İQTİSADİYYAT
TDT-yə daxil olan ölkələr arasında həyata keçirilən ixracın dəyəri 33 milyard ABŞ dolları olub

Bakı, 26 sentyabr, AZƏRTAC
Ötən il Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin öz aralarında həyata keçirdiyi ixracın dəyəri 33 milyard ABŞ dolları olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı Bakıda keçirilən Türk Dövlətləri II Aqrobiznes Forumunda bildirib.
O qeyd edib ki, həmin məbləğin 3,8 milyardı kənd təsərrüfatı məhsullarının payına düşüb. Bu isə yetərli deyil.
Nazir, həmçinin nəzərə çatdırıb ki, ötən il Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin ümumi ixracının dəyəri 537 milyard ABŞ dollarından çox olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.12.2023 [13:10]
® “AccessBank” əsginaz qəbulediciyə dair tender elan edir
- 11.12.2023 [13:10]
Lökbatan qəsəbəsində küçə təmir edilir
- 11.12.2023 [13:10]
Başqırdıstan Azərbaycana 500 ton buğda göndərib
- 11.12.2023 [13:02]
Azərbaycanda illik inflyasiya 9,4% təşkil edib
- 11.12.2023 [11:47]
Azərbaycanda ilk “Mələk İnvestorlar Məktəbi”indən 109 nəfər məzun olub
- 11.12.2023 [11:46]
Cari il mal və xidmətlərə görə 140 milyon manatdan çox ƏDV ödənilib
- 11.12.2023 [11:39]