Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Türk professor: Azərbaycan həm milli maraqlarını qoruyur, həm də dünyada sülhün bərqərar olmasına töhfə verir

Türk professor: Azərbaycan həm milli maraqlarını qoruyur, həm də dünyada sülhün bərqərar olmasına töhfə verir

İstanbul, 14 fevral, Günel Karatepe, AZƏRTAC

Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu siyasi yol bu gün daha da təkmilləşib və balanslaşlaşdırılmış şəkildə inkişaf etdirilir. Ölkənin xarici siyasəti Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək çoxşaxəli xarakter alıb və coğrafi baxımdan əhəmiyyətli dərəcədə genişlənib.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Uludağ Universitetinin professoru, iqtisadçı, Türk dünyası üzrə mütəxəssis Mehmet Yüce söyləyib.

Mehmet Yüce deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövrün şərtlərinə uyğun olaraq müxtəlif prioritetlər və xarakteristikalar daşıyan xarici siyasət yürüdüb. Ulu Öndərin yenidən hakimiyyətə gəlməsi Azərbaycan üçün yeni bir dövrün başlanğıcı olub. Bu dövrdə Azərbaycan həm Rusiya ilə Qərb bloku arasında, həm də qonşuları ilə balanslaşdırılmış siyasət yürütməyə başlayıb. Bu, ölkənin rəsmi siyasətinə çevrilərək bu günədək davam edən əsas siyasi xətti olub.

Ümummilli Liderin hakimiyyəti dövründə Azərbaycanın xarici siyasət prinsipləri haqqında danışan müsahib vurğulayıb ki, bunların əsasını, ilk növbədə, Qarabağ probleminin beynəlxalq hüquqa uyğun həlli təşkil edib. Həmçinin Azərbaycanın bütün ölkələrlə sülh şəraitində yaşaması, problemlərinin həllinə güc tətbiq etmədən nail olması, digər ölkələrin daxili işlərinə qarışmaması, bütün dövlətlərlə birbaşa diplomatik əlaqələr qurması və beynəlxalq təşkilatlarda təmsil olunması bu prinsiplər sırasında yer alıb.

Professor bildirib ki, Ulu Öndərin əsasını qoyduğu siyasi yol bu gün uğurla davam etdirilir. “44 günlük Vətən müharibəsində Qələbə qazanan Azərbaycan Cənubi Qafqaz regionunda iqtisadi, siyasi baxımdan əsas aktor kimi bölgənin siyasi sabitliyinin təmin olunmasında böyük məsuliyyətləri üzərinə götürüb və beynəlxalq aləmdə regional sülh üçün təşəbbüs göstərən ölkəyə çevrilib. Bu çərçivədə Azərbaycanın xarici siyasət prioritetlərini İkinci Qarabağ müharibəsindən əvvəl və sonra olmaqla, iki mərhələdə təhlil etməliyik. Belə ki, Vətən müharibəsindən əvvəl Azərbaycanın xarici siyasətinin əsas prioritetləri sırasında Qarabağın Ermənistan tərəfindən işğalını beynəlxalq platformalarda gündəmdə saxlamaq və işğal altındakı torpaqları azad etmək xüsusi yer tuturdu. Müharibədən sonra isə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin edilməsi, Ermənistanla sərhəd məsələlərinin həlli, regionda sülh və sabitliyin bərqərar olunması prioritetə çevrilib”, - deyə o diqqətə çatdırıb.

Azərbaycanın Qarabağın işğaldan azad olunması prosesini hərbi-diplomatik yolla uğurla idarə etdiyini vurğulayan professor deyib: “Azərbaycan 30 il ərzində çoxşaxəli diplomatik səylər göstərib, beynəlxalq təşkilatlar səviyyəsində haqqını sübut etməyə çalışıb. Nəticədə BMT səviyyəsində Qarabağın Azərbaycan torpağı olduğunu təsdiqləyən dörd qətnamə qəbul etdirildi. Həmçinin Qarabağ probleminin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycanın haqlı mövqeyinin sübut olunmasına çalışıldı. Lakin diplomatik səylərə baxmayaraq, məsələ ilə bağlı real irəliləyiş əldə edilmədi. Buna görə də Azərbaycan öz gücünə ədaləti bərpa etmək məcburiyyətində qaldı”.

