Putin Soçidən Trampla telefon danışığı aparır YENİLƏNİB

Moskva, 19 may, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla Soçidən telefon danışığı aparır.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalist Pavel Zarubin məlumat verib.
Rusiya dövlətinin başçısı “Sirius” tədris mərkəzinin musiqi məktəbinin binasındadır və onu burada Xüsusi Rabitə və İnformasiya Xidmətinin əməkdaşları müşayiət edir. Məlumata görə, telefon danışığı artıq bir saat yarımdır davam edir.
19:50
ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı keçirilir. AZƏRTAC-ın məlumatına görə, bunu Ağ ev rəsmisi CNN-ə təsdiqləyib.
Daha əvvəl də ABŞ Prezidentinin açıqladığı kimi, telefon danışığı Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üzrə müzakirələr aparmaq məqsədi daşıyır.
Putin bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə də danışıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2025 [14:14]
Qazaxıstan nəqliyyat potensialını gücləndirir
- 13.06.2025 [14:06]
İsrailin zərbələri nəticəsində İranın nüvə alimləri də həlak olub
- 13.06.2025 [13:53]
İranın Ali rəhbəri xalqa müraciət edib
- 13.06.2025 [13:29]