HEYDƏR ƏLİYEV - 100
TBMM-in üzvü: Ulu Öndər Türk dünyası üçün gördüyü işlərlə yaddaşlarda böyük iz buraxıb

Bakı, 21 noyabr, AZƏRTAC
Ulu Öndər Heydər Əliyev Türk dünyası üçün gördüyü işlərlə yaddaşlarda böyük iz buraxıb. Bu gün Azərbaycan ilə Türkiyə arasında bənzərsiz münasibətlər hökm sürürsə, bunda Ümummilli Liderin böyük əməyi var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin üzvü Ahmet Zenbilci Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) 15 illiyinə həsr olunmuş konfransda söyləyib.
O bildirib ki, bundan sonra da Azərbaycan ilə Türkiyə arasındakı münasibətləri ən yüksək səviyyəyə qaldırmaq üçün işlər davam etdiriləcək.