Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçirilib YENİLƏNİB

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də ADA Universitetində Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, beynəlxalq forum Elm və Təhsil Nazirliyi, Dünya Təhsil Forumu və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və ADA Universitetinin təşkilatçılığı ilə keçirilib.

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən və COP29 ideyasını özündə ehtiva edən beynəlxalq forum “Daha təhsilli gələcək” devizi ilə baş tutub.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bu forumun təhsil haqqında müzakirələri peşəkar səviyyəyə çatdıran bir platforma olduğunu vurğulayıb. Dünyanın bütün təhsil sistemlərində oxşar problemlər olduğunu və onların müzakirəsinin əhəmiyyətini qeyd edən nazir ölkəmizin təhsil fəlsəfəsi, təhsil liderliyi, elmi tədqiqatlara əsaslanan təhsil prosesi, təhsilin məzmunu, müəllimlər üçün bilik qədər insani keyfiyyətlərin də əhəmiyyətli olması, ali təhsilə baxış məsələlərinə toxunub.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin təhsil sahəsində qlobal trendlərə qoşulmaq üçün çox geniş imkanlar yaradacağına inamını ifadə edən Emin Əmrullayev məktəblərdə ətraf mühit savadlılığı ilə bağlı ölçmələr aparılmasının, yeni mədəniyyət və davranışların formalaşmasının vacibliyini vurğulayıb.

Nazir sonda müəllim adının məsuliyyətini bir daha xatırladaraq 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriklərini çatdırıb.

Forumun moderatoru, “T-Network” platformasının rəhbəri Cəfər Mənsimi bildirib ki, tədbirin təşkilində əsas məqsəd təhsildə yeni çağırışları müzakirə etmək, ekoloji təhsilə, xüsusilə yaşıl təhsil ideyasına diqqəti artırmaq, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır. Forum ekoloji savadlılıq və davranış mədəniyyəti, təhsildə yaşıl çağırışlar və öhdəliklər, yaşıl bacarıqlar strategiyası, təhsilin gələcəyi və ekoloji innovasiyalar, təhsildə liderlik və ekoloji səmərəlilik, yaşıl öyrənmə mühiti və müəllim hazırlığı, təhsildə iştirakçılıq və əməkdaşlıq ekosistemi mövzularını əhatə edir.

Daha sonra Dünya Təhsil Forumunun direktoru Dominik Savaj “Məktəblər yaşıl bacarıqları effektiv inkişaf etdirmək üçün hansı təşəbbüsləri həyata keçirə bilərlər?” mövzusunda təqdimatla çıxış edib. Dominik Savaj ətraf mühitin qorunmasında gənc nəslin rolunun daha önəmli olduğunu, buna görə də ailədə və məktəbdə onların özlərinə dəyər verən şəxsiyyət kimi formalaşmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, özünü dəyərli hiss etməyən insan planetə də hörmət etməz və ona dəyər verməz.

Dominik Savaj bildirib ki, dünya iqlim dəyişikliyinin təsirləri ilə mübarizə apararkən adətən onun təhsilə təsiri nəzərdən qaçırılır. Halbuki planetin artan temperaturu və istilik dalğaları təkcə ətraf mühiti təhdid etmir, həm də bütün dünyada milyonlarla uşağın təhsilinə mane olur. Məktəblər yaşıl bacarıqları effektiv inkişaf etdirmək üçün təşəbbüslər həyata keçirə bilər.

Uşaqlarda yaşıl bacarıqların formalaşmasında COP29-un yaxşı bir fürsət olduğunu deyən Dominik Savaj əlavə edib ki, ölkələrin kurikulum sistemində də iqlim dəyişikliyi mütləq nəzərə alınmalıdır.