Mehmet Yüce qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan mülki insanları hədəfə almayıb, müharibəni işğal olunmuş ərazilərində ədalətli şəkildə aparıb. Qələbədən sonra isə Ermənistanla normallaşma prosesinə start verib, beynəlxalq arenada çoxşaxəli və fəal siyasət yürüdərək, regional, eləcə də qlobal problemlərin həllində güclü rol oynamağa başlayıb. Beləliklə, Azərbaycan həm milli maraqlarını qoruyub, həm də dünya ilə sağlam, balanslı və güclü münasibətlər qurmağa çalışıb. Buna nail olduğu da göz qabağındadır. Başqa sözlə desək, Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycanın xarici siyasət prioriteti dəyişərək “işğalın bitirilməsi” məqsədindən “regionda iqtisadi canlanmanın təmin olunması” istiqamətinə yönəlib. “Vətən müharibəsində Qələbə qazandıqdan sonra Azərbaycan yeni regional mövqeyini gücləndirərək qlobal siyasi-iqtisadi məkanda güclü aktora çevrilmək məqsədini ön plana çəkdi. Bu çərçivədə təbii ki, ölkənin xarici siyasət prioritetləri də dəyişdi. Bunlara Zəngəzur dəhlizinin açılması, Ermənistanla münasibətlərin normallaşdırılması və sərhəd məsələlərinin həlli, regionda sülhün və sabitliyin təmin olunması daxil edildi. Eyni zamanda, Cənubi Qafqazda dayanıqlı inkişafın təşviqi, beynəlxalq aləmdə nüfuzlu və təşəbbüskar bir dövlətə çevrilmək, enerji təhlükəsizliyi və enerji nəqlinin təmin edilməsi, çoxşaxəli xarici siyasət yürüdərək beynəlxalq inkişaf proseslərinə töhfə vermək kimi məsələlər bu sırada yer aldı”, - deyə professor bildirib.

Zəngəzur dəhlizinin açılması məsələsinə toxunan M.Yüce qeyd edib ki, bu layihənin reallaşması ilə təxminən 30 il bağlı qalan iqtisadi və nəqliyyat yolları açılacaq. Bu da bölgə üçün yeni imkanlar yaradır. Çünki Zəngəzur dəhlizi Orta Dəhlizin əsas marşrutlarından biri, hətta ən vacib hissədir. “Bu dəhliz Türkiyədən başlayaraq Qafqaza, buradan Xəzər dənizini keçərək Çinə qədər uzanan Orta Dəhliz layihəsinin yenidən canlandırılması baxımından mühüm rol oynayır. Bu, həmçinin Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr üçün əhəmiyyətli fürsətlər yaratmaqla yanaşı, Avropa-Çin ticarət xəttində iqtisadi gəlir əldə etməyə imkan verir. Bu marşrutun tam gücü ilə işləməsi üçün Azərbaycan ciddi səylər göstərir. Bir sözlə desək, Azərbaycan müharibədən sonrakı dövrdə yaranan yeni geostrateji vəziyyətdən maksimum istifadə edərək iqtisadi və nəqliyyat imkanlarını reallaşdırmağa çalışır. Bu yeni vəziyyət isə enerji təhlükəsizliyi və səmərəliliyi baxımından təkcə regionumuz deyil, digər bölgələr üçün də əlavə imkanlar yaradır”, - deyə o bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumunda aparılan müzakirələr dünyanın düzgün istiqamətdə inkişafı üçün əvəzolunmazdır

İğdır valisi Türkiyə-Azərbaycan əməkdaşlığının inkişafına töhfəsinə görə mükafatlandırılıb

İsrailin sabiq Prezidenti: Qlobal səhiyyə problemlərinin Bakı Forumunda müzakirə olunması son dərəcə vacibdir

Heydər Əliyev Mərkəzində qədim insan məskənlərinin mühafizəsinə dair beynəlxalq konfrans təşkil olunub

