REGİONLAR
Tələbələr rəqəmsal biliyin artırılmasına dair təlimdə iştirak ediblər

Gəncə, 21 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil edilmiş “Rəqəmsal vətəndaşlıq yolunda rəqəmsal yaradıcılıq” adlı təlimdə Gəncə Dövlət Universitetinin (GDU) bir qrup fəal gənci də iştirak edib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, təlimdə rəqəmsal şəxsiyyət, rəqəmsal istifadə, rəqəmsal empatiya haqqında maarifləndirici söhbət aparılıb. Bildirilib ki, layihənin məqsədi tələbələrə rəqəmsal yaradıcılıq sahəsində ətraflı məlumat vermək və onları bu sahədə ruhlandırmaqdır.
Təlimdə Gəncə Dövlət Universitetinin tələbələri proqramlaşdırma və tətbiqetmə, zehni məhsulların vizual şəkildə təqdim olunmasına dair ətraflı məlumatlar əldə ediblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.12.2023 [19:43]
Oğuzda avtomobil aşıb, iki nəfər xəsarət alıb
- 09.12.2023 [16:20]
Ölkənin ən böyük intellektual turnirin qalibi Qubada müəyyənləşir
- 09.12.2023 [11:42]
Ağdam Sənaye Parkında qazobeton zavodunun inşası yekunlaşıb VİDEO
- 09.12.2023 [01:47]