TBİLİSİDƏ FƏTƏLİ XAN XOYSKİNİN VƏ HƏSƏN BƏY AĞAYEVİN MƏZARLARI ZİYARƏT EDİLƏCƏKDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılmasının 90 illiyi Tbilisidə də qeyd ediləcəkdir.
Gürcustan Azərbaycanlıları Konqresi və Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə mayın 28-də Tbilisi Dövlət Gənclər Sarayında (vaxtilə ADR Hökuməti burada fəaliyyət göstərmişdir) tədbir keçiriləcəkdir. Tədbir iştirakçıları Botanika bağında ADR-in yaradıcılarından Fətəli Xan Xoyskinin və Həsən Bəy Ağayevin qəbirüstü abidələrini ziyarət edəcəklər.
Həmin gün Marneulidə Azərbaycanlıların Mədəniyyət Mərkəzi və ölkəmizin Gürcüstandakı səfirliyi dəyirmi masa təşkil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]