ELM VƏ TƏHSİL
TKTA-nın təlimlərində iştirak edən BANM əməkdaşlarına sertifikatlar verilib
Bakı,7 yanvar, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) əməkdaşları Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təlimlərində iştirak ediblər. Təlimləri müvəffəqiyyətlə bitirən əməkdaşlara sertifikatlar təqdim olunub.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.
Təqdimetmə mərasimində Ali Məktəbin rektoru Elmar Qasımov və TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov iştirak ediblər.
Təlimlər “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları” və “İnstitusional akkreditasiya zamanı özünütəhlilin aparılması və hesabatın tərtibi qaydaları” mövzularında keçirilib.