Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Tarixçi-alim: 2003-cü ildən sonra yaşanan hadisələr dahi Heydər Əliyevin uzaqgörənliyini bir daha təsdiqlədi

Tarixçi-alim: 2003-cü ildən sonra yaşanan hadisələr dahi Heydər Əliyevin uzaqgörənliyini bir daha təsdiqlədi

Bakı, 11 dekabr, AZƏRTAC

Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hələ birinci dövründə respublikada güclü iqtisadi potensial yaratdı. O, 1969-1982-ci illərdə çoxsaylı sənaye müəssisələrinin tikintisi üçün mərkəzdən vəsaitlər ayrılmasına nail oldu, əvvəlki 50 ildə tikilən müəssisələrin sayından qat-qat çox - 250-dən çox zavod, fabrik və digər istehsalat sahələri tikilib istifadəyə verildi. Bakı ilə yanaşı, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma müəssisələri istifadəyə verildi.

Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı tarix üzrə fəlsəfə doktoru Xalidə İbrahimova söyləyib.

Xalidə İbrahimova vurğulayıb ki, Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin məzunu olan Heydər Əliyev tarixi yazan deyil, tarixi yaradan oldu. Heydər Əliyevi ən çox maraqlandıran məsələlərdən biri də Azərbaycan tarixinin öyrənilməsi, tədqiqi və təbliği idi. Azərbaycanlıların soyqırımı, Qərbi Azərbaycan, Şimali Azərbaycan xanlıqlarının Rusiya imperiyası tərəfindən zəbt olunması, Azərbaycan Xalq Cümhuriyyəti haqqında həqiqətlərin üzə çıxarılmasını tarix elminin mühüm bir problemi kimi rəsmi şəkildə əsaslandırması, Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi, “Kitabi-Dədə Qorqud”un 1300 illiyinin geniş miqyasda qeyd olunması Heydər Əliyevin Vətən sevgisinin zirvəsi, tariximizə və millətimizə böyük elmi xidmət nümunəsidir.

Heydər Əliyev bütün sahələr üzrə, xüsusən hərbi sahədə milli kadrların hazırlanması məqsədilə Moskvadakı bəzi qüvvələrin etirazına baxmayaraq Azərbaycanda hərbi məktəbin açılmasına nail oldu. Bununla yanaşı, 1969-1982-ci illərdə on mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə təhsil almağa göndərildi. Həmin məzunların əksəriyyəti müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində bu gün də fəal iştirak edir.

Tarixçi-alim qeyd edib ki, 1982-ci ildə Heydər Əliyevin Sovet İttifaqında mühüm vəzifə postuna qalxması bütün müsəlman dünyasında qürur hissi ilə qarşılandı. “Heydər Əliyev Moskvada təkcə vəzifə səlahiyyətlərini həyata keçirməklə kifayətlənmədi, o, Qarabağ münaqişəsinin Kremlin siyasi mətbəxində hazırlanması prosesinin qarşısının alınmasında özünü Azərbaycan üçün sipər etdi”, - Xalidə İbrahimova vurğulayıb.

Müsahibimiz diqqətə çatdırıb ki, Heydər Əliyev 1990-1993-cü illərdə Naxçıvandakı fəaliyyəti dövründə Azərbaycandan ərazicə ayrı düşmüş Naxçıvanı qoruyub saxlamaqla yanaşı, muxtar respublikanın adından “sovet”, “sosialist” sözlərinin çıxarılmasına, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsinə nail oldu. Eyni zamanda, 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılması barədə referendumda iştirakdan imtina etməsi, dekabrın 31-nin “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi qəbul olunması gələcək dövlət quruculuğunda mühüm rol oynadı.

