Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞƏRH

Türk dövlətlərinin inkişafı, Türk birliyinin güclənməsi mədəni, iqtisadi, idman sahələrinə də təsirini göstərir RƏY

Türk dövlətlərinin inkişafı, Türk birliyinin güclənməsi mədəni, iqtisadi, idman sahələrinə də təsirini göstərir  RƏY

Bakı, 9 iyul, AZƏRTAC

Son vaxtlar baş verənlərin təsvirini gənclik dövrümüzdə çox məşhur olan bir deyimin ifadəsini yeni tərzdə - dünyada yeni bir kabus, “türkçülük (boz qurd) kabusu dolaşmaqdadır” vermək mümkündür. Doğrudan da son bir neçə ildə dünyada baş verən hadisələr, xüsusilə gündən-günə daha da aktuallaşan, türklük, türk birliyi, Türk Dövlətləri Təşkilatı ilə bağlı məsələlər, xəbərlər artıq dünyanın diqqət mərkəzində olmaqla yanaşı, dostlarımızı qürurlandırır, düşmənlərimizin isə qorxulu yuxusuna çevrilir. Həm də bu prosesin, bu hərəkatın önündə, onun lokomotivinin yenə də Azərbaycan-Türkiyə tandeminin olması, bu dalğanın mənbəyi kimi Bakı ilə Ankaranın çıxış etməsi reallığı xüsusilə insanın köksünü doldurur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli söyləyib.

Siyasi şərhçi bildirib ki, Türk dövlətləri arasında əməkdaşlıqda ilk kövrək addımlar 1992-ci ildən bu yana müəyyən fasilələrlə toplanan Türk dilində danışan ölkələrin Zirvə görüşü ilə atılıb. 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında imzalanmış müqavilə ilə qurulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), 2021-ci ilin noyabrında İstanbul Zirvə toplantısında Türk Dövlətləri Təşkilatı adlandırılan bu beynəlxalq qurum hazırda Türk dövlətlərinin birlik, qardaşlıq, həmrəylik mücəssəməsi olmaqla yanaşı, dünyanın siyasi və iqtisadi güc mərkəzinə çevrilməkdədir. O vaxtlar bu başlanğıcı bir xülya, bir ilğım kimi görənlər, ciddiyə almayanlar bu gün artıq onun reallığının şahididir, şəninə məddahlıq edir, epitetlər deyir, bəzilərinin hikkəsi yerə-göyə sığmır, bəziləri isə kin-küdurətini, nifrətini gizlədə bilməyərək ona qarşı cəbhə açmağa, onun qarşısını almaq üçün böhtan, iftira kampaniyası təşkil etməyə çalışırlar.

Əlbəttə, bu yüksəlişə birdən-birə nail olunmayıb, bu uğurlar heç də rahatlıqla əldə edilməyib. Dünyanın yarıdan çoxunu fəth etməyə qadir olan türkün gücünə, qüdrətinə şahidlik edən tarix və bu tarixi yaxşı bilən, ondan dərs çıxarmağa çalışan bu günün siyasi güc mərkəzlərinin, dünyanın taleyini həll etmək iddiasında olan dairələrin hədələrini, zərbələrini dəf etmək, onların müqavimətini qıraraq bu səviyyəyə ucalmaq heç də asan olmayıb.

Təbii ki, bu birliyin təməlinin qoyulmasının, zaman-zaman inkişafının kökündə, xalqların etnik köklərə malik olmaları, dil birliyimiz, milli ənənələrimizin yaxınlığı, bir-birinə oxşarlığı, xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi, zəngin və qədim tariximiz, ortaq mədəniyyətimiz, tarixi keçmişimiz, Türk dövlətlərini sıx birləşdirən xalqların qarşılıqlı səmimi dostluq münasibətləri, liderlərin siyasi iradəsi, siyasi, iqtisadi, coğrafi məkan, demoqrafik vəziyyət, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səyləri, zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastrukturların yaradılması, Mərkəzi Asiyanı, Qafqazı, Avropanı birləşdirən nəqliyyat dəhlizlərinin yaradılması zərurəti və sair dayanır. Lakin bu birliyin inkişafına güclü təkan verən, təşkilatın daha sıx formalaşmasını intensivləşdirən tarixi hadisə məhz 44 günlük Vətən müharibəsindəki Zəfərimizdir. Zaman sübut edir ki, bu hadisə, həmçinin antiterror əməliyyatı yalnız Azərbaycan xalqının deyil, bütöv Türk dünyasının qürurunu artırdı, özünəinamını qaytardı, kimliyini dərk etdirdi. Rəşadətli Azərbaycan Ordusunun qazandığı parlaq Qələbədən sonra Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələr və əməkdaşlıq daha da gücləndi və bu, bu gün yüksələn xətlə inkişaf edir.

