Türk Mədəniyyəti və İrsi Fondu ilə “İpək yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi arasındakı əməkdaşlıq genişlənir


Bakı, 24 iyun, AZƏRTAC
Türk Mədəniyyəti və İrsi Fondu ilə “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Bu barədə AZƏRTAC-a Fonddan məlumat verilib.
Bildirilib ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və “İpək Yolu” Mədəni Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazovanın imzaladığı sənəddə qarşılıqlı fəaliyyətin genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi və İpək yolu boyunca yerləşən türk xalqlarına məxsus çoxəsrlik tarixi və zəngin mədəni irsin araşdırılması, qorunması və təbliği nəzərdə tutulub.
Sənəd Türk dünyasının ortaq mədəni köklərinin araşdırılması, elmi tədbirlərin təşkili, birgə nəşrlərin hazırlanması və ictimaiyyətin maarifləndirilməsi məqsədini daşıyır. Tərəflər, həmçinin beynəlxalq platformalarda türk mədəni irsinin tanıdılması üçün birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində razılığa gəliblər.
Memorandum tərəflər arasında gələcək əməkdaşlığın üfüqlərini genişləndirir və Türk dünyasının inkişafına xidmət edəcək irimiqyaslı birgə layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.07.2025 [17:55]
Azərbaycan ilə Özbəkistan arasında birgə mədəni tərəfdaşlıq
- 10.07.2025 [17:19]
Günay Əfəndiyeva: Biz öz mədəni irsimizə sahib çıxmalıyıq
- 10.07.2025 [15:10]
Milli Kitabxanada “Xalq yazıçısı Sabir Əhmədli - 95” adlı sərgi açılıb
- 10.07.2025 [12:00]
Köhnə Bakı küçələrinin silinməz naxışları VİDEO
- 10.07.2025 [11:31]
Gənclər Kitabxanasında Xalq yazıçısı Sabir Əhmədlinin xatirəsi yad edilib
- 10.07.2025 [11:08]