“Toyota” 12 mindən çox avtomobili geri çağırır

Pekin, 23 noyabr, AZƏRTAC
Yaponiyanın məşhur avtomobil istehsalçısı “Toyota” enerji doldurma proqramının nasazlığı qüsurlarına görə 12 mindən çox avtomobili Çin bazarından geri çağırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Bildirilir ki, həmin avtomobillərdə mühərrikin nəzarət kompüterində enerji yükləməsinə nəzarət proqramlarının nasazlığı səbəbindən batareyalar düzgün çalışmaya və nəticədə mühərrik işə düşməyə bilər.
Dekabrın 29-dan başlayacaq proses zamanı 2017-ci ilin dekabrından cari ilin martınadək olan müddətdə istehsal olunmuş "Alphard" modeli avtomobillər geri çağırılacaq.
"Toyota" şirkəti həmin avtomobillərdəki nasazlıqları öz hesabına aradan qaldıracağını vəd edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2025 [17:48]
Aleksandar Vuçiç: Serbiyanın Aİ-yə üzvlüyü əsas məqsədimizdir
- 13.05.2025 [17:45]
Stokholm sakinlərinin iqtisadi əhvali-ruhiyyəsi zəifləyir
- 13.05.2025 [17:44]
Türkiyə Prezidenti Ankarada NATO-nun Baş katibini qəbul edib
- 13.05.2025 [17:30]
Cənubi Koreyada anbarda yanğın: 178 nəfər təxliyə edilib
- 13.05.2025 [16:32]
“Almaniya Krallığı” təşkilatı qadağan edilib
- 13.05.2025 [16:23]
Etna vulkanı yenidən oyanıb
- 13.05.2025 [15:46]
İtaliyanın Kampi Fleqrey şəhərində 4,4 bal gücündə zəlzələ olub
- 13.05.2025 [15:38]