Foruma onlayn qoşulan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer isə “Dayanıqlı inkişaf yolunda təhsil” mövzusunda geniş təqdimat edib. O, PISA tədqiqatları əsasında müxtəlif ölkələrdə 15 yaşlı məktəblilərin ekoloji savadlılığının təhlil nəticələri və təbiət fənlərinə diqqəti artırmaqla planetin gələcəyinə sərmayə qoymağın vacibliyindən danışıb.

Forum çərçivəsində Estoniyada ekoməktəblər üzrə koordinator Maris Məgi “Ekoloji şüurlu şagirdləri necə yetişdirmək olar? Ekoməktəblərdən dərslər”, ADA Universitetinin prorektoru Vəfa Kazdal “Təhsildə iştirakçılıq və əməkdaşlıq ekosistemi”, pedaqogika üzrə tanınmış alim, təhsil tədqiqatçısı Özgür Bolat “Təbiət uşaqların nailiyyətlərinə və xoşbəxtliyinə necə təsir edir?” mövzularında təqdimatlarla çıxış ediblər. Təqdimatlarda ekoməktəblərin təcrübəsindən, fənlərarası inteqrasiyanın artırılmasının yaşıl dünya tələblərinə cavab vermək baxımından vacibliyindən, valideyn-övlad, müəllim-şagird münasibətlərindən danışılıb.

Beynəlxalq forum çərçivəsində “Təhsildə hansı yaşıl çağırışlar var və bu çağırışlar hansı öhdəliklər yaradır?”, “Təbiətlə dost olan şagirdlərin yetişdirilməsi üçün hansı addımların atılmasına ehtiyac var?”, “Ekoloji savadlılıq və davranış mədəniyyətinin inkişafına təkan vermək üçün təhsildə hansı ənənəvi yanaşmaları yeni yanaşmalarla əvəz etmək lazımdır?”, “Yaşıl məktəb ideyası mövcud kurikulumlara necə inteqrasiya olunmalıdır?” sualları ətrafında da müzakirələr aparılıb.

Qeyd edək ki, forumun əsas tərəfdaşlarından biri sayılan Dünya Təhsil Forumu təhsil və bacarıqlar nazirlərinin ən böyük illik toplantısıdır. Hər il Londonda keçirilən Dünya Təhsil Forumunda müxtəlif ölkələrdən nazirlər və onların baş məsləhətçiləri gələcək təhsil siyasətini müzakirə etmək üçün bir araya gəlirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qələbə qaçışı”nın qalibi: Bu yarış mənim üçün yeni təcrübə oldu

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycan Çin Beynəlxalq İdxal Sərgisində iştirak edəcək

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçı sayının artması sevindirici haldır

“Qələbə qaçışı”nın qalibləri müəyyənləşib

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlərə başlayıb

Bu gün axşamdan başlayaraq hava şəraiti qeyri-sabit, arabir yağıntılı olacaq, şimşək çaxacaq

BDU komandası Çində keçirilən startap yarışmasının qalibidir

Serbiya bu gündən etibarən Rusiyadan əlavə həcmdə qaz alacaq

İranda zəlzələ olub, xəsarət alanlar var

Bakıda IV “Qələbə qaçışı”na start verilib

Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat alıb

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

COP29 tədbirinə hazırlıq çərçivəsində bəzi avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək

Moldovada prezident seçkilərinin ikinci turu ilə bağlı səsvermə başlayıb

İtaliyada H3N2 virusuna görə ilk xəstəxanaya yerləşdirmə qeydə alınıb

Jan-Pyer Günyüt: “Sarı gəlin” hamını ağlatdı

Alən Tremolyer: Hər kəs Azərbaycan musiqisinə heyran qaldı

Azərbaycanın Zəfər Günü Parisdə təntənə ilə qeyd olunub VİDEO

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər imtahan verəcəklər

Bakı-Qazax yolunda ağır yol qəzası baş verib VİDEO

DİM: Bu gün 1800-ə yaxın namizədin PMS imtahanı verməsi gözlənilir

Bu gün dövlət qulluğu vəzifələri üzrə imtahanlar keçiriləcək

Xüsusi hazırlıq keçmiş 800-ə yaxın taksi sürücüsü test imtahanı verəcək

Arktikada Frans-İosif Torpağı arxipelaqındakı Mesyatsev adası tamamilə yoxa çıxıb

Aerobik idman növü süd vəzi xərçənginin müalicəsindən sonra idrak pozğunluğunun qarşısını ala bilər

Qazaxıstanda xarici turistlər üçün yeni viza növü tətbiq olunub

Çexiya Prezidenti onlarla ölkə vətəndaşına Ukrayna ordusunun sıralarına qoşulmağa icazə verib

Araşdırma: Həddindən artıq yuxulama Alzheimer xəstəliyinin əlamətidirmi?

Nigeriyada ordusu antiterror əməliyyatı zamanı 200-ə yaxın silahlını məhv edib

Orban ölkəni qeyri-qanuni immiqrasiyadan qorumaq siyasətini bir daha təsdiqləyib

Media: Türk Dövlətləri Təşkilatı güc mərkəzinə çevrilib

“Mərkəzi Asiya-Qafqaz Təqaüd Proqramı”nın iştirakçıları ilə görüş olub

Media: İsrail “Hizbullah” komandirini ələ keçirib

İmişli Rayon Ağsaqqallar Şurasının Zəfər Gününə həsr edilmiş konfransı olub

İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr və imza mərasimi keçirilib

Braziliya klubu Marselo ilə müqaviləyə xitam verib

Tovuzda bəy idarə etdiyi avtomobili aşırdıb, xəsarət alanlar var

Bakıda yorğa atların ölkə çempionatı və cıdır yarışlarının qalibləri müəyyənləşib

Nazir: Ukrayna COP29-da tərəfdaşlarla yaşıl transformasiya üzrə işləyəcək

Premyer Liqa: “Liverpul”dan qələbə, “Arsenal” və “Mançester Siti”dən məğlubiyyət

Bodibildinq üzrə III muxtar respublika birinciliyi təşkil edilib

COP29 çərçivəsində Davamlı İnnovasiya Forumu keçiriləcək

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüş olub

Beynəlxalq Muğam Mərkəzində şair Mahirə Nağıqızının yaradıcılıq gecəsi keçirilib

Mahirə Nağıqızı: Qərbi Azərbaycana qayıdanadək bu istiqamətdə yazıb-yaradacağıq

ADY yaşıl dünya naminə kütləvi iməcilik keçirib

® “Azercell” “Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası” mükafatına layiq görülüb

BDU ilə Əl-Fərabi adına Qazax Milli Universiteti arasında əməkdaşlıq genişləndiriləcək

Vinçentso Montellanın Türkiyə millisindəki gələcəyi müəyyənləşib

İtaliya Albaniyadakı qəbul mərkəzlərinə 70-dək miqrant göndərir

“Zəfər Günü - milli qürur və şərəf tariximiz” mövzusunda elmi-praktik konfrans keçirilib

Azərbaycan modelyerləri “Moda Birliyi” III Beynəlxalq Forumunda iştirak edəcəklər

“Zəfər körpüsü” layihəsi: I və II Qarabağ müharibəsi şəhidlərinin övladları bir araya gətirilib

Nazir müavini: Azərbaycan İstanbulda Beynəlxalq Kitab Sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur

Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində fəxri qonaq qismində iştirak edir VİDEO

DYP paytaxtın bəzi yollarında hərəkət istiqamətinin dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib

Misli Premyer Liqası: “Zirə” səfərdə “Şamaxı”ya qalib gəlib

Britaniyada Mühafizəkarlar Partiyasının yeni lideri seçilib

Şimali Kipr Türk Cümhuriyyəti TDT ölkələri ilə sosial müdafiə sahəsində sazişlərin tezliklə imzalanacağına ümid edir

