TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində beş ayda 10 milyondan çox müraciət qeydə alınıb

Qobustan, 20 iyun, G.Mahmudlu, M.Cəfərov, S.Məcnun, AZƏRTAC
Bu ilin ilk 5 ayı ərzində Tibbi Ərazi Bölmələrini İdarərtmə Biliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ümumilikdə 10 milyon 546 min 23 müraciət qeydə alınıb. Onlardan 219 min 180-i stasionar, 10 milyon 326 min 843-ü ambulator olub.
AZƏRTAC xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu Qobustan Rayon Mərkəzi Xəstəxanasına təşkil edilən mediatur zamanı məlumat verib.
Şöbə müdiri bildirib ki, həmin dövr ərzində vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı 37 milyon 481 min 249 təşkil edib ki, bunlardan 4 milyon 889 min 729-u stasionar, 32 milyon 591 min 520-si ambulator olub.
Elnur Hidayətoğlu əlavə edib ki, TƏBİB-in kommunikasiya strategiyasına uyğun olaraq, tabeli tibb müəssisələrində ictimaiyyətlə əlaqələr işi təkmilləşdirilir. Bu istiqamət üzrə işə ixtisaslı kadrlar cəlb olunur, onların bilik və bacarıqlarının artırılması üzrə mütəmadi təlimlər keçirilir, həmçinin mütəxəssislərin fəaliyyəti qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.07.2025 [17:13]
Nazir: İlin ilk yarısında 305 kriminal qrup zərərsizləşdirilib
- 10.07.2025 [16:48]
Daxili İşlər Nazirliyində altı ayın yekunları müzakirə olunub
- 10.07.2025 [16:36]
Azərbaycanlı alimin monoqrafiyası gürcü dilində çap olunub
- 10.07.2025 [16:25]
Qarabağda sahibkarlığın inkişafına yeni təkan - ŞƏRH
- 10.07.2025 [16:14]