Turizm təhsilinin gələcək karyeraya təsiri
Bakı, 5 aprel, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə bu ali məktəbin və Avstriya-Azərbaycan Turizm Proqramının (AATP) məzunu Həvva Səfərova tərəfindən “Turizm təhsilinin gələcək karyeraya təsiri” mövzusunda təlim-təqdimat keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, universitetin turizm və otelçilik ixtisasında təhsil alan tələbələri üçün keçirilən təlimdə H.Səfərova turizm təhsilinin üstünlükləri, bu sahədə təhsil alan tələbələrin gələcək karyeralarında onun tətbiqindən söz açıb. Həmçinin uğurlu karyera qurmaq üçün hansı nüanslara diqqət edilməsi barədə tələbələrin suallarını cavablandırıb.
Sonra tələblərlə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]