Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“The Jerusalem Post”: Prezident seçkiləri Azərbaycanın sabitliyi, inkişafı və çiçəklənməsi üçün mühüm mərhələ olacaq

“The Jerusalem Post”: Prezident seçkiləri Azərbaycanın sabitliyi, inkişafı və çiçəklənməsi üçün mühüm mərhələ olacaq

Bakı, 7 aprel, AZƏRTAC

Azərbaycanda prezident seçkiləri böyük seçki təcrübəsi əsasında keçiriləcək. Prezident seçkiləri çox mühüm siyasi hadisədir. Biz həmişə Azərbaycan xalqının seçkilərdə böyük fəallığının şahidi olmuşuq.

AZƏRTAC xəbər verir ki, bu sözləri beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş “Prezident seçkiləri Azərbaycanın sabitliyi, inkişafı və çiçəklənməsi üçün mühüm mərhələ olacaq” sərlövhəli məqaləsində yazıb.

Məqalə müəllifi qeyd edir ki, aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində 8 namizəd iştirak edəcək.

Azərbaycan cəmiyyətinin bu dəfə də prezident seçkilərində fəal iştirak edəcəyinə əminliyini ifadə edən A.Qut yazır: “Bu gün Azərbaycan ictimaiyyəti başa düşür ki, aprelin 11-də prezident seçkiləri mükəmməl qanunvericilik və daha geniş seçki təcrübəsi əsasında keçiriləcək. Mən Mərkəzi Seçki Komissiyasının (MSK) uzunmüddətli seçki təcrübəsini də qeyd etmək istərdim. Xüsusi vurğulamaq istəyirəm ki, prezident seçkiləri ilə əlaqədar Azərbaycanın seçki məntəqələrinin 20 faizində, yəni 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçkilər günü hər bir internet istifadəçisi MSK-nın rəsmi saytının birbaşa efirində səsvermə prosesini izləyə bilər. Aprelin 11-də prezident seçkilərini müşahidə etmək üçün Azərbaycan MSK-nın qeydiyyatından 545 beynəlxalq müşahidəçi keçib”.

Azərbaycanın Cənubi Qafqaz regionunun ən güclü ölkəsi olduğunu vurğulayan məqalə müəllifi yazır: “Bu günün faktiki reallığı budur ki, Avrasiyanın heç bir ölkəsinin İsraillə Azərbaycan qədər sıx əlaqələri yoxdur. İki dövlət arasında diplomatik münasibətlərinin 25 illik tarixi ərzində yəhudi dövləti ilə müsəlmanların çoxluq təşkil etdiyi dövlət arasındakı strateji münasibətlərin zəruriliyi və həyat qabiliyyəti sübuta yetirilib. Dost dövlətlərimiz həqiqətən etibarlı strateji tərəfdaşlar kimi qarşılıqlı fəaliyyət göstərirlər. Faktiki olaraq azərbaycanlılar və yəhudilər nəinki dinc yanaşı yaşamağı, həm də əsl dost olmağı, öz münasibətlərini inkişaf etdirməyi və möhkəmləndirməyi bacarırlar”.

İsraili ekspert qeyd edir ki, bir çox xalqlardan fərqli olaraq, azərbaycanlılar yəhudilərə heç vaxt əcnəbi kimi baxmayıblar. O yazır: “Əslən Azərbaycandan olan israillilər Azərbaycan ilə İsrail arasında iqtisadi, hətta geosiyasi əməkdaşlığa kömək etmək üçün çox işlər görürlər. Yəhudi xalqı Azərbaycanda heç vaxt ayrı-seçkilik, sıxışdırma, həqarət, talanlar, yaxud hər hansı digər antisemit hərəkətlərlə üzləşməyib. Nə vaxtsa Azərbaycanda olmuş hər bir yəhudi təsdiq edə bilər ki, bu gözəl ölkədə yaşayan yəhudilər tamamilə sərbəst olaraq sinaqoqa gedir, başlarına kipa qoyaraq milli geyimdə şəhərdə gəzişirlər.

Mən bir İsrail vətəndaşı kimi, fəxrlə deyə bilərəm ki, Azərbaycan rəhbərliyi müasir Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsi olan yəhudi icmasına böyük hörmətlə və diqqətlə yanaşır. İki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilib. Azərbaycanda yəhudi muzeyi yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq.

Məqalə müəllifinin fikrincə, milli maraqlara əsaslanan müstəqil siyasət Azərbaycanın xarici siyasətinin təməl daşıdır. O yazır: “Rəsmi Bakı sübuta yetirib ki, heç kim Azərbaycanla ultimatum dilində danışa bilməz. Xarici tərəfdaşlarla əməkdaşlıq və tərəfdaşlıq sırf qarşılıqlı maraqlara əsaslanır”.

Dünyada Azərbaycan neftinin əsas alıcılarından birinin İsrail olduğunu vurğulayan A.Qut daha sonra yazır: “Öz növbəsində Azərbaycanın kənd təsərrüfatı, hərbi sənaye, telekommunikasiyalar sahələrində İsrailin yüksək texnologiyalarına ehtiyacı var və bu siyahını davam etdirmək olar. İsraildə istehlak olunan neftin xeyli hissəsi (təqribən 65 faizi) Azərbaycandan, yaxud Azərbaycan keçməklə, Bakı-Tbilisi-Ceyhan (BTC) magistral neft kəməri vasitəsilə idxal olunur.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır.

A.Qut yazır ki, dünyada neftin qiymətlərinin aşağı olduğu bir vaxtda Azərbaycan iqtisadiyyatı kreativ olmağa çalışır: iqtisadiyyatın şaxələndirilməsinə, ölkənin neft və qaz gəlirlərindən asılılığının azaldılmasına və gələcəkdə ölkənin qeyri-neft sektorunun və ixrac imkanlarının möhkəmləndirilməsinə yönəldilən irimiqyaslı layihələr həyata keçirilir.

İsrailli ekspert yazır: “Təəssüf ki, elə təşkilatlar və ölkələr var ki, onlar Azərbaycanın inkişaf yolunu seçməsi, mütərəqqi və sülhməramlı missiyalara qoşulması faktına məhəl qoymurlar. Hesab edirəm ki, Ermənistan istər Cənubi Qafqazda, istərsə də bütün dünyada sülhün və sabitliyin inkişafında maraqlı olmayan azsaylı ölkələrdən biridir. Cənubi Qafqaz regionunda təcrid vəziyyətinə düşən Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün Xəzər dənizinin neft və qaz resursları ilə bağlı başlıca geosiyasi və geoiqtisadi layihələrdən praktiki olaraq kənarda qalıb və indi də iri regional nəqliyyat layihələrinə qoşulmaq imkanlarını itirib. Bundan əlavə, Ermənistandakı bu rejim beynəlxalq normalara etinasız yanaşaraq, Azərbaycanın tarixi torpaqlarının işğalını davam etdirir. Yaxşı olardı ki, dünyanın hüquqi təsisatları Azərbaycanın haqq mübarizəsini dəstəkləyən BMT qətnamələrinə məhəl qoymayan bu ölkə barəsində tədbir görsünlər. Dünyanın mütərəqqi dairələri bu fakta diqqət yetirməli və müvafiq tədbirlər görməlidirlər”.

Azərbaycanda prezident seçkilərinə qayıdan Arye Qut qeyd edir ki, bu seçkilər dövlətin tarixində yeni dövrün başlanğıcı olacaq. O, fikrini belə yekunlaşdırır: “Əminəm ki, bu seçkilər yeni islahatların və yeni nailiyyətlərin başlanğıcı və təkanverici qüvvəsi olacaq. Hazırda Azərbaycan özünün ən yeni tarixinin mühüm inkişaf mərhələsindən keçir. Düşünürəm ki, aprelin 11-də prezident seçkiləri beynəlxalq norma və qaydaların tələblərinə müvafiq surətdə və yüksək səviyyədə keçiriləcək. Siyasi partiyalara və KİV-lərə tam sərbəstlik yaradılıb. İnternet məkanı tamamilə azaddır. Hesab edirəm ki, seçkilərdə Azərbaycan xalqının iradəsi nümayiş etdiriləcək və o, gələcəyinin və bundan sonrakı inkişafının xeyrinə düzgün seçim edəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-nin Kentukki ştatında fırtınadan ölənlərin sayı 11-ə çatıb

"Qalatasaray" derbi qabağı çətin qələbə qazanıb

Qazaxıstanda mədəndə yeddi nəfər dağıntılar altında qalıb

Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb

Azərbaycanla Özbəkistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair Yol xəritəsi imzalanıb

