İDMAN
Topaz Premyer Liqasında X tur çərçivəsində keçiriləcək qarşılaşmaların hakimləri müəyyənləşmişdir
Bakı, 18 oktyabr (AZƏRTAC). Topaz Premyer Liqasında X tur çərçivəsində keçiriləcək qarşılaşmaların hakimləri müəyyənləşmişdir.
AFFA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 19-da “Bakcell Arena” stadionunda “Neftçi” - “Rəvan” oyunu keçiriləcəkdir. Oyunu hakimlər- Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elman Musayev, Xəlil Hüseynli idarə edəcəklər.
Matçda AFFA-nın nümayəndəsi Mübariz Hüseynov da iştirak edəcəkdir.
Həmin gün “Bayıl Arena” stadionunda “Simurq” - “Xəzər Lənkaran” komandaları mübarizə aparacaqlar. Oyunu hakimlər - Rauf Cabbarov, Azər Əsgərov, Nahid Əliyev, Teymur Fərhadov idarə edəcəklər. Matça AFFA-nın nümayəndəsi Telman Əzizov nəzarət edəcəkdir.
Elə həmin gün “Şəfa” stadionunda keçiriləcək digər oyuna - “İnter” - “Qəbələ” matçına hakimlər - Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, başçılıq edəcəklər. Oyunda AFFA-nın nümayəndəsi Əsgər Əmirəliyev iştirak edəcəkdir.
Oktyabrın 20-də də iki matç olacaqdır. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt”-“Qarabağ” komandalarının oyununu hakimlər - Ömər Paşayev, Mehman Mahmudov, Rza Məmmədov, Nail Nağıyev idarə edəcəklər. Matçı AFFA-nın nümayəndəsi Sakin Məmmədzadə izləyəcəkdir.
“Bakı” futbol klubunun təlim-məşq bazasının stadionunda baş tutacaq “Bakı” - “AZAL” arasındakı oyunu isə hakimlər - Rəhim Həsənov, Namiq Hüseynov, Yaşar Abbasov, Mahir Məmmədov idarə edəcəklər. Matçda AFFA-nın nümayəndəsi Məmmədəli Məmmədov da iştirak edəcəkdir.