Tikinti işlərinin qiymət indeksində artım olmuşdur
Bakı, 20 noyabr (AZƏRTAC). Tikinti işlərinin qiymət indeksi 2012-ci ilin üçüncü rübündə əvvəlki rübə nisbətən 0,2 faiz artmışdır. Yanvar-sentyabr aylarında isə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz artmışdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, yerüstü tikililər üzrə qiymət indeksi əvvəlki rüblə müqayisədə 0,2 faiz azalmış, cari ilin ötən 9 ayında isə keçən ilin müvafiq dövrünə nisbətən 1,7 faiz artmışdır.
Yol və körpü tikintisi üzrə qiymət indeksi əvvəlki rübə nisbətən 0,4 faiz azalmış, cari ilin yanvar-sentyabrında isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz artmışdır.