Azərbaycan silahları “IDEX-2025” sərgisində nümayiş olunur

OANA-nın növbəti Baş Assambleyasının keçiriləcəyi yer və tarix məlum olub

Misli Premyer Liqası: “Səbail” - “Sabah” oyununda qapılara qol vurulmayıb

Səfir Yaşar Əliyev etimadnaməsini Çexiya Prezidentinə təqdim edib

BDU ilə Türkiyənin Kırşehir Ahi Evran Universiteti əməkdaşlıq edəcək

Rusiya və ABŞ nümayəndələri əməkdaşlıq, Ukraynada vəziyyət və prezidentlərin görüşü məsələlərini müzakirə edəcəklər

Omanın Şura Məclisinin sədri: Asiya Parlament Assambleyasının Bakı sessiyası təşkilatın gələcək fəaliyyətinə mühüm töhfələr verəcək

Almaniya şəhərləri artan xərclər və zəif iqtisadiyyat səbəbindən çətinliklərlə üzləşib ARAŞDIRMA

Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib VİDEO

Ukrayna Prezidenti sabah Türkiyəyə rəsmi səfər edəcək

Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin ərəb dilində nəşrinin təqdimatı keçirilib

Asiya İnkişaf Bankı ilə dövlət-özəl tərəfdaşlığı layihələrinə dair təkliflər müzakirə olunub

47 dövlət qurumu nəticəəsaslı büdcə mexanizminin tətbiqi potensialının gücləndirilməsi təlimlərinə cəlb edilib

Ötən il Azərbaycanda 50 minə yaxın cütlük nikaha daxil olub

Qazaxıstan və Macarıstan “Dostluq” boru kəməri ilə neftin sınaq nəqlinə dair razılığa gəlib

AMEA-da Qazaxıstan parlamentinin deputatları ilə görüş olub

Ötən il Azərbaycanda 100 mindən çox körpə doğulub

ADPU-da magistrantların təcrübə prosesinə start verilib

Azərbaycan mobil internetin sürətinə görə bir pillə irəliləyib

Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb

İranın vitse-prezidenti: Xəzər regionu Asiya və Avropa dövlətləri üçün mühüm əhəmiyyət daşıyır

Baş nazir Əli Əsədov İrana işgüzar səfər edib

Bu ilin yanvar ayında yük və sərnişindaşımaların həcmi artıb

® “Azercell” qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək olub

Azərbaycanda əhalinin sayı açıqlanıb

Ötən ay Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 5 milyard dolları ötüb

Beynəlxalq İnformatika Olimpiadasının və SASMO-nun prezidentləri MEK-lə tanış olublar

Şair-qəzəlxan Əliağa Vahidin 130 illiyi qeyd olunub

Ədəbiyyat Muzeyində Beynəlxalq Ana Dili Gününə həsr olunan ədəbi-musiqili tədbir keçirilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 10 medalla başa vurublar

Premyer Liqa: “Kəpəz” – “Şamaxı” matçında heç-heçə qeydə alınıb

ADAU ilə Kırşehir Ahi Evran Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Xocavənd sakini: Qaradağlı faciəsi qurbanlarının qisası alınıb

Probasiya məmurları üçün silsilə təlimlərə başlanılıb

Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib

Kiyev və Əbu-Dabi ukraynalıların Rusiya əsirliyindən geri qaytarılmasını müzakirə ediblər

Paytaxtın dörd rayonunda təbiətə 131 min manatdan çox ziyan vurulub

Dövlət Əmək Müfəttişliyi Xidməti növbəti beynəlxalq müsabiqədə mükafata layiq görülüb

UNEC ilə Türkiyənin Kırşehir Ahi Evran Universiteti arasında memorandum imzalanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AMEA-da sinqapurlu alimlərlə görüş olub

Məktəb psixoloqları da sertifikatlaşdırma prosesinə cəlb olunmalıdır - ekspert

Donald Trampın qələbəsi Macarıstanda iqtisadçıları ruhlandırıb

Çimərlik voleybolu üzrə Azərbaycan millisi beynəlxalq turnirdə gümüş medal qazanıb

A.M.Qasımovun Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan yığmasının yeni baş məşqçisi: Hədəfimiz qadın boksunun inkişafına töhfə verməkdir

