REGİONLAR
TBİLİSİDƏ QUŞ QRİPİ KOMMUNİKASİYASI ÜZRƏ REGİONAL KONFRANS KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, iyunun 28-29-da Tbilisidə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD), YUNİSEF-in və Dünya Bankının birgə təşkilatçılığı ilə quş qripi kommunikasiyası üzrə regional konfrans keçiriləcəkdir.
Azərbaycanın hökumət nümayəndələrinin və ictimai səhiyyə mütəxəssislərinin də qatılacağı tədbirdə Cənubi Qafqaz regionunda quş qripi problemlərinə toxunulacaqdır. İştirakçılar tədbir çərçivəsində quş qripi təhlükəsinin aradan qaldırılması sahəsində təcrübələrini bölüşəcək, fikir mübadiləsi aparacaqlar.