Azərbaycan Dövlət İnformasiya Agentliyi

TDT-nin Baş katibi: Budapeştdəki Zirvə görüşü türk əməkdaşlığının artan rolunu nümayiş etdirirdi

TDT-nin Baş katibi: Budapeştdəki Zirvə görüşü türk əməkdaşlığının artan rolunu nümayiş etdirirdi

İstanbul, 23 may, Günel Karatepe, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən təşkilatın Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün nəticələri ilə bağlı mətbuata açıqlama verib.

AZƏRTAC xəbər verir ki, Baş katib açıqlamasında TDT-nin üzv dövlətlərinin uzun müddətdir ortaq mədəni və tarixi irslə bir-birinə bağlı olduğunu bildirib. O qeyd edib ki, türk əməkdaşlığının müasir institutlaşması rəsmi olaraq 2009-cu ildə Naxçıvan Sazişinin imzalanması ilə başlasa da, bu əməkdaşlığın təməli hələ 1990-cı illərin əvvəllərində, türkdilli dövlətlərin ilk zirvə görüşlərində qoyulub. Həmin zirvə görüşü gələcək inteqrasiyanın əsasını təşkil edib.

Ötən ilin oktyabr ayında təşkilatın 15 illik yubileyinin Ankarada qeyd edildiyini xatırladan Baş katib bildirib ki, bu qısa, lakin dinamik dövrdə ölkələrarası əməkdaşlıq xarici siyasət və ticarətdən tutmuş rəqəmsal transformasiya, süni intellekt və dayanıqlı inkişafa qədər 35-dən çox sahəni əhatə edəcək qədər genişlənib.

“Həmin dövrə qədər türk əməkdaşlığı çərçivəsində altı əsas qurum fəaliyyət göstərirdi. Bunlar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu (TMİF), Türk Ticarət və Sənaye Palataları Birliyi (TTSB) və yeni yaradılmış Türk İnvestisiya Fondudur. Dövr müddətində BMT, İƏT, ICESCO və digər qurumlarla anlaşma memorandumları imzalanmaqla beynəlxalq təşkilatlarla tərəfdaşlıqlar da fəal şəkildə inkişaf edirdi. Sonuncu Bişkek Zirvəsində dövlət başçıları bir sıra mühüm qərarlar qəbul etdilər ki, bunların əsaslarından biri də o təşkilatın yeni bayrağının təsdiqi oldu.

Təşkilatın dövlət başçılarının sonuncu qeyri-rəsmi Zirvə görüşü mayın 20 və 21-də Macarıstanın Budapeşt şəhərində baş tutdu. İlk dəfə idi ki, müşahidəçi statusuna malik bir dövlət - Macarıstan TDT zirvəsinə ev sahibliyi edirdi. Bu fakt Macarıstanın türk əməkdaşlığında artan rolunu nümayiş etdirirdi. “Şərq və Qərbin görüş nöqtəsi” şüarı altında üzv və müşahidəçi dövlətlərin liderləri əsas prioritet sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi strategiyalarını müzakirə etdilər. Görüşdə, həmçinin regional və qlobal əhəmiyyətli ortaq məsələlərə toxunuldu”, - deyə Kubanıçbek Ömüralıyev bildirib.

Zirvə görüşünün Budapeşt Bəyannaməsinin imzalanması ilə yekunlaşdıgını xatırladan Baş katib sözlərinə belə davam edib: “Bu sənəd TDT-nin strateji istiqamətini və regional inteqrasiyaya sadiqliyini bir daha təsdiqlədi. Bundan əlavə, liderlər “Özbəkistan Respublikasının Türk Mədəniyyəti və İrsi Fonduna qoşulması haqqında Qərar”ı imzaladılar. Bu, Türk dünyasında mədəni əməkdaşlıq və həmrəyliyin daha da dərinləşməsi baxımından əhəmiyyətli addım oldu. Həmçinin Əfqanıstanla bağlı Bəyanat qəbul edildi ki, bu da üzv dövlətlərin bu məsələdə vahid mövqeyini və koordinasiyalı yanaşmasını nümayiş etdirdi. Eyni zamanda, Təşkilat ölkələrinin xarici işlər nazirləri TDT-nin Macarıstandakı nümayəndəliyinin icraçı direktorunun təyin edilməsi barədə qərar qəbul etdilər. Bu qərar TDT-nin Avropadakı institutlaşmış mövcudluğunu və fəaliyyətini daha da gücləndirdi. Xarici işlər nazirləri, həmçinin “Şimali Kipr Türk Cümhuriyyətinə Türk Akademiyasında müşahidəçi statusunun verilməsi” qərarını da imzaladılar”.

