İDMAN
Toni Adams “Qəbələ” klubunda yeni vəzifəsinin icrasına başlamışdır
Bakı, 10 aprel (AZƏRTAC). “Qəbələ” futbol klubu komandanın sabiq baş məşqçisi Toni Adamsla işbirliyini davam etdirəcəkdir.
Klubdan AZƏRTAC-a bildirmişlər ki, İngiltərənin “Arsenal” komandasının əfsanəsi “Qəbələ”nin prezidenti Taleh Heydərovun müşaviri vəzifəsini yerinə yetirəcəkdir.
T.Adams bildirmişdir ki, “Qəbələ”dəki yeni vəzifəmə görə, çox şadam. Klubun prezidenti Taleh Heydərovla belə bir razılığa gəldik ki, mənim futbol biliyimi və klubun inkişafının hazırkı mərhələsini nəzərə alaraq, fəaliyyətim meydançadan kənarda daha çox faydalı ola bilər. Müşavir kimi mən klubdakı vəzifələrimi uğurla yerinə yetirməyə çalışacağam və “Qəbələ” sadəcə Azərbaycanda deyil, Avropada da sayılıb-seçilən, qabaqcıl, bir sözlə, peşəkar kluba çevrilməyində köməyimi əsirgəməyəcəm.