Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tiencin sammiti Azərbaycanın subregional lider kimi mövqeyinin təsdiqlənməsi üçün əhəmiyyətli platforma olacaq - ŞƏRH

Tiencin sammiti Azərbaycanın subregional lider kimi mövqeyinin təsdiqlənməsi üçün əhəmiyyətli platforma olacaq - ŞƏRH

Bakı, 1 sentyabr, AZƏRTAC

Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və “ŞƏT Plus” formatının 25-ci sammiti təşkilatın tarixində ən geniştərkibli tədbir kimi yadda qalacaq. İyirmi dövlətin lideri, səkkiz beynəlxalq təşkilatın rəhbəri və nüfuzlu siyasətçilərin iştirakı sammitin beynəlxalq gündəlikdəki çəkisini bir daha ortaya qoyur. Sammitin bu qədər geniş nümayəndə heyətlərini bir araya gətirməsi təsadüfi deyil. Dünyada geosiyasi gərginliklərin artdığı, iqtisadi böhranların müşahidə olunduğu bir vaxtda dövlətlər çoxtərəfli əməkdaşlıq mexanizmlərinə daha böyük önəm verirlər. ŞƏT platforması məhz bu baxımdan ölkələr üçün alternativ imkanlar yaradır. Dialoq, təhlükəsizlik, ticarət və mədəni əməkdaşlıq istiqamətlərində ortaq mövqelərin formalaşdırılmasına xidmət edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü Səbinə Salmanova səsləndirib.

O bildirib ki, Azərbaycan uzun illərdir ŞƏT ilə əlaqələrini davamlı şəkildə inkişaf etdirir və təşkilat çərçivəsində fəal tərəfdaş kimi çıxış edir: “Bu münasibətlər bir neçə əsas istiqamətdə formalaşıb, ölkəmizin regional və qlobal siyasətdə mövqeyini gücləndirir. Birincisi, çoxtərəfli diplomatiya və siyasi əməkdaşlıq sahəsində Azərbaycan ŞƏT platformasında aktiv iştirak edir. Ölkəmiz təşkilat çərçivəsində regional və beynəlxalq məsələlərin müzakirəsində konstruktiv mövqe nümayiş etdirir və təşəbbüskar rolunu ortaya qoyur. Bu, Azərbaycanın beynəlxalq siyasətdə etibarlı və balanslı tərəfdaş kimi tanınmasına imkan yaradır. İkincisi, iqtisadi və ticarət sahəsində əməkdaşlıq Azərbaycan-ŞƏT münasibətlərinin prioritet istiqamətlərindən biridir. Ölkə üzv dövlətlərlə qarşılıqlı faydalı layihələr həyata keçirir, enerji, nəqliyyat, logistika və texnologiya sahələrində əməkdaşlığı genişləndirir. Bu yanaşma həm milli iqtisadiyyatın inkişafına, həm də regionun iqtisadi inteqrasiyasına töhfə verir. Üçüncüsü, regional inteqrasiya təşəbbüsləri Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Bakı xətti çərçivəsində ölkəmiz ŞƏT-ə üzv dövlətlərlə subregional əməkdaşlıq formatlarını inkişaf etdirir, qarşılıqlı etimad və koordinasiyanı gücləndirir. Bu, yalnız diplomatik üstünlük deyil, həm də regionun təhlükəsizliyi və sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir. Dördüncüsü, texnologiya və infrastruktur sahəsində əməkdaşlıq ŞƏT çərçivəsində Azərbaycanın prioritet istiqamətlərindəndir. Ölkə liman, nəqliyyat dəhlizləri və rəqəmsal transformasiya layihələrində birgə təşəbbüsləri təşviq edir, həm milli, həm də regional səviyyədə iqtisadi və logistika imkanlarını artırır. Ümumilikdə, Azərbaycan-ŞƏT əlaqələri ölkənin ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirir, Cənubi Qafqazda stabilliyi dəstəkləyir və Azərbaycanın beynəlxalq inteqrasiya prosesindəki rolunu gücləndirir. Fikrimcə, Tiencin sammiti də bu əlaqələrin yeni səviyyəyə çıxarılması və Azərbaycanın subregional lider kimi mövqeyinin təsdiqlənməsi üçün əhəmiyyətli platforma olacaq”.

