu: Bakı konfransında Azərbaycan Hökumətinin dəstəyini bir daha hiss etdik

Naxçıvan şəhərində fəaliyyət göstərən marketdə nöqsanlar aşkarlanıb

Azərbaycanla Qazaxıstan arasında korrupsiyaya qarşı mübarizə sahəsində memorandum imzalanıb

Kişi həndbolçular arasında ölkə kubokunun qalibi bəlli olub

Nyu-Yorkda 28 May – Müstəqillik Günü münasibətilə həmvətənlərimiz arasında voleybol çempionatı keçirilib

Ağdamda elektrik paylayıcı avadanlıqları və elektrik yuvaları istehsal olunacaq

BDU-da tanınmış alim, şair, professor Mahirə Nağıqızı ilə görüş olub

Polineziya nümayəndə heyətinin rəhbəri: Partiyamız 40 ildir müstəqillik uğrunda mübarizə aparır

Xüsusi təyinatlılar təlimdə - Naxçıvandan fotolar

Polineziya rəsmisi: Fransa xalqımın və ölkəmin müstəqillik hüququnu pozur

Afrika Badminton Konfederasiyası Şurasının üzvü Milli Gimnastika Arenasında olub

Bakı Dövlət Universitetində doktoranturaya sənəd qəbulu aparılıb

Azərbaycanlı tədqiqatçının fikirləri Malayziyanın dövlət agentliyində dərc olunub

Naxçıvanda “Şərqin qapısı – qədim diyar” II elmi konfransı keçirilib

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikeldən

® “Silk Way West Airlines” Onno Pietersmanı əməliyyatlar üzrə baş direktor vəzifəsinə təyin edib

Bakı qlobal startap ekosistemi reytinqində 68 pillə irəliləyib

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı qaldırılıb

Avstraliya Azərbaycanın COP29-a sədrlik missiyasını dəstəkləyir

AzMİU beynəlxalq reytinq siyahısında irəliləyib

Əli Hüseynli: Fransız Polineziyasının öz müqəddəratını təyin etmək hüququ vardır VİDEO

Rusiya Elmlər Akademiyasının 300 illik yubileyi qeyd olunub

14 ölkədən xarici QHT-lər Azərbaycanın COP29 fəaliyyətini alqışlayan bəyanat yayıb

Azərbaycanın iki güllə atıcısı Dünya Kubokunda mübarizə aparacaq

Azərbaycanın xırdabuynuzlu heyvanlarla bağlı beynəlxalq sertifikat almasının üstünlükləri açıqlanıb

Tarla seminarında “Qlobal iqlim dəyişikliyi şəraitində ərzaq təhlükəsizliyi” mövzusu müzakirə olunub

Baş nazir Əli Əsədov Türkiyənin əmək və sosial müdafiə naziri ilə görüşüb

Şəhid jurnalist Məhərrəm İbrahimovun övladı Uğur bu gün 4-cü sinfi bitirdi, o, cərrah olmağı arzulayır

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Daşkəsəndə vətəndaşları qəbul edib, təsərrüfatlara başa çəkib

Laosda ASEAN ölkələri XİN başçılarının 57-ci iclası keçiriləcək

Xaçmazda kros qaçışı üzrə yarışın qalibləri mükafatlandırılıb

Laçında "Sağlam həyat" günləri layihəsinə yekun vurulub

Çin süni intellekt üzrə üçillik Fəaliyyət Planını açıqlayıb

KİV: Şahzadə Keyt Middltonun səhhəti yaxşılaşır

Fərid Şəfiyev: Ermənistan Azərbaycana təzminat ödəməlidir

Heinui Le Kailil: Fransa nüvə silahının tərəfdarı kimi ekologiyaya, insanlığa ciddi ziyan vurub

Aleks de Souza Türkiyə klubu ilə müqavilə imzalayıb

Dövlət Kukla Teatrı və “Oyuq” Müstəqil Teatrı Füzuli şəhərində çıxış ediblər

Sinoptiklərdən xəbərdarlıq: Dolu düşəcək, sulu qar yağacaq

BMT-nin Baş katibi: Təhlükəsiz və inklüziv süni intellekt üçün qlobal koordinasiya lazımdır

AFFA yeni sponsorluq müqaviləsi imzalayıb

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşüb

Naxçıvanın tarixi məhəlləsi Şahabdan REPORTAJ

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş inklüziv sərgi təşkil olunub

Vyetnamda beş yaşlı uşaqlar təhsil ödənişindən azad ediləcək

Türk Dövlətləri Təşkilatı “Türk Dünyası-2040” baxışı ilə yeni bir dövrə doğru irəliləməkdədir

Türkiyədə FETÖ terror təşkilatına qarşı əməliyyatlar davam edir

Osloda Xalq artisti Fəxrəddin Manafovla görüş keçirilib

Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq Fransız Polineziyasının müstəqillik mübarizəsinə töhfə verəcək VİDEO

“Azərkosmos” Çin şirkəti ilə əməkdaşlıq edəcək

Ötən il BDU-nun 3200 tələbəsi karyera quruculuğuna dair təlimlərə cəlb olunub

® “Birbank Biznes”dən fərdi sahibkarlar üçün mobil tətbiq ilə onlayn hesab açmaq imkanı

Londonun şərqində atışma: 4 nəfər yaralanıb