TƏBRİZDƏ RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ MƏRASİM KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda 28 may-Respublika günü münasibətilə mərasim keçirilmişdir. Mərasimdə Təbrizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri, İran rəsmiləri, şəhərin tanınmış ziyalıları iştirak etmişlər.
Tədbirdə əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilmişdir. Baş konsul Ayxan Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticələrindən danışmışdır. Baş konsul demişdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi mehriban dostluq və qonşuluq siyasətinin bəhrəsidir ki, Azərbaycan-İran münasibətlərinin inkişafı yüksələn xətt üzrə inkişaf edir.
Mərasimdə çıxış edən İran rəsmiləri bayram münasibətilə iştirakçıları təbrik etmiş, Azərbaycan xalqının ünvanına xoş sözlər söyləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]