Səbinə Salmanova vurğulayıb ki, Prezident İlham Əliyevin Çinə səfəri və belə mötəbər tədbirdə iştirakı ikitərəfli əlaqələrin gücləndirilməsi ilə yanaşı, Azərbaycanın regional proseslərin fəal iştirakçısı olduğunu, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə də önəmli töhfələr verdiyini göstərir. “Hesab edirəm ki, Tiencin sammiti Azərbaycanın xarici siyasət kursunda mühüm mərhələdir. Prezident İlham Əliyevin sammitdə iştirakı və xüsusi qarşılanması göstərdi ki, Azərbaycan artıq yalnız regional deyil, qlobal əməkdaşlıqda yeni formatların qurucusu və təşəbbüskarı kimi qəbul edilir. Bu, Azərbaycanın həm Çinlə ikitərəfli əlaqələrini gücləndirəcək, həm də ŞƏT və “ŞƏT Plus” çərçivəsində təsir imkanlarını genişləndirəcək",-deyə o vurğulayıb.

Deputat diqqətə çatdırıb ki, Tiencin sammitində Azərbaycanın gündəliyi strateji əhəmiyyət daşıyır: “Ölkəmiz əsasən iki istiqamətdə təşəbbüslər irəli sürüb. Onlardan biri Çin ilə birgə infrastruktur və texnologiya platformasının formalaşdırılması, digəri isə ŞƏT çərçivəsində regional assosiasiyaların yaradılması, yəni Bakı xəttinin inkişaf etdirilməsidir. Bu yanaşma Azərbaycanı təkcə milli maraqlarını gücləndirən tərəfdaş kimi deyil, həm də subregional əməkdaşlıq və inteqrasiya təşəbbüskarı kimi təqdim edir. Bu təşəbbüslər göstərir ki, Azərbaycan sammitdə yalnız öz milli maraqlarını müdafiə etmir, eyni zamanda, region xalqlarının ümumi rifahına və beynəlxalq əməkdaşlığa töhfə verir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevə Tiencində təkcə ayrı bir ölkənin lideri kimi deyil, subregional müttəfiqlik formatlarının lideri kimi də yüksək münasibət göstərilir. Bu, Azərbaycanın diplomatik fəallığını və çoxtərəfli əməkdaşlıq sahəsindəki mövqeyini bir daha təsdiqləyir. Azərbaycan Prezidentinin sammitdə iştirakı ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun təsdiqi kimi qəbul edilir. Bu gün Bakı artıq təkcə Cənubi Qafqazda sabitliyin təminatçısı deyil, həm də subregional əməkdaşlıq modellərinin təşəbbüskarı və həyata keçiricisidir. Bu, Azərbaycanın həm Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə, həm də Avrasiyanın nəqliyyat və enerji dəhlizlərində strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Tiencin sammiti göstərir ki, Azərbaycan çoxtərəfli əməkdaşlıq formatlarında passiv müşahidəçi mövqeyindən çıxaraq yeni ideyalar irəli sürən və onları reallığa çevirən ölkəyə çevrilir. Bu, həm ölkəmizin siyasi çəkisini artırır, həm də Azərbaycanı qlobal əməkdaşlıq xəritəsində körpü rolunu oynayan etibarlı tərəfdaş kimi təqdim edir”.

Səbinə Salmanova qeyd edib ki, Prezident İlham Əliyevin Çinə səfəri və ŞƏT sammitində iştirakı Azərbaycanın həyata keçirdiyi çoxvektorlu xarici siyasətin növbəti uğurlu addımıdır. “Bu səfər yalnız ölkəmizin qlobal təşkilatlarla münasibətlərini möhkəmləndirməklə kifayətlənmir, eyni zamanda, Azərbaycanın regionda və onun hüdudlarından kənarda artan nüfuzunu, iqtisadi və siyasi qüdrətini əyani şəkildə nümayiş etdirir. Səfər gələcək perspektivlər baxımından da strateji əhəmiyyət daşıyır. Azərbaycanın ŞƏT platformasında daha fəal rol oynaması, həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin dərinləşdirilməsi üçün yeni imkanlar açır. Bu isə Azərbaycanın beynəlxalq diplomatiyada mövqeyini gücləndirir və çoxtərəfli əməkdaşlıq sahəsində təşəbbüskar kimi mövqeyini daha da möhkəmləndirir. Beləliklə, Prezident İlham Əliyevin səfəri və sammitdə iştirakı Azərbaycanın xarici siyasət strategiyasının uğurla reallaşmasının növbəti göstəricisi olmaqla, ölkəmizin beynəlxalq arenadakı nüfuzunu daha da artıracaq”,- deyə o bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur

Braziliya Ciu-citsu İctimai Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş seminar təşkil edib

Təhsil eksperti: Yeni hüquqi tənzimləmələr gənclərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək

Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Hacı Əliyev: Azərbaycan güləşində uğurlu yolumu artıq məşqçi kimi davam etdirəcəyəm

Emin Əmrullayev Azərbaycan və Qazaxıstanın təhsil sahəsində əməkdaşlığını yüksək qiymətləndirib

Uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsi özünəinam problemlərini dərinləşdirə bilər - MÜSAHİBƏ

®  “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Turan Tovuz” kapitanı ilə vidalaşıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI