Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Tax Free” sisteminin tətbiqi turizmin inkişafına yönəlmiş növbəti addımdır

Bakı, 4 oktyabr, AZƏRTAC

“Tax Free” sisteminin tətbiqinə başlanmasından ötən 3 ay ərzində ölkəmizə gələn əcnəbi turistlər ona böyük maraq göstəriblər və ümumilikdə 3262 turist onlar tərəfindən ödənilmiş 487,4 min manat, o cümlədən, Yaxın Şərq ölkələrindən olan 1754 turist tərəfindən 245,8 min manat, 930 avropalı turist tərəfindən 161,2 min manat, Asiya ölkələrindən Azərbaycana gəlmiş 503 turist tərəfindən 70,0 min manat, digər ölkələrdən olan turistlər tərəfindən isə 10,4 min manat əlavə dəyər vergisinin geri qaytarılması tələb olunub.

AZƏRTAC xəbər verir ki, bu məlumat oktyabrın 4-də Vergilər Nazirliyinin keçirdiyi “Azərbaycanda elektron TAX FREE sistemi”nin təqdimat mərasimində səsləndirilib.

Tədbirdə çıxış edən nazir müavini İlkin Vəliyev son illər vergi sistemində aparılan islahatlar barədə danışıb. İ.Vəliyev ölkə Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust tarixli Sərəncamı və bu çərçivədə görülən işlər barədə ətraflı məlumat verib.

Daha sonra vergi sistemində son illər elektron sahədə aparılan islahatlara həsr olunan film nümayiş etdirilib.

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Samirə Musayeva təqdimatla çıxış edərək, ölkəmizdə “Tax Free” sisteminin tətbiqi və onun faydaları ilə bağlı məruzə edib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” təsdiq edilib. Eyni zamanda, dövlət başçısının “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust tarixli Sərəncamı ilə ölkəmizi turistlər üçün cəlbedici məkana çevirmək və bütövlükdə turizm sektorunu inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Vergilər Nazirliyinə həvalə edilib.

S.Musayeva vurğulayıb ki, “Tax Free” sistemi ölkədə turizm sektorunda son illər ərzində görülən işlərin davamlılığının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin möhkəmləndirilməsi məqsədini daşıyır. Bu sistem ilkin olaraq beynəlxalq hava limanlarında tətbiq edilməyə başlanıb və gələcəkdə respublikanın digər sərhəd-buraxılış məntəqələrində tətbiq olunması nəzərdə tutulur. Proqram təminatı və vahid elektron məlumat bazası yaradıldıqdan, onun vergi və digər aidiyyəti dövlət orqanlarının, habelə müvəkkil bankın istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyası təmin edildikdən sonra bu sistemin tədricən bütün sərhəd-buraxılış məntəqələrində tətbiq olunacaq.

Dünyada ƏDV tətbiq edən 130 ölkənin “Tax Free” sisteminə qoşulduğunu deyən S.Musayeva bildirib ki, bu sistemin tətbiqi xarici turistlərin ölkəyə cəlb edilməsinə və onların ölkə ərazisində daha çox mal almaqla, pərakəndə ticarətdə satış dövriyyəsinin artırılmasına, ixracyönümlü istehsalın stimullaşdırılmasına, xarici valyutanın ölkəyə axınının artmasına gətirib çıxarmalıdır.

“Tax Free” sisteminin tətbiqi şərtlərinə toxunan S.Musayeva qeyd edib ki, turistin mal alan zaman şəxsiyyətini təsdiq edən sənədi üzərində olmalıdır, alınan mal şəxsi istehlak məqsədi daşımalıdır, bir alışda əldə edilmiş malın ƏDV daxil olmaqla dəyəri 300 manatdan az olmamalıdır, turistə təqdim edilmiş elektron vergi hesab fakturası (e-vhf) və malın alışını təsdiq edən sənədləri özündə saxlamalıdır.

