Tramp və Abe İrandan neft idxalının tam dayandırılmasını müzakirə ediblər
Bakı, 28 aprel, AZƏRTAC
ABŞ prezidenti Donald Trampın Yaponiyanın baş naziri Sinzo Abe ilə görüşünün gedişində İrandan neft idxalının tam dayandırılması ilə bağlı tədbirlər müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Reuters agentliyi ABŞ-ın Yaponiyadakı səfiri Uilyam Hagertiyə istinadla məlumat yayıb. Səfir bildirib ki, liderlər görüş zamanı KXDR ətrafında vəziyyəti və sanksiya təzyiqinin saxlanmasını da müzakirə ediblər. Onlar, həmçinin ikitərəfli iqtisadi əməkdaşlıq, o cümlədən yapon avtomobillərinin ABŞ-da istehsalı məsələlərinə toxunublar.
Yaponiyanın Baş naziri Sinzo Abe ABŞ-da ikigünlük səfərdədir. O, cümə günü Ağ evdə Prezident Donald Trampla təkbətək danışıqlar aparıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]