TEHRANDA RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ MƏRASİM KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində 28 may - Respublika günü münasibətilə təntənəli bayram mərasimi keçiriləcəkdir.
Mərasimə Tehranda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri, dövlət rəsmiləri, İran ictimaiyyətinin tanınmış nümayəndələri dəvət edilmişlər.
İştirakçılara Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, ümummilli lider Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu dövlətçilik işlərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin son illər əldə olunan nailiyyətlərin əks olunduğu çap məhsulları paylanacaqdır. Bundan başqa, İranın rəsmi televiziya kanallarından birinin efirində Azərbaycan Respublikasına aid veriliş göstəriləcəkdir.
İki gün davam edəcək mərasimdə xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə muğam konserti olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]