Azərbaycan paralimpiyaçısı bu gün beynəlxalq turnirdə iştirak edəcək

Nazir: Səhiyyə sənayesi texnoloji irəliləyişlərin və fərdiləşdirilmiş tibbin birləşməsi ilə formalaşacaq

Maliyyə naziri İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

Azərbaycanın U-21 millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb

Beynəlxalq Akademiya Yaqub Mahmudov haqqında kitab nəşr etdirib

Ançelotti sıx oyun qrafikindən şikayətlənib

Gürcüstanın xarici ticarət dövriyyəsi 15,4 faiz artıb

Latviyada Novruz bayramı qeyd olunub

Bakıda “Qlobal səhiyyə böhranda: Hazırlılıq və bərabərlikdə yeni cəbhələr” mövzusunda müzakirələr aparılır

Bakı-Ələt magistral yolunda yük maşını yanıb

BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin nümayəndəsi: Bakı Forumu qlobal problemlərin həlli üçün yeni perspektivlər təqdim edir

Azərbaycan Qazaxıstanda mülki müdafiə üzrə beynəlxalq tədbirdə təmsil olunub

Belqradda minlərlə insanın iştirakı ilə aksiya keçirilir

“Erkən müayinə can qurtarır” adlı tibbi aksiyanın növbəti ünvanı Sabirabad olub

Temperatur 10-15 dərəcə enəcək – XƏBƏRDARLIQ

Qlobal Bakı Forumu Azərbaycanın imkanlarını dünyaya çatdıran unikal platformadır ŞƏRH

“Milliyet” qəzeti: Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların başa çatması uzun yolun başlanğıcıdır

Qaradağ rayonunda əməliyyat zamanı 3 kiloqram narkotik vasitə aşkarlanıb

İtaliya sahillərində 4,7 bal gücündə zəlzələ olub

Bəzi yanğın təhlükəsizliyi məsələləri ilə əlaqədar FHN əhaliyə müraciət edib

Qlobal Bakı Forumu: Qadınların fəaliyyətini dəstəkləyən xüsusi tədbirlərin həyata keçirilməsinə ehtiyac var - YENİLƏNİB

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Dendrologiya İnstitutu Azərbaycan Tibb Universitetində ağacəkmə aksiyası keçirib

İtaliyada əlverişsiz hava şəraitinə görə 248 nəfər təxliyə olunub

Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Bakıda növbəti ağacəkmə aksiyası və iməcilik keçirilib

Milli Kitabxanada “Xalq yazıçısı Süleyman Rəhimov–125” adlı virtual sərgi və ənənəvi kitab sərgisi təqdim edilib

Vayra Vike-Frayberqa: İqlimlə bağlı maarifləndirmə kampaniyaları daha geniş və intensiv olmalıdır

Bərdədə yaşayış binasının eyvanı uçub, bir nəfər dağıntılar altında qalıb VİDEO

Əvvəllər məhkum olunmuş şəxslərdən narkotik vasitələr və psixotrop tərkibli həblər aşkarlanıb

Qlobal Bakı Forumunda “Yeni dünya üçün yeni texnologiyalar” adlı panel iclas keçirilib - YENİLƏNİB

Real TV-nin 7 yaşı tamam olur

Azərbaycanın U-17 millisi seçmə mərhələdə ikinci oyununa çıxır

Martın 15-də İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü qeyd olunur

DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir

“Xəmsə” şadlıq evində yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb VİDEO

Müfti Ravil Qaynutdin: İslam dünyası Qarabağın bərpasında Azərbaycana kömək etməyə hazırdır

Xəzər və Nəsimi rayonlarında vətəndaşlar tərəfindən polisə 2 avtomat təhvil verilib

Fariz Cəfərov: Azərbaycanda artıq bir sıra sahələrdə süni zəka tətbiq olunur

Xəzər və Nəsimi rayonlarında oğurluq edən iki şəxs saxlanılıb

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edilib - SƏRƏNCAM

DİN: Ötən gün 43,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

 Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.Ə.Əbdürrəhmanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Tomas Lamanauskas: Hazırda dünyada süni intellekt texnologiyalarının yalnız 45 faizi tətbiq olunur

“İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında
Azərbaycan Respublikasının Qanunu

“Sabahın alimləri” müsabiqəsində Şəki-Zaqatala bölgəsinin 11 məktəblisi uğur qazanıb

Rosen Plevneliyev: XII Qlobal Bakı Forumunda texnologiyaların etik şəkildə istifadəsi müzakirə olunan ən vacib məsələlərdəndir

Azərbaycan futzal millisinin Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb

Yunanıstanın sabiq baş naziri: Texnologiyalar bəşəriyyətə xidmət etməlidir

Premyer Liqa: Bu gün XXVII turun növbəti oyunları keçiriləcək

Yeni ölçmə zamanı Fuci dağının daha hündür olduğu müəyyənləşib

Azərbaycanın üç boksçusu Macarıstandakı turnirdə finala yüksəlib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

15 mart - Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür

Mərakeşdə yaşayan Azərbaycan icması və Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüş keçirilib

Ağstafada avtomobil piyadanı vuraraq öldürüb VİDEO

Paytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir

Bəstəkarlar İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilib

Zaqatalada Şıxəli Qurbanovun 100 illik yubileyi qeyd olunub

Tədqiqat: Diqqət xətalarının məkan yaddaşına təsiri aydınlaşdırılıb

Deputat: Beynəlxalq birlik ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edir

Azərbaycanın Batumidəki Baş konsulluğu Acarıstanda aztəminatlı ailələrə yardım edib

Denis Şmıqal: Ukrayna energetikasını bərpa etmək üçün təxminən 68 milyard dollar vəsait lazımdır

ABŞ Senatı ölkəni növbəti şatdaundan xilas edəcək qanun layihəsini təsdiqləyib

Qazaxıstan Prezidenti: Bir deyil, üç atom elektrik stansiyası inşa edilməlidir

Azərbaycanlı gənc pianoçu London Transport Muzeyində solo konsert verib

Almaniyada CDU/CSU, SPD və Yaşıllar 100 milyard avroluq iqlim dəyişikliyi fondunun yaradılması məsələsində razılığa gəlib

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

Superliqa: “Qalatasaray” üç xala darmadağınla sevinib

Azərbaycan güləşçisi Avropa çempionatında qızıl medal qazanıb

Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” sərgisi açılıb

Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər

“Azərbaycanın qədim insan məskənləri dünya irsinin bir hissəsi kimi: təcili qorunmaya ehtiyac” mövzusunda panel iclas keçirilib

Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır

“France 5” kanalı Əlcəzairdə vaxtilə kimyəvi silahdan istifadə edilməsi haqqında sənədli filmi proqramdan çıxarıb

Mark Karni Kanadanın Baş naziri kimi vəzifəsinin icrasına başlayıb

BDU-da kibergigiyena və onlayn təhlükələrdən qorunmanın yolları araşdırılıb

Gənc Diplomatlar üçün Xarici Siyasət Proqramının açılış mərasimi baş tutub

“Güllər rüzigarı” adlı sərgi açılıb

“Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Mədəniyyət Mərkəzində avstriyalı məktəblilər üçün ekskursiya təşkil olunub

Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər

Tbilisidə Novruz bayramı münasibətilə tədbir keçirilib

Misli Premyer Liqası: “Araz-Naxçıvan” – “Şamaxı” oyunu qollu heç-heçə ilə yekunlaşıb

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bədii qiraət müsabiqəsinin qalibləri təltif ediliblər

Naxçıvanda cəzaçəkən şəxslərə pulsuz hüquqi və psixoloji xidmət göstərilib

Arayik Harutyunyan məhkəmədə Ruben Vardanyanla bağlı danışıb

İsveçrənin RTS kanalı Əlcəzair müharibəsi zamanı Fransanın kimyəvi silahdan istifadə etdiyini açıqlayıb

Arayik Harutyunyan: Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu- MƏHKƏMƏ VİDEO

Arayik Harutyunyan: Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu- MƏHKƏMƏ VİDEO

ADA Universitetində 11-ci Bahar Gənclik Festivalı keçirilib

Anisa Bahiti: Azərbaycan və Albaniya arasında diplomatik əlaqələr möhkəmlənir

Qlobal Forum çərçivəsində “COP29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusunda panel iclas keçirilib VİDEO

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib