TEHRANDA HEYDƏR ƏLİYEVİN YUBİLEYİ TƏNTƏNƏLİ QEYD EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın İrandakı səfirliyində ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Mərasimdə İranın dövlət rəsmiləri, səfirlər, Tehrandakı beynəlxalq təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin tanınmış nümayəndələri iştirak etmişlər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə əklillər qoyulmuş, gül-çiçək dəstələri düzülmüşdür. Sonra səfir Abbasəli Həsənov ulu öndər Heydər Əliyevin mənalı ömür yolundan, həyata keçirdiyi mehriban dostluq və qonşuluq siyasətinin bəhrələrindən danışmışdır. Ümummilli liderimizin Azərbaycan-İran münasibətlərinin inkişafındakı tarixi fəaliyyətindən bəhs edən səfir, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
İştirakçılara ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən, müxtəlif dillərdə yazılmış kitab və jurnallar paylanmışdır. Səfirlikdəki fotostentlər, çoxsaylı kitab, jurnal və digər nəşrlər iştirakçılar tərəfindən sonsuz maraqla qarşılanmışdır.
Sonra tədbir konsert proqramı ilə davam etdirilmuişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]