Texnoloji faydalı model elmi-tədqiqat işi ilə bağlı müzakirələr aparılıb
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyevlə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə birgə əməkdaşlığın təşkili və müvafiq istiqamətlərdə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdə texnoloji faydalı model elmi-tədqiqat işinin prototipi nəzərdən keçirilib, bu işin kommersiyalaşdırılması ilə bağlı mərhələli olaraq texniki reqlament, texniki iqtisadi əsaslandırma və s. kimi məsələlərin vacibliyi qeyd edilib. Həmçinin görüş çərçivəsində innovativ layihənin kommersiyalaşdırılmasına dair bir sıra təkliflər irəli sürülüb, müvafiq qərarlar qəbul edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]