Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Türk dövlətləri Orta Dəhlizin inkişafı üçün daha böyük imkanlar yaratmaqla həm də siyasi zəmanət əldə etmiş olurlar – ŞƏRH

Türk dövlətləri Orta Dəhlizin inkişafı üçün daha böyük imkanlar yaratmaqla həm də siyasi zəmanət əldə etmiş olurlar –  ŞƏRH

Bakı, 9 iyul, Rabil Kətanov, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü dünya birliyinə bir daha nümayiş etdirdi ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir. Bu fakt Ermənistanı revanşa sövq edən Fransa kimi bəzi Avropa dövlətlərinə tutarlı cavab idi. TDT-yə daxil olan dövlətləri təkcə tarix, milli və dini dəyərlər deyil, eyni zamanda, iqtisadi əməkdaşlıq əlaqələri birləşdirir. Bu birlik tarixin inkişaf prosesində meydana çıxan geosiyasi zərurətdir. TDT özündə dövlətlərlə yanaşı, Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarını birləşdirir. Mərkəzi Asiya respublikaları əhalisi təqribən 1,4 milyard nəfər olan Çinlə sərhəddə yerləşir. Avropa dövlətləri isə bu böyük bazara çıxış əldə etməyə və ticarət əlaqələrini genişləndirməyə daim can atıblar.

Azərbaycan coğrafi mövqeyi və iqtisadi infrastrukturu ilə həm Avropa və Asiya, həm də türk dövlətləri arasında körpü rolunu oynayır. Türkiyənin “Ulusal” kanalının siyasi şərhçisi Yakub Aslan Şuşa Zirvə görüşünü şərh edərək bildirib ki, Prezident İlham Əliyev dünyada cərəyan edən ağır siyasi prosesləri nəzərə alıb Azərbaycanın geosiyasi mövqeyini çox düzgün qiymətləndirərək türk dövlətlərinin iqtisadi inteqrasiyasına nail olmaq üçün təkliflər irəli sürür. Bu isə bütün Avrasiya regionundakı dövlətlərin iqtisadi inkişafı üçün geniş imkanlar yaradır. Asiya ilə Avropa arasındakı ticarət əlaqələrinin inkişafı ilə sıx bağlı olan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyəti üçün Azərbaycan zəruri infrastruktur layihələri həyata keçirib.

Prezident İlham Əliyev Şuşa Zirvə görüşündə çıxışı zamanı bildirdi ki, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir. Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə xidmət edən növbəti uğurlu addımdır. İnanıram ki, Fond vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaqdır. Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir. Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa ilə Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir.

Göründüyü kimi, Azərbaycanın potensialı və düzgün iqtisadi siyasət yürütməsi, eyni zamanda, Avropa və Asiya dövlətlərinin dəhlizlərə artan marağı postneft dövrü üçün hazırlanmış strategiyadır.

Tədbirdə Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun əhəmiyyətini vurğulayan Qazaxıstan Prezidenti bildirdi: “Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun bütün potensialı istifadə olunmalıdır. Bu gün bu istiqamətdə konteyner daşımalarının həcmi kəskin şəkildə artıb. Biz nəqliyyat daşımalarının vaxtını azaltmaq üçün multimodal rəqəmsal platforma, rəqəmsal ticarət dəhlizi yaratmışıq. Bu istiqamətdə Azərbaycanla sıx əməkdaşlıq edirik”. Qazaxıstanın dəhlizə xüsusi maraq göstərməsinin səbəbi odur ki, Çindən Avropa istiqamətinə daşınan yüklər məhz Qazaxıstan ərazisindən keçərək Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu ilə Azərbaycana, buradan isə Avropaya daşınır.

Orta Dəhliz vasitəsilə yükdaşımaların həcminin ildən-ilə artması Çinlə yanaşı, Yaponiya, Koreya və digər Cənub-Şərqi Asiya ölkələrinin marağına səbəb olub. Rusiya-Ukrayna müharibəsinin, dünyada postneft dövrünün başlaması dəhlizlərin aktuallığını daha da artırır. MDB Ölkələri İnstitutunun Mərkəzi Asiya və Qazaxıstan şöbəsinin müdiri, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Andrey Qrozin qeyd edir ki, yeni nəqliyyat dəhlizlərinin, o cümlədən multimodal Şimal-Cənub nəqliyyat dəhlizinin perspektivləri daha genişdir. Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Rusiya və Çin yaxın vaxtlarda bu istiqamətdə əməkdaşlığı daha da gücləndirə bilərlər.

Orta Dəhliz məsafə və müddət baxımından böyük alternativ sayılır. Hesablamalar göstərir ki, Çindən Avropaya gedən yük qatarı Orta Dəhlizlə 10 min kilometr deyil, 7 min kilometr məsafə qət edir. Bu da Asiya ilə Avropa arasında qlobal ticarətdə bu dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu göstərir. Eyni qatar Cənub dəhlizi üzrə göndərilsə, Süveyş kanalı üzərindən gəmi ilə 20 min kilometr yol qət edir. Bu mənada, Orta Dəhliz öz imkanları ilə şübhəsiz ki, region ölkələrinin koordinasiyalı əməkdaşlığı sayəsində dünya ticarətinin ən mühüm həlqələrindən biri hesab oluna bilər.

Türk dövlətləri Orta Dəhlizin inkişafı üçün daha böyük imkanlar yaratmaqla həm də siyasi zəmanət əldə etmiş olurlar. Yükləri Orta Asiya və Zaqafqaziyadan keçən dövlətlər və transmilli korporasiyalar bu regionlarda daim siyasi sabitliyin hökm sürməsində maraqlı olacaqlar ki, bu da Ermənistan kimi destruktiv dövləti revanş almaq imkanından məhrum edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

“Arab News”: COP29 ərəfəsində ev sahibi ölkə kimi Azərbaycan yaşıl inkişaf məqsədlərinə nail olmağa çalışır

ANAMA-dan mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış

Çində körpü uçub, 11 nəfər ölüb, 30 nəfər itkin düşüb

Qəhrəmanlıq ənənələrinə sədaqət ruhunda

Türkiyə Müdafiə Nazirliyi: Kipr türklərini heç vaxt tək qoymayacağıq

Asim Xudiyev UEFA-dan yeni təyinat alıb

“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilən şəxslər təlimlərə cəlb edilib

Türkiyə dünya ictimaiyyətini ŞKTC-ni tanımağa çağırıb

Qurtuluşun başlanğıc günü

Faktiki hava: Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağıb

İkinci Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli rayonuna gəliblər VİDEO

Türkiyə Prezidenti Lefkoşaya bayram tədbirlərinə gəlib

Banqladeşdə komendant saatı tətbiq edilir

Azərbaycan millisinin kapitanı: Portuqaliya ilə oyunlar bizə təcrübə qazandıracaq

Bu il övladlığa verilmiş uşaqlarla bağlı 342 monitorinq keçirilib

Azərbaycan idmançısı beynəlxalq turnirdə gümüş medal qazanıb

FHN: Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib

Xəzər dənizinin Azərbaycana mənsub bölməsində aşkar olunan qaçaqmal götürülüb

Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb

Bakıda Özbəkistan Kinosu Günləri keçiriləcək

Azərbaycanın stolüstü tennisçiləri Avropa Universitet Oyunlarında mübarizəyə başlayırlar

DİN: Ötən gün 3,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında silahlar təhvil götürülüb

Anasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bu gün Qubada beynəlxalq basketbol turnirinə start veriləcək

Bu il 20 uşaq himayədar ailələrə verilib, 123 uşaq öz ailələrinə qaytarılıb

Milli Müdafiə Universitetində ingilis dili üzrə təməl səviyyə kursunun buraxılış mərasimi keçirilib

Anasını qətlə yetirən oğul könüllü olaraq polisə gedib

Xankəndi, Şuşa, Kəlbəcər ərazisindən tapılan silah-sursatın sayı açıqlanıb

Dünya birjalarında neft ucuzlaşıb

DİN: Ötən gün narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilib

Qaxda saxlanılan narkokuryerdən 8 kiloqram marixuana, heroin və tiryək götürülüb VİDEO

Malayziyaya məxsus təyyarə Bakı hava limanına təcili eniş edib

Ermənistanın sürətlə hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyi artırır - ŞƏRH

Aralıq dənizinin ikinci ən böyük adası: Sardiniya - FOTOREPORTAJ

Şirvanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Ekspert: “Microsoft”un çökməsi kibersavaşın “əsas məşqidir”

Paytaxtın Nizami rayonunda törədilən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb YENİLƏNİB

Romada qədim Papa sarayının qalıqları tapılıb

Dəcəl uşaqlar haqqında bilmədiklərimiz - Araşdırma

Tramp Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edib

Hava çirkliliyi dünyada ölümə səbəb olan ikinci ən mühüm risk faktoruna çevrilib

Zelenski Kir Starmerə Ukraynaya qoyulan silah məhdudiyyətləri ilə bağlı çağırış edib

İspaniya insanabənzər meymunlar haqqında qanun qəbul edən ilk ölkə olacaq

Türkiyə, Azərbaycan və ŞKTC-nin qadın sahibkarları əməkdaşlıq məsələlərini müzakirə ediblər

Ev heyvanına sahib olmaq psixi sağlamlıq üçün əhəmiyyətlidir

İlon Mask “Windows”dakı nasazlığı İT tarixində ən böyük uğursuzluq adlandırıb

Gürcüstan və Çin nümayəndə heyətləri Orta Dəhlizin inkişaf perspektivlərini müzakirə ediblər

Blinken: İsraillə HƏMAS arasında atəşkəs üzrə danışıqlar sona yaxınlaşıb

Ukrayna və Böyük Britaniya müdafiə imkanlarının inkişafına dair saziş imzalayıblar

Çaqqalın hücumuna məruz qalan Şəki sakini xəstəxanalıq olub

İdman jurnalistləri arasında Milli Mətbuat Gününə həsr olunmuş intellektual yarış keçirilib

Avropa Universitet Oyunları: Azərbaycan badmintonçularından ibarət komanda növbəti dəfə uduzub

Kəlbəcər rayonunda mina hadisəsi baş verib, xəsarət alanlar var

Gürcüstanda amnistiya nəticəsində məhkumların 10 faizi azadlığa çıxacaq

“Əl-Cəzirə” rəsmisi BAMF-ın fəxri mükafatına layiq görülüb

Muxtar Babayev: Bütün fikirləri nəzərə alaraq dayanıqlı inkişafa nail olmağa çalışmalıyıq

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında 
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Azad Vətən Partiyasının səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Gələcək Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin forması, sayı və hazırlanması qaydası haqqında 
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıblar

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 15 iyul tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Sorğu: Demokratlar Partiyasında əksəriyyət Kamala Harrisin prezident olmasını istəyir

“ARAF” kuboku uğrunda konkur yarışlarına start verilib

® Azərbaycan dili üzrə natiqlik çempionatının yarımfinal mərhələsi yekunlaşıb

Arxeologiya və Antropologiya İnstitutu Astara rayonunda arxeoloji qazıntıları davam etdirir

Cari ilin 6 ayında AKTA-ya 20 subyekt üzv qəbul olunub

Naxçıvan şəhərində ət satışı məntəqəsində ciddi nöqsanlar aşkarlanıb

Avropa Universitet Oyunları: Azərbaycan badmintonçularından ibarət komanda Litvaya məğlub olub

İyulun 20-22-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II Şuşa Qlobal Media Forumu keçiriləcək

Probasiya sahəsində Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Yalçın Rəfiyev: İqlim maliyyə fəaliyyət fondu vasitəsilə 1 milyard dollar vəsait toplamağa çalışırıq VİDEO

Türkiyənin Milli Hərbi Dəniz Qüvvələri sabah Şimali Kiprdə 50 gəmi ilə parad keçirəcək

İstanbulda Osmanlı dövrünə aid tarixi saray muzey kimi istifadəyə verilib

Göygöldə “Ekoloji maarifləndirmədən başlayan yaşıl gələcək” mövzusunda təlim proqramı təşkil edilib

Uşaqlıq xəyallarını gənclik hədəflərinə çevirmək zamanıdır

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb: bir nəfər 400 bal toplayıb

COP29 Akademiyasının rəsmi açılış mərasimi keçirilib

“Dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi və “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyul  tarixli 108 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

149 il əvvəl əkilən toxumlar gülüstan yaratdı

® “INMerge” İnnovasiya Sammiti nədir?

“Texnologiya və innovasiyalar” işçi qrupunun birinci yarımil üzrə fəaliyyətə dair növbəti iclası keçirilib

Avstraliyalı xokkeyçi Olimpiadada iştirak üçün barmağının bir hissəsini amputasiya etdirib

Saymon Still: COP29 bizə çox böyük ümidlər verir

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən 3 rayonda görülən işlər açıqlanıb VİDEO

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Fransanın Azərbaycana qarşı hüquqi və siyasi reallığa sığmayan bəyanatlarının heç bir təsiri olmayacaq  - ŞƏRH

Nigar Arpadarai: Çalışırıq ki, bütün tərəfdaşlar COP29-a öz töhfələrini versinlər

Xarici siyasət uğurlarımız Azərbaycan Prezidentinin beynəlxalq arenada nüfuzunun ifadəsidir  ŞƏRH

Muxtar Babayev: COP29 sədrliyi olaraq, regional fəaliyyətlərlə bağlı təşəbbüslər irəli sürmüşük

® Məlahət Qəhrəmanova: Kimyəvi maddələrdən çox istifadə, keyfiyyətsiz qida və normal həyat rejiminin olmaması saçlara böyük zərər verir

Elm və təhsil naziri Xaçmazda vətəndaşlarla görüşüb

Bolnisidə “Ana dilimizi sevək və sevdirək” layihəsinin iştirakçıları mükafatlandırılıb

Azərbaycan Premyer Liqası və Kubokunda yeni mövsümün təqvimi açıqlanıb

“Avropa Siyasi Birliyi” Zirvə toplantısında Azərbaycan Prezidentinə olan yüksək diqqət ölkəmizin qitə üçün önəminin göstəricisidir - ŞƏRH