Bildirilib ki, Zirvə görüşü çərçivəsində dünya şöhrətli alim və Nobel mükafatı laureatı professor Aziz Sancara Türk Dövlətləri Təşkilatının “Əlişir Nəvai” adına Beynəlxalq Mükafatı təqdim edilib. Bu mükafat onun elmə verdiyi böyük töhfələri, Türk dünyasının birliyi və kimliyinə sarsılmaz bağlılığını təqdir etmək məqsədilə təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əlyazmalar İnstitutunda Qasım bəy Zakirin irsinə həsr olunmuş elmi sessiya keçirilib

Bu gündən müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılır

Türkiyə və Rusiyanın müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Minskdə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” sənədinin təqdimatı keçirilib

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin əməkdaşları Fəxri Xiyabanı ziyarət ediblər

Bonnda İyun İqlim Sammitinin gündəliyi təsdiqlənib

Avstriya ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib

Höteborq müsəlmanları təhqiredici görüntülərə görə üzr istənilməsini tələb edirlər

Saymon Stil: iqlim çoxtərəfliliyi son COP-larda mühüm irəliləyişlərlə nəticələnib

Kreml: Rusiya və Türkiyə XİN və müdafiə nazirlikləri xətti üzrə təmasları intensivləşdirəcək

"Sabah" FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə mübarizə aparacaq

Klublararası dünya çempionatında növbəti oyun keçirilib

Heydər Əliyev Sarayında “Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalının açılışı olub

Qarsda Türkiyə ilə Azərbaycan arasında sərhəd əməkdaşlığının dərinləşdirilməsi yolları müzakirə olunub

"Qarabağ" braziliyalı futbolçunu transfer edib

UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları ilə görüş keçirilib

COP29-un və COP30-un yüksəksəviyyəli çempionları ilk dəfə görüşüb

Azərbaycanla Böyük Britaniya arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib

Şarm-əl-Şeyx Dialoqu çərçivəsində 2025-ci ilin 1-ci vork-şopunun açılışında Azərbaycanın qlobal iqlim fəaliyyətinə töhfələri vurğulanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

Baş prokuror Türkiyənin Baş ombudsmanı ilə görüşüb

Gürcüstan Ali Məhkəməsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycandan Çinə fındıq və badam ixracı üçün tədbirlər görülür

Əmək, məşğulluq və sosial müdafiə sahələrində qarşıda duran vəzifələr müzakirə edilib

Qərbi Azərbaycan İcmasında “Sərhədsiz Şəfqət” mövzusunda tədbir keçirilib

Dövlət Komissiyası: İtkin-şəhidlərin nəşlərinin ailələrinə təhvil verilməsi işi bundan sonra da intensiv aparılacaq

Gəncənin ictimai nəqliyyatında çalışmaq üçün müraciət edənlərin sayı açıqlanıb

AYNA: 46 mindən çox taksi sürücüsü təlimlərə cəlb edilib

Bəzi marşrut avtobuslarının hərəkət intervallarında ləngimələr müşahidə edilir

Qarsda Türkiyə-Azərbaycan Regional İqtisadi Forumu keçirilib

İqtisadiyyat naziri OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak edib

Azərbaycanla Bolqarıstan arasında parlamentlərarası əlaqələr müzakirə olunub

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Rusiya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edilib

Azərbaycan-Şimali Makedoniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

İqtisadi fəal əhalinin sayı açıqlanıb

“Sabah” ispaniyalı futbolçu ilə yollarını ayırıb

Energetika naziri Pərviz Şahbazov vətəndaşlarla görüşüb

Useyn Bolt Belqradda keçiriləcək “Expo 2027” sərgisinin səfiri olub

İİTKM ABŞ-ın “World Economic Magazine Awards 2025” müsabiqəsində ali mükafata layiq görülüb

Mənəvi Dəyərlərin Təbliği Fondu “Hər məsciddə kitabxana” layihəsinə başlayır

Binəqədidə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Tələbələr Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində istehsalat prosesi ilə tanış olublar

Pedaqoji Universitetdə liderlik proqramlarının bağlanış mərasimi keçirilib

“Azərişıq” bölgələrdə maarifləndirici tədbirlər həyata keçirir

Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb

İrandakı səfirliyimizə və baş konsulluğumuza 500 nəfərə yaxın Azərbaycan vətəndaşının müraciəti daxil olub

COP30-un icraçı direktoru: Hazırda biz Azərbaycandan öyrənərək Belemə hazırlıq görürük

“TikTok”da investisiya və yatırım adı altında vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb VİDEO

“TikTok”da investisiya və yatırım adı altında vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb VİDEO

Naxçıvanda “Milli iqtisadiyyat və dövlət idarəçiliyi” mövzusunda təlim keçirilib

BDU nümayəndə heyəti Qlobal Dayanıqlı İnkişaf Konqresinin açılış mərasimində iştirak edib

“Meşə tiplərinin tədqiqi və davamlı inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilir

Qazaxıstan və Çin nüvə energetikası sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaq

Çin dilinə dair beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu olub

“BigPicture” fotomüsabiqəsinin qalibləri müəyyən edilib

“Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq’’ mövzusunda müzakirələr aparılıb

Qırğızıstan və Çin əməkdaşlığı genişləndirir

Arif Əsədov: İnanıram ki, “Sabah” Sloveniya klubunu məğlub edərək mərhələ adlaya biləcək

On altı ildən sonra Superliqaya yüksələn klub tanınmış hücumçu ilə anlaşıb

Türkiyənin naziri İran qazının tədarükü ilə əlaqədar fasilələrin olmadığını bildirib

Dövlət qurumlarının rəhbər nümayəndələri üçün kibertəhlükəsizlik üzrə seminar keçirilib

Müstəqil siyasətin təzahürü

Azərbaycanın qadın boksçuları Türkiyədə təlim-məşq toplanışına start veriblər

Azərbaycan mətbəxinin nümunələri Yunanıstanda təqdim edilib

Astanada İkinci “Mərkəzi Asiya – Çin” sammiti keçirilir

Mette Lundgaard: Bakıdan Belemə uzanan yol xəritəsi üzrə ambisiyalar artmalıdır

Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı ziyarət edib VİDEO

Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı ziyarət edib VİDEO

UEFA Avropa Liqası: “Sabah”ın rəqibi məlum olub

Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşçüləri Dağüstü Parkda üz-üzə gəliblər

Xankəndi şəhərində Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib FOTO VİDEO

Xankəndi şəhərində Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib FOTO VİDEO

Numan Kurtulmuş: Üçtərəfli əməkdaşlığın yenidən canlandırılması mühüm əhəmiyyət kəsb edir

Gürcüstan və Türkiyə parlament sədrləri regional əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan cüdoçusu: Dünya çempionatında qazandığım medal qızıla bərabərdir

Müharibələr iqlim təhlükəsizliyini təhdid edir VİDEO

Müharibələr iqlim təhlükəsizliyini təhdid edir VİDEO

Filippo İnzaqi yenidən İtaliya B Seriyasında işləyəcək

Bəstəkar Eldar Mansurov: Musiqi sözlərin olmadığı söhbətdir – MÜSAHİBƏ

“Axşam görüşləri”: Azərbaycan elminin və mədəniyyətinin carçısı

Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb

“Azərtütün” ASC-nin emal məntəqələri indiyədək istehsalçılardan 150 ton yaş tütün qəbul edib

Bu il sənaye məhsulu istehsalının həcmi açıqlanıb

Rusiyadan idxal olunan dondurulmuş toyuq dərisi məhsulunda uyğunsuzluq aşkarlanıb

Bolqarıstan Milli Assambleyasının sədri Bakıda Zəfər parkını ziyarət edib

“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan edib

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

® “Veysəloğlu” FMCG sektorunda BMT-nin Qlobal Sazişinə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu

Eşitmə məhdudiyyətli idmançılarımız beynəlxalq yarışdan 6 medalla qayıdıblar

“BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Riqada Azərbaycanın mina probleminə dair dəyirmi masa təşkil olunub

Qaraçuxur qəsəbəsində narkokuryerlik edən şəxsdən 3 kiloqram marixuana aşkarlanıb VİDEO

Qaraçuxur qəsəbəsində narkokuryerlik edən şəxsdən 3 kiloqram marixuana aşkarlanıb VİDEO

Yeni Klinikada “Təbiblər - Cəmiyyətin sağlamlıq qalası” adlı tədbir keçirilib VİDEO

Yeni Klinikada “Təbiblər - Cəmiyyətin sağlamlıq qalası” adlı tədbir keçirilib VİDEO

Politoloqlar: Gürcüstana qaçqın axını olmayacaq

Ronaldunun ayaq dırnaqlarını qara rəngə boyamasının səbəbi bəlli olub

Tarix Muzeyinin əməkdaşı beynəlxalq forumda Azərbaycanın bölgələrində aşkar olunmuş sikkələr barədə çıxış edib

Komitə: Əhalinin gəlirləri artıb

® “Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 faiz komissiyalı kredit

ABŞ və Gürcüstan rəsmiləri regiondakı vəziyyəti müzakirə ediblər

Əsas kapitala yönəldilmiş investisiyaların 78 faizi tikinti-quraşdırma işlərinə sərf olunub

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

A Seriyasına yüksələn klub Daniele De Rossiyə təklif göndərib