TARİF ŞURASINA QİYMƏT ARTIMI İLƏ BAĞLI HEÇ BİR MÜRACİƏT DAXİL OLMAMIŞDIR
AZƏRTAC xəbər verir ki, Tarif Şurasına qiymət artımı ilə bağlı bir neçə müraciət daxil olmuşdur. Bunu mayın 26-da iqtisadi inkişaf naziri Heydər Babayev jurnalistlərə verdiyi müsahibəsində bildirmişdir.
Qiymətlərin qaldırılması gözlənilmir, -deyən nazir vurğulamışdır ki, bəzi məhsulların qiymətinin artımı ilə bağlı şayiələr doğru deyildir.
H.Babayev demişdir ki, tariflərdə bəzi dəyişikliklər daha çox tənzimləmə xarakteri daşıyır.