“Türk Hava Yolları”nın İstanbul hava limanından ilk uçuşu həyata keçirib
İstanbul, 6 aprel, AZƏRTAC
“Böyük köç”dən sonra “Türk Hava Yolları”nın İstanbul hava limanından ilk uçuşu yerli vaxtla saat 14:26-da Ankaranın Esenboğa hava limanına həyata keçirib.
AZƏRTAC xəbər verir ki, aviasiya tarixində unikal hadisə olan İstanbulun Atatürk hava limanının İstanbul hava limanına köçürülməsi işlərinin ilk mərhələsi ötən ilin oktyabr ayında başlayıb. Nəhəng köçün 45 saatlıq son mərhələsi bu gün saat 23:59-da başa çatacaq. Atatürk hava limanından sonuncu sərnişin reysi İstanbuldan Sinqapura olub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]