Məhz 2020-ci ildən sonra Türk dövlətlərinin rəhbərlərinin qarşılıqlı səfərlərinin intensivləşməsi əlaqələrin daha da dərinləşməsinin göstəricisidir. Bu səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün vacib rol oynayır. Türk dövlətləri təkcə mədəni, iqtisadi deyil, siyasi və digər sahələrdə də güclərini birləşdirir və inkişaf etdirirlər. Xüsusilə işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun mədəni irsinin bərpası istiqamətində Türk dövlətlərinin Azərbaycana dəstəyi, əslində, həm də böyük siyasi mahiyyət kəsb edir.

“Türk Dövlətləri Təşkilatından, Azərbaycanın bu təşkilata verdiyi önəmdən və töhfədən danışarkən, heç şübhəsiz, Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində dediyi sözləri mütləq xatırlamalıyıq. Azərbaycanın yürütdüyü siyasətin əsas mahiyyətini vurğulayan dövlətimizin başçısı bildirmişdi: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Azərbaycan Prezidentinin “Bizim ailəmiz Türk dünyasıdır” kəlamının bariz nümunəsi və Azərbaycanın yürütdüyü siyasətin sübutu kimi böyük Zəfərin zirvəsi olan Şuşa möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edərək ölkəmizin Türk dünyasının birliyinə növbəti töhfəsini verdi. Belə möhtəşəm tədbirin işğaldan azad edilmiş Şuşada keçirilməsi ayrı siyasi mahiyyət daşımaqla, bir daha Qarabağ, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü ilə bağlı dünyaya, həm də Ermənistanın havadarlarına ciddi bir mesaj idi”, - deyə siyasi ekspert əlavə edib.

O vurğulayıb ki, Azərbaycan Prezidenti Şuşada çıxışında “Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir” deməklə bir daha türk dünyası ideyasının əhəmiyyətini vurğuladı, onu beynəlxalq aləmin diqqətinə çatdırdı. Şuşa Zirvə görüşünün yekunu olaraq imzalanan Qarabağ Bəyannaməsi isə heç bir mübaliğəsiz demək olar ki, gələcəkdə Türk tarixinin mühüm hadisəsi kimi dəyərləndiriləcək. Bunu, necə deyərlər, “sənədin mürəkkəbi qurumamış” ona olan reaksiyalar, xüsusilə də Avropa İttifaqının bəzi məmurlarının qısqanc, qərəzli açıqlamaları və sair təsdiq edir. Sənəddə bir məqam diqqəti xüsusi olaraq cəlb edir: “Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsini tələb edir”. Bəyannamədə, həmçinin Türk dövlətlərinin qlobal miqyasda potensialı nəzərə alınmaqla daha iddialı məqsədlərin qarşıya qoyulmasının zərurəti vurğulanır ki, bu da TDT-nin qarşıdakı illərdə daha geniş məqsədlərindən və böyüyən iddialarından xəbər verir.

“Heç şübhə etmirəm ki, məhz Türk dövlətlərinin inkişafı, Türk birliyinin, Türk Dövlətləri Təşkilatının güclənməsi, dünya siyasət meydanında yer tutması, mədəni, iqtisadi, idman sahələrinə də təsirini göstərməkdədir. Bu mənada futbol üzrə Avropa çempionatında Türkiyə futbolçusunun məlum hərəkətinə Avropa məmurlarının, UEFA və bəzi siyasi dairələr tərəfindən buna ədalətsiz, qeyri-adekvat davranış məhz Türk birliyinin getdikcə artan gücünə, qüdrətinə olan münasibətdir. Lakin bu cür cılız hərəkətlərlə türklüyə, Türk birliyinə mane olmaq mümkün deyil. Onlar Türk birliyinə qarşı nümayiş etdirdikləri ədalətsiz yanaşma ilə özləri də istəmədən dünya türklüyünü oyadır, daha da təmərküzləşdirir, daha gücləndirir. Artıq türklük yenidən Ergenekondan çıxıb”, - deyə Ə.Abbasbəyli vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moldova klubu "Zirə" ilə oyun üçün Bakıya gəlib

Daha yeddi itkin-şəhidin dəfn mərasimi keçiriləcək

Bu ilin birinci yarısında KOB evlərində sahibkarlara 200 mindən çox xidmət göstərilib

SOCAR ilə Sloveniya şirkəti arasında qaz təchizatı sahəsində Anlaşma Memorandumu imzalanıb

