Tətil günlərində Bakı avtovağzalından 76 mindən çox sərnişin daşınıb

Bakı, 28 mart, AZƏRTAC
Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün mart ayının 15-dən 27-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə vətəndaşlar vaxt itirməsin deyə əlavə kassalar açılıb, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə hər gün 123 əlavə avtobus buraxılıb. Bayram günləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən regionlara səfər edən bütün sərnişinlərin tələbatı tam qarşılanıb. Sərnişinlər təhlükəsiz və rahat şəkildə mənzil başına çatdırılıb. Heç bir yol nəqliyyat hadisəsi qeydə alınmayıb.
Martın 15-27-də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən respublikanın digər şəhər və rayonlarına 2813 reyslə 76 min 369 sərnişin daşınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]