Naxçıvan Dövlət Universitetində yaz semestrinin ilk dərslərini şəhid ailələri və qazilər tədris edib

Azərbaycan Universitetində magistratura proqramlarının hazırlanmasına dair müzakirə aparılıb

“Nağıllar aləmində” yenidən səhnədə

Millinin baş məşqçisi: İranla matçda komandamız istədiyimizi ortaya qoya bildi

BMU-da Respublika Fənn Olimpiadasının yarımfinal mərhələsi keçirilib

Naxçıvanda qeydiyyata alınan VÖEN sayı 6,7 faiz artıb

İnternet informasiya resurslarında qumar oyunları təşkil edənlər məsuliyyətə cəlb olunub

Qaradağlı faciəsinin şahidi: O dəhşətli günlər yaddaşımdan heç zaman silinməyəcək

Əfqanıstanda 170 cütlük kütləvi toy mərasimi keçirib

® “NEQSOL Holding” Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

Rəssam Milena Nəbiyeva: Ornamentlər Azərbaycan xalqının özünəməxsus müqəddəs yaddaşıdır

Ankarada 3,5 maqnitudalı zəlzələ olub

Azərbaycanla Tacikistan arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Horadiz-Ağbənd dəmiryol xəttində ikinci tunelin qazma işləri yekunlaşıb

Vergi xidmətinin 25 illiyi qeyd edilib

Ötən il gəmi-bərələrlə daşınan sərnişin sayı 20 faiz artıb

ANAMA: Ötən həftə 935,6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

BANM müəllimləri Bolqarıstanda mühazirələr oxuyacaqlar

Koçaryan: Ermənistanı Avropa İttifaqında heç kim gözləmir

ADU və Portsmut Universitetindən magistrlərə ikili diplom imkanı

Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlaqədar Özbəkistanda konsert təşkil olunacaq

Sahibə Qafarova: Azərbaycan və Belarus parlamentləri beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir

Mühəndislikdə müasir texnologiyalar, süni intellekt və beynəlxalq elmi əməkdaşlıq müzakirə olunub

“Beşiktaş” kapitanı ilə müqavilənin müddətini uzadıb

İranlı nazir: Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əvvəli Bəndər Abbas limanı, şimal nöqtəsi isə Astaradır

“İrşad” elektronika mağazaları şəbəkələri arasında Azərbaycanın ən çox vergi ödəyən şirkəti olub

Türkiyənin hakim partiyası qarşıdakı illər üçün prioritetləri müəyyənləşdirəcək

Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO

Etnadakı aktivlik hava nəqliyyatına mənfi təsir göstərib

Elm Fondu 2025-ci il üzrə Gənc Alim və Tədqiqatçıların 9-cu qrant müsabiqəsini elan edir

Nəsirəddin Tusi irsinə həsr olunmuş tədbir keçirilib

Vyanada ATƏT Parlament Assambleyasının 24-cü qış sessiyası keçiriləcək

Naxçıvanda Vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərin sayı artıb

Media: Trampın ticarət siyasəti qızılı ən perspektivli aktivə çevirib

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Misirdə binanın çökməsi nəticəsində 10 nəfər ölüb, 8 nəfər yaralanıb

Azərbaycanlı futbolçu “Real Madrid”in ulduzunu öz kumiri hesab edir - MÜSAHİBƏ

Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır

Azərbaycan Elm Fondu 2025-ci ilin Əsas Qrant Müsabiqəsini elan edir

Ali Məhkəmə: Vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir

Londonda “BAFTA 2025” kino mükafatının qaliblərinin adları açıqlanıb

Qida sənayesi ilə bağlı müxtəlif terminlərin Azərbaycan dilinə tərcüməsi məsələsi müzakirə edilib

Azərbaycan ilə Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunacaq

Moskva və Vaşinqton iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

TASS agentliyi OANA-nın Baş Assambleyasına ev sahibliyi edəcək

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu tərəfindən qazax neftinin ixracına məhdudiyyət olmadığını bildirib

Azərbaycan millisi İnkişaf Kubokunda ilk qələbəsini qazanıb

Kənd təsərrüfatı naziri Şamaxı və Ağsuda şərab istehsalı müəssisələrində və heyvandarlıq təsərrüfatında olub

Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq