ELM VƏ TƏHSİL
Tələbələr CV yazmağın qaydalarını öyrəniblər


Bakı, 20 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektoru Tələbə Gənclər Təşkilatı ilə birlikdə tələbələr üçün "CV yazarkən nələrə diqqət etməliyik?" mövzusunda təlim keçirib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov sektorun fəaliyyəti, tələbələr üçün təşkil ediləcək təlim və seminarlar haqqında məlumat verib.
İşə qəbul mərhələsində CV-nin çox önəmli olduğunu qeyd edən İlkin Şərifov düzgün edilmiş müraciətin işin qazanılması üçün əsas şərtlərdən olduğunu deyib. Bildirib ki, əksər hallarda namizədlərin CV-ni düzgün yazmadığı və göndərmədiyi müşahidə olunur.
İlkin Şərifov tələbələri uğurlu CV yazmağın qaydaları ilə tanış edib.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.