ELM VƏ TƏHSİL
Turan Topalova: Reytinq siyahısında ilk onluqda olan universitetlərdə təhsil alacaq gənclərin sayı 135 nəfər müəyyən edilib VİDEO
Bakı, 12 avqust, AZƏRTAC
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na edilən dəyişikliyə əsasən, dünyanın 15 ölkəsinin 85 nüfuzlu ali təhsil müəssisəsində 500 nəfər təhsil alacaq. Eyni zamanda, qəbul olunanlar siyahısında dünya universitetlərinin reytinq cədvəllərində yer alan ilk onluqda təhsil alacaq gənclərin sayı 135 olaraq müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova avqustun 12-də keçirilən brifinqdə söyləyib. O xatırladıb ki, Dövlət Proqramı çərçivəsində 2024-2025-ci tədris ili üzrə 295 gənc xaricdə təhsil almaq imkanı qazanıb.
Xatırladaq ki, avqustun 12-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamında dəyişiklik edilib.