Tretyakov Qalereyası bütün ekspozisiyalarını xüsusi mühafizə cihazları ilə təchiz edəcək
Moskva, 28 yanvar, AZƏRTAC
Rusiya Dövlət Tretyakov Qalereyası bütün ekspozisiyalarını xüsusi mühafizə cihazları ilə təchiz edəcək.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə qalereyanın direktoru Zelfira Trequlova bildirib.
Xatırladaq ki, yanvarın 27-də Tretyakov qalereyasında XIX əsr rus rəssamı Arxip Kuincinin məşhur “Ay-Petri” əsəri oğurlanmışdı. Hüquq-mühafizə orqanları şəkli oğurlamış şəxsi saxladıqdan sonra əsəri tapıblar. Rəsmin qiyməti bir milyon dollar məbləğində qiymətləndirilir.
Arxip Kuincinin sərgisi Tretyakov qalereyasında ötən il oktyabrın 6-dan keçirilir. Sərgidə rəssamın Rusiyada, habelə xarici ölkələrin muzeylərində, o cümlədən Azərbaycanda saxlanılan 200-ə yaxın əsəri nümayiş olunur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]