REGİONLAR
TAXIL BİÇİNİ UĞURLA DAVAM EDİR
AZƏRTAC xəbər verir ki, Ağdaş rayonunun taxılçıları bu il 2246 hektar sahədə məhsul yetişdirmişlər. Biçinə iyunun əvvəlindən başlanılmış, zəmilərə 61 ədəd kombayn və digər texnika çıxarılmışdır. Taxılçılar əlverişli hava şəraitindən səmərəli istifadə edərək biçini sürətləndirməklə, məhsuldarlığı da artırırlar.
Bu günədək biçin aparılmış zəmilərdən 6424 ton məhsul əldə edilmişdir.