TRT HABER: TÜRKSOY türk dünyasının ortaq sərvətidir
İstanbul, 21 aprel, AZƏRTAC
Türkiyənin məşhur TRT HABER televiziya kanalı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) barədə geniş reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinovun fikir və mülahizələri əsasında təşkilatın fəaliyyətini, eləcə də qurumun təsisçilərindən olan Azərbaycan Respublikasına dair əks olunan kadrlar yayımlanıb. Kadrlarda ötən dövrdə TÜRKSOY tərəfindən türk dünyasının zəngin mədəni irsinin dünyada tanınması və təbliği sahəsində görülən məqsədyönlü işlər əksini tapıb. Baş katib əsaslandırıb ki, TÜRKSOY-un məqsədyönlü fəaliyyəti türk dünyasının ortaq sərvətidir.
Qeyd edək ki, bu il TÜRKSOY-un qurulmasının 25 ili tamam olur. TÜRKSOY tərəfindən 2018-ci il “Qara Qarayev İli” elan olunub və Türkiyənin Kastamonu şəhəri türk dünyasının mədəniyyət paytaxtı seçilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]