TƏBRİZDƏ BAYRAM MƏRASİMİ OLACAQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunda 28 may - Respublika günü ilə əlaqədar bayram mərasimi təşkil ediləcəkdir.
Mərasimə Təbrizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri, dövlət rəsmiləri, İran ictimaiyyətinin tanınmış nümayəndələri dəvət edilmişlər.
Azərbaycan Respublikasından dəvət olunmuş ziyalılar mərasimdə çıxış edərək Azərbaycanın müstəqillik tarixi, son illər əldə olunan nailiyyətlər barədə məlumat verəcəklər. Bundan başqa, Azərbaycan həqiqətlərinə dair kitablar və digər nəşrlər nümayiş etdiriləcək, fotostendlər düzəldiləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]