DÜNYA
TBİLİSİDƏ 10 SEÇKİ DAİRƏSİ VƏ 711 SEÇKİ MƏNTƏQƏSİ AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanda 2008-ci il yanvarın 5-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə əlaqədar Tbilisidə 10 seçki dairəsi, 711 seçki məntəqəsi açılmışdır.
Gürcüstanda 3 milyon 378 min 836 seçici vardır ki, onlardan 942 min 060 nəfəri paytaxtda yaşayır. MSK Gürcüstan prezidentliyinə rəsmən 7 nəfəri qeydə almışdır. Sabiq Prezident Mixail Saakaşvili, “Yeni sağçılar” partiyasının lideri David Qamkrelidze, birləşmiş müxalifətin lideri Levan Qaçeçiladze, məşhur biznesmen Arkadi Patarkatsişvili, Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili, “İmedi” (Ümid) Partiyasının lideri İrina Sarişvili, “Gələcəyin partiyası”nın lideri Georgi Maisaşvili gələn il yanvarın 5-də prezident kürsüsü uğrunda mübarizə aparacaqlar.