Sonra tədbir iştirakçılarına “Tax Free” sisteminin tətbiqində gömrük orqanlarının apardığı nəzarət prosesi barədə məlumat verilib. Nəzərə çatdırılıb ki, alıcı tərəfindən pasport təqdim edildikdən sonra satıcı e-VHF-ni Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında elektron vergi hesab-faktura sistemi vasitəsilə tərtib edərək, həmin məlumatları real vaxt rejimində vahid məlumat bazasına ötürür. E-VHF, ştrix-kod əks olunmaqla, iki nüsxədə çap olunur və hər iki nüsxə alıcıya təqdim edilir. E-VHF satıcının imzası və mərkəzində bu əməliyyatların ƏDV-nin qaytarılması şərti ilə həyata keçirildiyinə dair təsdiqedici qeyd olan möhürlə təsdiqlənməklə təqdim olunmalıdır. Alıcı aldığı malları Azərbaycan Respublikası ərazisindən apardıqda həmin mallar üzrə ödənilmiş ƏDV-nin qaytarılması məqsədilə gömrük sərhəd-buraxılış məntəqəsində aldığı mallara dair e-VHF-ni pasportla birlikdə gömrük orqanı əməkdaşına təqdim edir. E-VHF-nin məlumatları gömrük orqanı tərəfindən vahid məlumat bazasında yoxlanılır və sonra avtomatik risk qiymətləndirməsi aparılır. Alıcının və ona məxsus malların gömrük nəzarətindən keçməsi tələb edildiyi halda, alıcı həmin malları gömrük baxışının keçirilməsi məqsədilə gömrük orqanı əməkdaşlarına təqdim etməlidir. Gömrük orqanı əməkdaşları təqdim olunmuş mallarla vahid məlumat bazasına daxil edilmiş məlumatların uyğunluğunu yoxladıqdan sonra qaytarılacaq ƏDV məbləği barədə alıcının təqdim etdiyi e-VHF-də təsdiq qeydi aparır, onu möhürlə təsdiqləyərək alıcıya təqdim edəcək və vahid məlumat bazasında e-VHF-ni təsdiqləməklə məlumatı real vaxt rejimində müvəkkil banka ötürür. Risk qiymətləndirməsinin nəticələri əsasında alıcıdan malları gömrük baxışı üçün təqdim etmək tələb olunmadıqda, qaytarılacaq ƏDV-nin yekun məbləğini əks etdirən e-VHF gömrük orqanı tərəfindən möhürlə təsdiqlənərək məlumatlar real vaxt rejimində müvəkkil banka ötürülür. E-VHF-nin bir nüsxəsi gömrük orqanında saxlanılır, digər nüsxəsi isə alıcıya qaytarılır.

Alıcı dövlət sərhədinin buraxılış məntəqəsindən keçdikdən sonra müvəkkil bank gömrük orqanı tərəfindən möhürlə təsdiq olunmuş e-VHF-yə əsasən qaytarılmalı olan ƏDV məbləğini alıcının istəyinə uyğun olaraq milli valyutada nağd ödəniş kimi və ya 10 iş günündən gec olmayaraq, xarici və ya milli valyutada bank kartına və ya hesabına köçürmə qaydasında qaytarır.

Qaydalara əsasən, ƏDV-nin qaytarılması aksizli mallara, ərzaq mallarına, dərman preparatları və tibbi ləvazimatlara, ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət daşıyan mallara, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallara, ixracı üçün lisenziya tələb olunan mallara, çərçivəyə salınmayan, emal edilməyən və ya çeşidlənməyən qiymətli daşlara, külçə şəklində qiymətli metallara, müşayiət olunmayan baqajla Azərbaycan Respublikasının ərazisindən aparılan mallara, nəqliyyat vasitələri və onların ehtiyat hissələrinə, poçt və ya internet xidməti vasitəsilə ixrac edilən mallara şamil olunmur.

Sonda qeyd olunub ki, Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində “Tax Free” bölməsi istifadəyə verilib, rəsmi internet səhifəsində həmin bölməyə keçid yerləşdirilib. Azərbaycan, rus və ingilis dillərində hazırlanmış məlumatlar nazirliyin rəsmi internet saytında və “Facebook” səhifəsində yerləşdirilib.

Tədbirdə Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Giorgi Qoqua: Ermənistan Zəngəzur dəhlizinin əhəmiyyətini dərk etmir

Papa Fransisk ənənəvi “Angelus” duasını yenə videobağlantı ilə edib

Saatlı sakini babasından qalmış yivli silahı könüllü olaraq polisə təhvil verib

İtaliyanın Baş naziri Belqradda Serbiya Prezidenti ilə görüşüb

Marneulidə Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş bilik yarışması

COP28 çərçivəsində Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” potensialı ilə bağlı təqdimat olub

Bəzi beynəlxalq qüvvələr Cənubi Qafqazda münaqişənin yenidən artmasını istəyir - ŞƏRH

Azərbaycanın energetika naziri COP28 çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirak edəcək

Gəncə Dövlət Filarmoniyasında ilk layihə təqdim olunub

Xəzərsahili dövlətlərin xarici işlər nazirlərinin görüşü keçiriləcək

Rəşt-Astara dəmir yolu tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdıracaq

ABŞ Hind-Sakit Okean regionunda ortamənzilli raketlər yerləşdirəcək

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Lissabon sammitindəki diplomatik uğurumuz tarixi Zəfərimizə dayanıqlı beynəlxalq zəmin yaratdı - ŞƏRH

Filippin sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

Xarici ölkələrdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər

Bəzi dağlıq rayonlarda dumana görə yollarda görünüş məsafəsi məhdudlaşacaq

Münhen hava limanında 500-dən çox reys təxirə salınıb VİDEO

Ağsu və Mingəçevir sakinləri odlu silahları polisə könüllü təhvil veriblər

Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq yarışda 1-ci yeri qazanıb

Sabah paytaxtda şimal-qərb küləyi əsəcək

Aşqabadda keçirilən “Qış Milli Mətbəx Xeyriyyə Festival”ında Azərbaycan da təmsil olunub

Türkiyə vətəndaşlarının Qəzzadan təxliyə işləri bərpa edilib

İcma: BMT-nin xüsusi məruzəçisinin iddialarını kəskin şəkildə pisləyirik

Azərbaycan nümayəndə heyəti Çində Dünya Media Sammitində iştirak edir VİDEO

Qərbi Azərbaycan İcması Fransız-alman Arte kanalında yayımlanan reportajla bağlı bəyanat yayıb

Ukrayna ərazisinə qanadlı raket və kamikadze dronları ilə hücum edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Nəsimi, Səbail və Xətai rayonlarında içməli suyun verilişində məhdudiyyətlər olacaq

“Times of Israel”: İsrail əməliyyatdan sonra Qəzzaya qoşun yeritməyəcək

Azərbaycan çempionatında 41 komandadan 167 boksçu mübarizə aparacaq

Paraqvaylı deputat təyyarə qəzasında həlak olub

DYP sağlamlıq imkanları məhdud olan şəxslərlə bağlı sürücülərə müraciət edib

Bu gün Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür

Nizami rayonunda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb - YENİLƏNİB-2

Peruda silahlı şəxslərin hücumu nəticəsində 9 nəfər həlak olub

Mumiyalanmış “yadplanetlilərin” qalıqlarında naməlum DNT-yə rast gəlinib

Filippin universitetində baş verən partlayışda 3 nəfər ölüb, 40-dan çox yaralı var

DİM xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirir

Zooloqlar delfinlərin Yerin maqnit sahəsini hiss etdiklərini üzə çıxarıblar

“Toyota” avtomobillərinin yanacaq sistemində ciddi problem aşkarlanıb

İqlimşünaslar bu mövsüm rekord dərəcədə isti qış proqnozlaşdırırlar

Yaşıl Əjdaha ili: 2024-cü ilin Şərq təqvimi nə vəd edir?

Almaniyanın “Rheinmetall” konserni Ukraynada zirehli texnika istehsalına başlayacaq

Filippinin cənubunda “Daula İslamiyyə” qruplaşmasının 11 üzvü öldürülüb

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

Çin yeni respirator xəstəliklər dalğasını məlum olan yoluxucu viruslarla əlaqələndirib

Fiziki məhdudiyyətli uşaqların bacarıqları inkişaf etdirilir

GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək

ABŞ gələn il orbitə 20-dən çox hərbi məqsədli peykin buraxılmasını planlaşdırır

Şamaxıda “Əzizə Cəfərzadə yaradıcılığında Şirvan və Şirvanilər” adlı elmi-praktiki konfrans təşkil olunub

“Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Sumqayıtda Gənclər və Könüllülər Mərkəzinin ofisinin açılışı olub

Almaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim edib

Birgünlük kirayə evlər 20-60 manata təklif olunur – Gədəbəyin qış turizmi VİDEOREPORTAJ

AVRO-2024: Final mərhələsinin püşkü atılıb, Türkiyə millisinin rəqibləri məlum olub

Asiya Akademiyaları Birliyi ilə əməkdaşlıq genişlənir

Beynəlxalq Muğam Mərkəzində "HasSak” ansamblının konserti olub

Laçın rayonunun işğaldan azad olunması və yaranan hərbi infrastruktur – AÇIQLAMA

Filippin sahillərində 6,4 bal gücündə daha bir zəlzələ olub

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib VİDEO

Ölkəmizdə Qazaxıstan mədəniyyəti günləri keçirilir

Həştərxanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin iştirakçıları mükafatlandırılıblar

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Prezident İlham Əliyev Dubayda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü münasibətilə keçirilən tədbirdə iştirak edib  YENİLƏNİB VİDEO

Qardabanidə “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimatı olub

İtaliya qəzeti: Təəssüf ki, Avropada erməni millətçiliyini və revanşizmini qızışdıranlar var

Filippində 7,5 bal gücündə zəlzələ baş verib

Son 20 il ərzində ən soyuq dekabr ayı 2002-ci ildə qeydə alınıb

Futbol üzrə Avropa çempionatının mükafat fondu bəlli olub

Mikayıl Cabbarov: Azərbaycan istixana qazı emissiyalarının 2050-ci ilədək 40 faiz azaldılmasını hədəfləyir

Almaniya millisi gənclər arasında futbol üzrə dünya çempionatının qalibi olub

Naxçıvanda Mühasiblər Forumu keçirilib

Gəncədə quyuya düşən şəxs xəstəxanada ölüb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin dördüncü iclası keçirilib

Azərbaycan Premyer Liqasında XV tur heç-heçə ilə başlayıb

Millətlər Liqası: Azərbaycan yığmasının püşkatmada yer alacağı səbət açıqlanıb

Türkiyə ölkə tarixinin aylıq ixrac rekordunu yeniləyib

Bakı və Sumqayıtda atmosfer havasında dispers toz hissəciklərinin miqdarı normanı ötüb

Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr edilmiş uşaq festivalı keçirilib

Nazir: SOCAR 2035-ci ilə qədər metan tullantılarını sıfıra endirəcək

Masallı sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

Səhiyyə Nazirliyi Mingəçevirdə fləş-mob keçirib

Azərbaycanlı futbolçu Albaniya çempionatında beşinci qolunu vurub

Bakıda narkotik vasitələrin təsiri altında avtobus idarə edən sürücü saxlanılıb VİDEO

Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib VİDEO

Bakıda hərbçilər arasında güləş üzrə dünya çempionatına yekun vurulub

Bakıdakı Rus evi dekabr ayı üçün tədbirlər proqramını açıqlayıb

İstanbulda İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin Nazirlər Toplantısı keçirilir

Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib

“Euronews” telekanalı Bakıda keçirilən SPECA-nın Zirvə görüşü haqqında reportaj yayımlayıb VİDEO

Akademik İsa Həbibbəyli Ankarada TÜBİTAK başqanı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

İİTKM və CAREC arasında Anlaşma Memorandumu imzalanıb

Roma Papası hərbi xərcləri aclıqla mübarizəyə yönəltməyə çağırıb

Tanınmış kinorejissor Akif Rüstəmov evində ziyarət edilib

“Şükran günü” qorxu filmi növbəti mövsümlə ekranlara geri qayıdır

Türkiyə Dünya İqlim Fəaliyyəti Sammitinə ev sahibliyi etmək niyyətindədir

Bakıdakı dünya çempionatında son günün qalibləri mükafatlandırılıblar VİDEO

Bakı Dövlət Sirki Yeni il proqramı təqdim edir

Film layihələri müsabiqəsinin yekunlarına həsr edilmiş brifinq keçirilib