TƏBİƏTƏ VURDUĞU ZİYANA GÖRƏ YAŞILLAŞDIRMA TƏSƏRRÜFATI BİRLİYİNƏ QARŞI İDDİA QALDIRILACAQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı departamentinin əməkdaşları Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 77 saylı binanın arxa hissəsində çinar ağacının Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən kəsilərək doğranmış halda 10 JC2 59 dövlət nişanlı, ZİL markalı avtomaşına yüklənməsi faktını müəyyən etmişlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hadisə yerində ağacın kəsilməsini təşkil etdirdiyini bildirən şəxs departamentin məsul şəxslərini təhqir etmiş, onların üzərinə hücum çəkməklə zor tətbiq etmişdir. Baş verənlərlə əlaqədar Nərimanov rayon Polis İdarəsinə müraciət olunmuş, həmin şəxs 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanmışdır.
Aşkar olunmuş faktla əlaqədar müvafiq sənədləşmə işləri aparılmışdır.
Təbiətə vurduqları ziyana görə Yaşıllaşdırma Təsərrüfatı Birliyinə qarşı iddia qaldırılması və digər inzibati tədbirlər həyata keçirilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]