İQTİSADİYYAT
Tikinti materialları sənayesi müəssisələri ötən il 345,4 milyon manat həcmində məhsul istehsal etmişlər
Bakı, 29 yanvar (AZƏRTAC). Ötən ilin yanvar-dekabr ayları ərzində tikinti materialları sənayesi müəssisələri tərəfindən istehsal edilmiş məhsulun həcmi 21 faiz artaraq 345,4 milyon manat təşkil etmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, həmin müddətdə sement istehsalı 3,8 faiz artaraq 2 milyon ton, gips istehsalı 14,3 faiz artaraq 170,4 min ton, hazır beton qarışığı istehsalı 12,2 faiz artaraq 1 milyon 373,4 min ton olmuşdur.
Cari il yanvarın 1-nə müəssisələrin anbarlarında 17,4 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.