X.İbrahimova diqqətə çatdırıb ki, xalqın təkidi ilə Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı oldu. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Xarizmatik şəxsiyyət, fenomenal siyasətçi olan Heydər Əliyev Azərbaycanı müstəqilliyini itirmək, daxildən parçalanmaq təhlükəsindən, xarici təhlükələrdən xilas edə bildi. Azərbaycanın başı üzərindəki qara buludları dağıdaraq ölkəni parçalamaq istəyən xarici qüvvələrə yerini göstərdi, qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirdi, separatçı meyillərə son qoyuldu. Təcavüzkar Ermənistanla atəşkəs elan olundu. Heydər Əliyev qeyd olunanların hamısına silah gücü ilə deyil, özünün məntiqi, sözünün gücü ilə nail oldu. Milli Ordunun formalaşdırılması istiqamətində mühüm işlər həyata keçirildi.

Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edən Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Milli maraqlara əsaslanan Qərbə inteqrasiya yolunda onun iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi reallığa çevrildi. Neft amili Azərbaycanın həm də milli təhlükəsizlik faktoruna çevrildi.

Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirdi. Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsini xarici siyasətin əsas prioritetinə çevirdi, 1993-2000-ci illərdə ABŞ rəhbərliyi ilə 18, Fransa rəhbərliyi ilə 16, Rusiya Federasiyası rəhbərliyi ilə 28, Türkiyə rəhbərliyi ilə 78 dəfə müzakirələr apararaq BMT-də Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin, bəyanatların qəbuluna nail oldu.

Milli ideologiyamızın Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ən mühüm istiqamətlərindən biri azərbaycançılıq xəttidir. Onun Azərbaycan dili və əlifbası, xalqımızın mənəvi dəyərləri ilə bağlı imzaladığı tarixi fərman və sərəncamlar bu istiqamətdə olduqca əhəmiyyətli işlərin görülməsinə imkan yaratdı.

Heydər Əliyev İslam dininin insan mənəviyyatının saflaşdırıcı xüsusiyyətlərindən və mənəvi emosional gücündən milli birlik vasitəsi kimi səmərəli istifadə edilməsini azərbaycançılıq məfkurəsinin fundamental prinsiplərindən biri kimi qiymətləndirirdi. Ulu Öndər doğma Azərbaycanın gələcəyini heç vaxt unutmadı, inandığı və etibar etdiyi xalqına müraciət ünvanlayaraq onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyevin başa çatdıra biləcəyini, ona özü qədər inandığını və gələcəyinə böyük ümidlər bəslədiyini bəyan etdi. 2003-cü ildən sonrakı hadisələr dahi Heydər Əliyevin uzaqgörənliyini bir daha təsdiqlədi. Ulu Öndər Heydər Əliyevin siyasi varisi olan Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Qarabağın azad edilməsinə nail oldu; 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistanın 30 illik işğalına son qoydu, Azərbaycan xalqının milli qürurunu bərpa etdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Juninyo "Flamenqo"da debüt edib

Aparılan son tədqiqat nevroloji xəstəliklərin müalicəsində yeni yanaşmalara yol aça bilər

Fransada 48 saat ərzində iki polis intihar edib

NBA: Şərq Konfransının lideri doğma meydanda uduzub

Qar voleybolu üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib

Salyan rayonunun meşə fondu torpaqlarında 5 mindən çox ağac əkilib

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq- Proqnoz

Qanlı Yanvar hadisələrində Lənkəranın 11 şəhidindən 6-sı Haftoni meşəsində qətlə yetirilib

"Liverpul" Premyer Liqada yeni azarkeş rekorduna imza atıb

"Gəncə" klubunun prezidenti: Qar voleybolu üzrə Azərbaycan çempionatı yüksək səviyyədə təşkil olunub

Avstraliya İttifaqının General-Qubernatoru Zati-aliləri xanım Samanta Mostinə

Mərdəkanda fərdi yaşayış evində partlayış baş verib

Misli Premyer Liqasında XX tura yekun vurulacaq

Yüksək dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb- Faktiki hava

Bu gün qar voleybolu üzrə Azərbaycan çempionatının qalibləri bəlli olacaq

Azərbaycan cüdoçuları Belçikadakı turnirin ilk günündə 4 medal qazanıblar

Belarusda prezident seçkiləri ilə bağlı səsvermə keçirilir

Şimali Koreya yeni raket sınağı keçirib

Beynin özünübərpa potensialının xəritəsi tərtib edilib - TƏDQİQAT

İlon Mask ifrat sağçı AfD-nin seçki kampaniyasına qoşulub

ABŞ-da qaçqınlara yardım edən təşkilatlara vəsait ayrılması dayandırılıb

Ümumdünya Səhiyyə Təşkilatının xərcləri azaldılır

Luvr muzeyi ilə bağlı təklif narazılıq yaradıb

Gürcüstan dövləti dini icmalara maliyyə yardımı ayırıb

Ekspert: Türkiyə və Azərbaycan ilə mehriban və yaxşı münasibətlər Gürcüstan üçün xüsusilə vacibdir

Premyer Liqa: "Mançester Siti" "Çelsi"ni məğlub edib

Almaniyanın müxtəlif şəhərlərində on minlərlə əhali sağ ekstremizmə qarşı etiraz mitinqlərinə qatılıb

Belarusda prezident seçkilərində erkən səsvermə başa çatıb, seçicilərin 41,81 faizi səs verib

Superliqa: "Qalatasaray"dan vacib qələbə

Bundesliqa: “Bayer Leverkuzen”in 8 oyunluq qələbə seriyasına son qoyulub

İspaniya La Liqası: "Atletiko Madrid" çempionluq yolunda itki ilə üzləşib

Premyer Liqa: "Liverpul" və "Arsenal" turu qələbə ilə bitirib

Misli Premyer Liqasında XX turun daha iki oyunu keçirilib

Azərbaycanın güllə atıcısı Almaniyada bürünc medal qazanıb

Bakıda Çin Yeni ilinin qeyri-maddi mədəni irsi ictimaiyyətə təqdim olunub

İtaliya A Seriyası: "Atalanta" səfərdə üç xal qazanıb

Qar voleybolu üzrə Azərbaycan çempionatının ilk günündə 8 oyun keçirilib

"Neftçi" "Araz-Naxçıvan"la oyuna itkilərlə çıxacaq

Cəlilabadda otlaq sahəsində silah-sursat aşkarlanıb

Cənubi Koreya məhkəməsi Prezident Yun Sok Yolun həbs müddətini uzatmayıb

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya əfqan miqrantların daha bir qrupunu tezliklə ölkələrinə geri göndərməyi planlaşdırır

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi "Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş" nominasiyası üzrə təltif edilib

Azərbaycanda ağacəkmə aksiyaları davam edir

Serbska Respublikasının Prezidenti Azərbaycanın biznes dairələrini daha geniş əməkdaşlığa dəvət edib

Londonun “Queen Mary” Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub

Türkiyənin xarici işlər naziri sabah İraqa rəsmi səfər edəcək

Türkiyə və Azərbaycanın Quru Qoşunları komandanları Suriya ilə sərhəddə olublar

Hakim Rüstəm Cəfərov: Azərbaycanda qar voleybolunun gələcəyi ilə bağlı nikbinəm

Əməkdar məşqçi: Azərbaycanda ağırlıqqaldırma idman növü yüksək səviyyədə inkişaf edir

Türkiyədə çökən binada aparılan axtarış-xilasetmə işləri başa çatıb

Тürk Mədəniyyəti və İrsi Fondu Şurasının iclasına hazırlıqla bağlı ikinci ekspert görüşü keçirilib

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi olub VİDEO

Münxendə 23 polis avtomobili yandırılıb

Azər Əmiraslanov: Belarusda seçkilərə hazırlıq yüksək qiymətə layiqdir

Ermənipərəst QHT-nin ECOSOC statusu ləğv edilməlidir - Ekspert şərhi

Həzi Aslanovun anadan olmasının 115 illiyi qeyd edilib

Azərbaycanla Türkiyə arasında hərbi-təhsil sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Bakıda yeni quraşdırılmış işıqfor qəza nəticəsində yararsız vəziyyətə düşüb

Davos Forumu Azərbaycanın imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır RƏY

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan qlobal elitaların toplaşdığı Davos Forumunun əsas iştirakçılarından biridir ŞƏRH

Qazaxda II Regional Pedaqoji İnnovasiyalar Forumu keçirilib

İsveç partlayışların sayına görə rekord vurur: 24 gün ərzində 24 hadisə

Azərbaycanın dağlıq ərazilərinə qar yağacaq XƏBƏRDARLIQ

AMEA-nın Gəncə Bölməsinin elmi və təşkilati fəaliyyətinə dair hesabatı dinlənilib

Yerli cəmiyyətin əxlaqi dəyərləri və sosial media təzyiqi: qlobal mesajların gələcək nəsillərin əxlaq anlayışına təsiri - RƏY

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri təşkil edilib

Azərbaycan Ordusunun hərbçilərinin təlim-metodiki toplanışı keçirilib

Türkiyədə çökən binanın dağıntıları altından bir nəfərin cəsədi tapılıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Yaşar Güler Azərbaycan müdafiə nazirinin müavinini qəbul edib

AMEA-nın Qafqazşünaslıq İnstitutunun fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib

Qazaxıstanda neft bazasında partlayış olub

Türkiyə eksperti: Ermənilər Fransanın dəstəyi ilə “Qərbi Ermənistan” mifini təbliğ edirlər

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir VİDEO

Bakıda və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfər saxlanılıb

Akademik: Qarabağa, Şuşaya, Qərbi Azərbaycana və Qafqaz Albaniyasına həsr olunmuş 35-dən çox elmi iş araşdırılıb

FHN internat tipli ümumtəhsil məktəbində təlim təşkil edib

Qusar Dövlət Ləzgi Dram Teatrı "Sədəf" tamaşasını teatrsevərlərə təqdim edib

İtaliyada dəmir yolu işçiləri tətil edirlər

Rumıniyalı məşqçi yenidən "Neftçi"də işləyəcək

Avroliqa: “Fənərbağça” qalib gəlib, “Barselona” məğlub olub

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin Quba, Xaçmaz və Qusar sakinləri ilə görüşünün vaxtı dəyişdirilib

"Azercell" və ADA Universiteti “İdeya İnkubasiyası Proqramı”nın növbəti mərhələsinə start verir

Roma Papası İtaliyada ən güvənilən ictimai xadimdir - SORĞU

Davos Forumu çərçivəsində Azərbaycanın qlobal əməkdaşlıq imkanları diqqət mərkəzində olub RƏY

Oğuz rayonunda ilk “Avtoklaster” layihəsinə başlanılır VİDEO

“Hərbçilər qardaşımın barmağını kəsib nişan üzüyünü götürmüşdülər” - Neftçalanın Qara Yanvarı VİDEO

Avrasiyanın “quru körpüsü” Horqos Çin-Avropa yük daşımalarının vacib nöqtəsidir VİDEO

Qanunsuz saxlanılan 4 avtomat, 10 tüfəng və 453 ədəd müxtəlif çaplı patron aşkarlanıb

“AzerGold” ekoloji sahədə “2024-cü ilin ən yaxşı tərəfdaşı” nominasiyası üzrə təltif edilib

“Ordubad” əmtəə nişanlı bal məhsulu utilizasiya edilib

Ötən gün ölkə ərazisində qeydə alınan 44 cinayətin üstü açılıb

Ağsuda silahlı narkokuryerlər saxlanılıb

Faktiki hava açıqlanıb

Azərbaycanda ilk dəfə keçirilən qar voleybolu üzrə ölkə çempionatı start götürüb VİDEO

Şəmkirdə beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Zaqatala sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb - YENİLƏNİB