COP29-la bağlı nəqliyyatın idarə olunması üzrə növbəti monitorinqlər keçiriləcək

Dünya şahmatında yeni rekord qeydə alınıb

Gürcü deputat: COP29-un Bakıda təşkili Azərbaycanın bütün dünyada əhəmiyyətli ölkə olduğunu sübut edir

“ASAN xidmət” mərkəzlərində alternativ enerjidən istifadə olunacaq

Azərbaycan XXX Minsk Beynəlxalq Kinofestivalında təmsil olunur

Azərbaycan Cənubi Qafqazın iqtisadi və hərbi təhlükəsizliyində önəmli aktor kimi çıxış edir ŞƏRH

Qobustan Milli Tarix-Bədii Qoruğuna infotur təşkil olunub

Rusiyalı alim: Bakı COP29-un keçirilməsi üçün ən əlverişli məkandır

Tanınmış futbolçu ilə baş məşqçi arasında qalmaqal yaşanıb

“Malayziyadan görünən Şuşa” filmi ingilis dilində təqdim edilib

Döyüş meydanındakı Qələbənin diplomatiya müstəvisində davam etdirilməsi uğurlu siyasətin məntiqi nəticəsidir ŞƏRH

Rusiyada Xəzərin çirklənməsinin yeni mənbələrini aşkar ediblər

Qərb Azərbaycanın xoş niyyətinə zərbə vurmağa çalışır ŞƏRH

Türkiyəli ekspert: Qlobal temperatur artımı əsrin sonunda 3 dərəcə Selsiyə çata bilər

COP29 Azərbaycanın qlobal reytinqini daha da gücləndirəcək - RƏY

Xalqımızın şərəfli qəhrəmanlıq səhifəsi ŞƏRH

Vaşinqton ştatında seçki təhlükəsizliyini Milli Qvardiya təmin edəcək

Türkiyə klubu Olimpiya çempionu olan voleybolçunu yenidən transfer edəcək

“Elm və texnologiya” təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib

Professor: İnklüziv inkişaf müasir dövrdə dövlət idarəçiliyinin mexanizmi kimi qiymətləndirilir

Serbiyada dəmiryolu stansiyasındakı qəzada ölənlərin sayı artıb

Qazaxıstan mediası: COP29 Azərbaycana böyük imkanlar yaradır

“Azərbaycan folklorunda təbiət kultu” - elmi konfrans

Azərbaycan alimləri II beynəlxalq elmi-ekspert forumunda iştirak ediblər

DİN əməkdaşları Zəfər Günü ilə əlaqədar növbəti ağacəkmə kampaniyası keçiriblər

Fransada xəstəxana böhranı dərinləşir

® “Birbank Umico” kart sahibləri noyabrda “Birbank” tətbiqində 3 kateqoriya seçimi ilə daha çox “Umico” bonusları qazanacaqlar

Türkiyə və Azərbaycanın pediatrları ən aktual elmi yenilikləri müzakirə ediblər

Futbol üzrə Çin Superliqasının qalibi müəyyənləşib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Binəqədidə unlu və kremli qənnadı məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Əfsanəvi basketbolçunun uğuru təkrarlanıb

Kişineu şəhər meri COP29 barədə məlumatlandırılıb

İspaniyalı nazir: Bu fəlakətin krallıq tarixində bənzəri yoxdur

Bakıda mərkəzi küçələrdən birində avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət qoyulub

Harrisin səsvermədə tərəddüd edən ştatlarda qələbə üçün yetərli dəstəyi var

Qərbin COP-un ev sahiblərini hədəf alan böhtan kampaniyaları məqsədlərə nail olunmasını çətinləşdirir TƏHLİL

Gələn il Şuşa və Xankəndidə çövkən yarışları keçiriləcək

Azərbaycan millisinin seçmə mərhələ oyunları üçün heyəti bəlli olub

BMT: Jurnalistlərin qətlinin 50 faizdən çoxu münaqişə və böhran zonalarında baş verib