TƏHSİL NAZİRİ MÜQAYİSƏLİ ƏDƏBİYYATŞÜNASLIĞA DAİR BEYNƏLXALQ KONFRANSIN ƏHƏMİYYƏTİNİ YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov jurnalistlərə müsahibəsində “Müqayisəli ədəbiyyatşünaslıq: ədəbiyyatlarda və mədəniyyətlərdə stereotiplər” Beynəlxalq elmi konfransının əhəmiyyətini yüksək qiymətləndirmişdir. Konfrans noyabrın 21-22-də Bakıda keçirilir.
Nazir bildirmişdir ki, sayca üçüncü olan konfransda 20-dən çox ölkədən filoloq alimlər iştirak edirlər. O demişdir: “Biz konfransdan çox şey gözləyirik. Belə konfransın Bakıda keçirilməsi çox böyük əhəmiyyətə malikdir. Mövzu da vacibdir - yaranmış bəzi stereotiplər heç də həmişə reallığa uyğun gəlmir və burada ədəbiyyat əsla sonuncu rol oynamır. Müxtəlif mədəniyyətlərin nümayəndələrinin bu barədə fikrini dinləmək maraqlı olardı”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]