Bu il ARDNF büdcəsindən gənclərin xaricdə təhsili üzrə dövlət proqramının icrasına 7,1 milyon manat yönəldilib

CNN: Tramp 14 əsas ştatda Baydeni qabaqlayır

Ermənistanda yüksəkrütbəli məmurların hamısı uzunmüddətli məzuniyyətə gedib

Dövlət Neft Fondunun aktivləri 58 milyard dolları ötüb

İcraçı direktor: Paytaxtımız müstəmləkəçiliklə mübarizə fəaliyyətlərinin və dekolonizasiya proseslərinin mərkəzinə çevrilib VİDEO

“Real Madrid”in əsas futbolçusu üç ay oynamaya bilər

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacaq

Bu il Naxçıvanda sahibkarlıq fəaliyyəti ilə bağlı 46 lisenziya verilib

DİN: Vətəndaşın narkotiklə ittiham edilməsi iddiaları əsassızdır

® Vüsal Şıxəliyev “Caspian Energy Club”ın üzvləri ilə görüşüb

Azərbaycan millisinin baş məşqçisi: İnanıram ki, Avropa çempionatına da vəsiqə qazanacağıq

Nağdsız ödənişlə alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə 35 milyon manata yaxın ƏDV geri qaytarılıb

Alimlər: İstixana emissiyaları günün uzunluğunu artırır

Azərbaycan alimi Bolqarıstanda müasir elmi problemlərin həlli istiqamətində müzakirələr aparıb

Gənc rəssam Ülkər Baxışovanın sərgisi açılıb

Çempionlar Liqası: “Neftçi”nin Avstriya klubu ilə oyununun başlama saatı açıqlanıb

Paytaxt üzrə məktəbəhazırlıq qruplarına 17 min 264 uşaq qeydiyyatdan keçib

Ötən sutka ərzində 83 yanğın hadisəsi ilə bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib

® MCC liderlərinin məşqçisi Fatih Elibol oktyabrın 7-18-də Azərbaycanı dünyanın ən səmərəli “ELB Məşqçilik Təlimi” ilə tanış edəcək

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

“Şahdağ Qaçış Festivalı”na 500 nəfərə yaxın iştirakçı qatılıb

Nikol Paşinyan “Avropa siyasi birliyi”nin sammitində iştirak etmək üçün Londona işgüzar səfərə gedib

Azərbaycan memarı Hacıbəy Axundov və onun şah əsəri

Dünya Alpaqut Federasiyasında yeni təyinatlar olub

Asiya İnkişaf Bankı Hindistanda dam örtüyü günəş sistemlərinin maliyyələşdirilməsi üçün kredit ayırıb

Avtoyuma məntəqəsindən avtomobil qaçıran saxlanılıb

Yeni kaledoniyalı parlamentari: Fransa terrorçu dövlətdir

Bu il Sumqayıt Kimya Sənaye Parkında 2 müəssisə fəaliyyətə başlayacaq

Yeni Yaşma qəsəbəsi ərazisində döyüş tətbiqinə yararlı top mərmisi aşkarlanıb VİDEO

Türkiyə MMN: Dendiasın Türk və yunan xalqları arasında nifaq salaraq siyasi karyera qurmaq cəhdləri nəticə verməyəcək

Növbəti GRE imtahanı keçiriləcək

DİM: 1300-dən çox abituriyent hərbi liseylərə qəbul imtahanı verəcək

Gənclər Kitabxanasında Məhəmməd Füzulinin 530 illiyi münasibətilə sərgi hazırlanıb

ÜST Sudanda humanitar fəlakətlə bağlı xəbərdarlıq edib

“Zirə”nin portuqaliyalı qapıçısı: “Şerif”lə matçda dominant futbol oynamağa çalışacağıq - MÜSAHİBƏ

Yeni Kaledoniya Partiyasının üzvü: Fransa dövlətinin hüquqlarımızı tapdalaması yolverilməz və qəbuledilməzdir VİDEO

Gürcüstanın Baş naziri Avropa Siyasi Birliyinin Sammitində iştirak edəcək

AQTA: Şamaxıda toy mərasimində zəhərlənmə hadisəsi ilə əlaqədar birgə araşdırmalara başlanılıb

Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb

Banqkokda hoteldə altı nəfərin cəsədi tapılıb

Milli Kitabxanada “Şuşa zərgərlik məmulatları” adlı virtual sərgi açılıb

Səksənə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxslər saxlanılıb VİDEO

Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu Fransa koloniyalarında yaşayan gənclər üçün Azərbaycanda təhsil almaqla bağlı tələbə təqaüdü elan edib VİDEO

Azərbaycanda genişzolaqlı internetə qoşulan təsərrüfatın sayı 2,7 milyona çatıb

® GAC brendi artıq Azərbaycanda!

