RƏSMİ SƏNƏDLƏR
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli 2130 nömrəli Fərmanının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli 2130 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 134 (Cild I); 2024, № 1, maddə 81, № 5 (II kitab), maddə 594; Azərbaycan Respublikasının 2024-cü il 6 sentyabr tarixli 404 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 1.3-cü bəndinin ikinci abzasında “, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs və ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “və ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli 229 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1206 (Cild I); 2024, № 5 (II kitab), maddə 592) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”nin “Komissiyanın üzvləri:” hissəsinin on üçüncü abzasından nöqtə işarəsi çıxarılsın və aşağıdakı məzmunda on dördüncü abzas əlavə edilsin:
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 294 (Cild I); 2024, № 5 (II kitab), maddə 611) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nın 2.3-cü bəndinin birinci cümləsində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12, maddə 2725 (Cild I); 2024, № 1, maddə 77; Azərbaycan Respublikasının 2024-cü il 18 sentyabr tarixli 427 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 6.1.8-ci yarımbəndində və 17.3-cü bəndində (hər iki halda) ismin müvafiq hallarında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri ismin müvafiq hallarında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 507 (Cild I) ilə təsdiq edilmiş “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in 6.7-ci bəndinin ikinci cümləsində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin” sözləri ilə əvəz edilsin.
6. “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 789 (Cild I) 2-ci hissəsinə “Agentliyi” sözündən sonra “, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri əlavə edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 1 ” “ noyabr ” 2024-cü il
№ 470