“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ŞKTC-nin banilərinin xatirəsini anıblar

Qubada keçiriləcək beynəlxalq basketbol turnirinin təqvimi bəlli olub

Perunun cənubunda avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 26-ya çatıb

İmişlidə qəza zamanı velosipedçi xəsarət alıb

Yeni Kaledoniyanın XİN başçısı: Bakı Qurultayında çətin yoldan uzaqlaşmaq üçün həll yolu tapmalıyıq VİDEO

BMT-nin virtual Qlobal Biznes Forumu keçirilib

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Minifutbol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Jan-Jakob Bisep: Fransa koloniyalarına qarşı cinayətlər törədən dövlətdir VİDEO

SOCAR “Azər-Türk Bank”ın səhmlərinin 51 faizini almağı nəzərdən keçirir

FHN zəlzələ ilə bağlı məlumat yayıb

DİN: Ötən gün 32 cinayətin üstünün açılması təmin olunub

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatına start verilib

Astara və Masallıda “Məşğulluğa dəstək layihəsi” ilə bağlı ictimai dinləmələr keçiriləcək

Bakıda Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki Müstəqillik Hərəkatlarının Qurultayı keçirilir VİDEO

Avropa çempionatı: Azərbaycan basketbol millisi Niderlandla qarşılaşacaq

® “Voyah” və “M-Hero”: Gələcəyin avtomobilləri artıq Azərbaycanda!

Azərbaycan nefti ucuzlaşıb

Şamaxıda toyda kütləvi zəhərlənmə olub

Paytaxtın 4 rayonunun qaz təchizatında fasilə yaranacaq

ABŞ-da Respublikaçılar Partiyasının qurultayının keçirildiyi ərazidə silahlı şəxs saxlanılıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Azərbaycan-Gürcüstan sərhədində zəlzələ olub

Ukrayna dəniz dəhlizi ilə 57,7 milyon ton yük daşıyıb

“Birləşdik-2024” təliminin taktiki epizodu nümayiş etdirilib

Xaricdə işləyən rumınlar ölkə iqtisadiyyatına ən böyük sərmayə qoyurlar

Qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti tarixi uğura imza atıb

Gürcüstan Çindən minik avtomobillərinin idxalını iki dəfədən çox artırıb

Ayda astronavtların istifadə edə biləcəyi mağaranın olduğu təsdiqlənib

Rumıniyada koronavirusa yoluxma ilə bağlı əhəmiyyətli artım qeydə alınıb

BVF Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozunu artırıb

Özbəkistanın Vergi Komitəsində süni intellekt əsasında virtual köməkçi yaradılıb

Yeni Dehlidə UNESCO-nun Dünya İrsi Siyahısında nominasiyaların qalibləri müəyyən olunacaq

Quba rayonunda zəlzələ qeydə alınıb

İtaliyada istidən ölənlərin sayı 4 nəfərə çatıb

Araşdırma: Lupus xəstəliyinin əsas səbəbinin müəyyənləşdirilməsi yeni müalicələrə yol aça bilər

Bidzina İvanişvili: Müharibəyə qoşulacağı təqdirdə Gürcüstan Ukraynadan da pis nəticələr əldə edəcək

Qurban Qurbanov: Komandamız çox yaxşı hazırlıq keçdi

Ukrayna və Çexiya müdafiə sənayesi sahəsində iki saziş imzalayıb

500 ilə qədər yaşayan köpək balıqları ürək xəstəliklərinə dərman ola bilərmi?

Yunanıstanda anomal istilər səbəbindən açıq havada işləmək qadağan edilib

Zelenski Ukrayna parlamentinə xainlərin dövlət mükafatlarından məhrum olunmasına dair qanun layihəsini təqdim edib

DGK “Union Logistics”yə məxsus yük nəqliyyat vasitələri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Türkiyə XİN Omanda məscidə edilən silahlı hücumla bağlı açıqlama verib

Hakim “Gürcü Arzusu” və “Xalqın gücü” partiyaları parlament seçkilərində vahid siyahı ilə iştirak edəcəklər

Çempionlar Liqası: “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi məlum olub

Seçmə mərhələ: Azərbaycan millisi sonuncu oyununda İsveçrəyə məğlub olub

Seçenov Universitetinin Bakı filialının Tədris-Simulyasiya Mərkəzi yeni avadanlıqlarla təmin ediləcək

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə bürünc medal qazanıblar