Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Türk Şurasının mediaforumunda türkdilli ölkələrin KİV-ləri arasında əməkdaşlıq və həmrəyliyin vacibliyi vurğulanıb

İstanbul, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 22-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək tədbirin açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun İkinci Qarabağ müharibəsi zamanı sosial media vasitəsilə aparılan böyük mübarizə haqqında danışıb.

Bir il əvvəl Azərbaycan torpaqları hələ işğaldan tam azad edilməmiş, ermənilərin qadağan olunmuş silahlarla Azərbaycanın dinc əhalisini hədəfə aldığını xatırladan F.Altun tarixin bu dönüş nöqtəsində Azərbaycanın yanında olduqlarını xüsusi qeyd edib: "Müharibə dövrü ərzində biz də qardaşım, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə informasiya cəbhəsində birgə mübarizə apardıq. Nəticədə şanlı Zəfərin əldə olunmasına töhfə vermiş olduq və şükürlər olsun ki, qalib gəldik. Allahdan şəhidlərimizə rəhmət diləyir, bir daha "Qarabağ Azərbaycandır" deyirəm”.

Çıxışı zamanı Türk Şurasının təməlində qardaşlığımız, ortaq dəyərlərimiz, keçmişimiz və tariximizin dayandığını ifadə edən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən forumun Türk Şurasına üzv ölkələrin bir çox sahədə olduğu kimi, media sahəsində də həmrəyliyinə böyük töhfə verəcəyinə əminliyini bildirib.

Qırx dörd günlük Vətən müharibəsi dövründə Türkiyənin, eləcə də bir sıra türkdilli dövlətlərin daim Azərbaycanın yanında olduğunu vurğulayan Prezidentin köməkçisi deyib: “İlk növbədə, başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla, qardaş Türkiyənin Azərbaycanın yanında olmasını, mənəvi, siyasi, diplomatik dəstək verməsini qeyd etmək istərdim. Həmin dövrdə Türkiyənin nəbzi, ürəyi Azərbaycanla döyünürdü və nəhayət Azərbaycan xalqının bu həsrətinə son qoyuldu. Eyni zamanda, Türk Şurasına üzv ölkələr və başda Şuranın baş katibi olmaqla 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqına öz dəstəklərini əsirgəmədilər. Vətən müharibəsi dövründə iki qardaş ölkənin KİV-i də çiyin-çiyinə mübarizə apardılar”.

Qeyd edilib ki, Vətən müharibəsində əldə edilən Zəfərdən sonra hazırda Azərbaycan Qarabağı yenidən qurmaq və türk-İslam sivilizasiyasının mərkəzi bölgəsi kimi Qarabağın tarixi nüfuzunu özünə qaytarmaq əzmindədir. Hikmət Hacıyev əmin olduğunu bildirib ki, qardaş türk ölkələri də bu prosesdə Azərbaycanın yanında olacaq və birgə fəaliyyət göstərəcəklər.

Mediaforuma videomüraciət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk dünyasının rəqəmsal faşizmlə yanaşı, beynəlxalq medianın ikili standartından da əziyyət çəkdiyini bildirib. Xüsusən Azərbaycanın 44 gün davam edən Qarabağ müharibəsi zamanı nümayiş etdirilən ikiüzlü münasibətin məsələnin ölkələrimiz üçün əhəmiyyətini ortaya qoyduğunu vurğulayan Türkiyə Prezidenti medianın müstəqilliyindən və obyektivliyindən danışan beynəlxalq media orqanlarında Ermənistan ordusu tərəfindən Azərbaycanın dinc əhalisini hədəf alan ballistik raket hücumlarının heç vaxt gündəmə gətirilmədiyini qeyd edib.

Rəcəb Tayyib Ərdoğan müraciətində türkdilli ölkələri müstəqil informasiya sistemi və KİV yaratmağa çağırıb.

Forumun ilk günü "Ortaq mədəni gələcək: Türk dünyasında serial-film sektoru", "Türk dünyasının 30-cu ildönümü xüsusi iclası: Köklü keçmiş, güclü gələcək" və "Keçmişdən gələcəyə türk dünyası birliyi" mövzularında panel iclasları keçirilib.

Tədbir bədii hissə ilə davam etdirilib.

Xatırladaq ki, "Köklü keçmiş, güclü gələcək" şüarı ilə keçirilən mediaforumda ölkəmiz Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi geniş nümayəndə heyəti ilə təmsil olunur.

Foruma Türk Şurasına üzv ölkələr - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan, habelə müşahidəçi ölkələr Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən olan media nümayəndələri, akademiklər, dövlət qurumlarının və özəl təşkilatların yüksəkvəzifəli şəxsləri, sosial media təmsilçiləri, universitet tələbələri olmaqla 500-dən çox iştirakçı qatılıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bahar Muradova: Təzyiqə məruz qalan şəxslərin sosial şəbəkədə görüntüləri paylaşılarkən onların gələcək taleyi düşünülmür

Astanada Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 20-ci iclası keçiriləcək

Səudiyyə Ərəbistanı neft hasilatını könüllü olaraq azaldıb

Saatlıda yol qəzası nəticəsində piyada həyatını itirib

Od çərşənbəsində ölkə ərazisində 15 dərəcəyədək isti olacaq

Azərbaycanda 2024-cü ilin idman səfirləri müəyyənləşib

Jelyazkov: Bolqarıstan Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə qoşulmaq niyyətindədir

İqlim dəyişikliyi yoluxucu xəstəliklərin yayılmasına təsir edir, əhalini yeni xəstəliklər və epidemiyalar riskinə məruz qoyur

Bahar Muradova: “Zərif mühəndislər” layihəsi qızların təhsilinə xüsusilə dəstək olacaq

Dövlət Neft Fondunun fevralda dollar satışının həcmi açıqlanıb

Səhiyyə müəssisəsində baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Pakistanda şiddətli yağışlar 36 nəfərin ölümünə səbəb olub

TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının 12-ci iclası Qazaxıstanda keçiriləcək

Teatr Xadimləri İttifaqında “Baxış - 4” festivalının açılışı olub

Alimlər möhtəşəm səhra ulduz təpələrinin sirlərini açır

Bolqarıstan Xalq Məclisinin sədri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

İsveçrəli təqaüdçülərə hər il 13-cü pensiya veriləcək

Beynəlxalq buzadırmanma yarışında Azərbaycan komandası iki bürünc medal qazanıb

Prezident İlham Əliyev Bolqarıstan Xalq Məclisinin sədrini qəbul edib YENİLƏNİB

Laşa Darsaliya: Gürcüstan sülh dialoqu üçün öz platformasını təklif edir

İki il əvvəl itkin düşmüş Abşeron rayon sakininin qəsdən öldürülməsi müəyyənləşdirilib

ÜST-5 rifah indeksi əsasında elmi araşdırma aparılıb

Türkiyə Superliqası 168 milyon avroluq yayım gəliri ilə Avropada altıncı yerə yüksəlib

Bakıda “Gənclərin Xalq Diplomatiyası Sammiti-2024” keçirilib

Bahar Muradova Goranboyda vətəndaşların müraciətlərini dinləyəcək

Qadınlardan ibarət sablya üzrə Azərbaycan millisi Dünya Kubokunda doqquzuncu olub

Malayziya MH370 aviareysi ilə bağlı təhqiqatı davam etdirməyə hazırdır

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb VİDEO

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb

Azərbaycanın bərpaolunan enerji istehsalının sürətlə artması ölkəmizi bu sahə üzrə regionda əsas ixracatçıya çevirmək məqsədi daşıyır

Tbilisidə keçirilməsi planlanan “OpenTalks.AI” konfransı ləğv edilib

Türk dövlətlərinin iqtisadi siyasət araşdırma mərkəzləri şəbəkəsinin növbəti toplantısı keçirilib

Bakıda Tatar Mətbəxi Festivalı keçirilib

Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunların vaxtı açıqlanıb

Premyer Liqada bu mövsümün üçüncü məhsuldarlığı qeydə alınıb

Paytaxt üzrə 39 mərkəzdə olimpiada və müsabiqə keçirilib

Braziliyada avtobus qəzasında iki turist ölüb, 40 nəfər yaralanıb

Avstraliyada köklükdən əziyyət çəkənlərin sayı on ildə 61,5 faiz artıb

Dənizkənarı Bulvar İdarəsində media nümayəndələri ilə görüş keçirilib

Ədəbiyyat İnstitutunun 90 illik yubileyi keçirilir YENİLƏNƏCƏK

Osman Mesten: Xocalıda insanları, sadəcə, türk olduqları üçün qətlə yetirənlərin cəzalandırılmasını tələb edirik

BMU-nun iki komandası “Robotex Azərbaycan”da birinci yeri tutub

Bloomberg: Qərb uran mədənlərinin fəaliyyətini bərpa edir

Bolqarıstan Xalq Məclisinin nümayəndə heyəti şəhidlərin xatirəsini ehtiramla yad edib

Martın 4-ü Piylənmə ilə Mübarizə Günüdür

TÜRKPA-ya üzv dövlətlər arasında elm və texnologiya sahəsində əlaqələr daha da genişləndirilməlidir

“Neftçi” Azərbaycan çempionatlarında 200-cü məğlubiyyətini alıb

Tələbələr və elmi işçilər üçün dəyərli kitab

Ali məktəblərdə təhsil alan əlilliyi olan şəxslərin sayı açıqlanıb

“Zirə”nin legioneri Premyer Liqa tarixinə düşüb

Gürcü şairi Makvala Qonaşvilinin şeirlər kitabı nəşr olunub

Oliver Pardo: Heç bir hüquqşünas Makronun Ermənistanı silahlandırmaq qərarını qəbul edə bilməz

Rəsədxana: Geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır

Heydər Əliyev Mərkəzində dünyaşöhrətli pianoçu Alfredo Rodrigesin triosu ilə konserti olub

FHN: Həftəsonu 98 yanğına çıxış olub, 21 nəfər xilas olunub

TƏBİB: İtin dişlədiyi azyaşlının vəziyyəti ağırdır

“Mançester Siti” 69 il sonra ilkə imza atıb

Bakıda TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclası keçirilir

Analitik kimyaya dair yeni dərs vəsaiti

ABŞ-ın “Crew Dragon” kosmik gəmisi uğurla orbitə çıxarılıb

Xankəndidə 3,8 kiloqram marixuana aşkarlanıb

TÜRKPA-nın komissiya iclasının iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər

İsraildə 250 min il əvvələ aid daş alətlər tapılıb

Ötən ay Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 10 min 600-dən çox müraciət daxil olub

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Albalı bağında” layihəsi təqdim edilib

Braziliyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər ölüb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 oktyabr tarixli 285 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə”də və 2017-ci il 8 fevral tarixli 44 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq tədbirin iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

“Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Aqrar Sığorta Fondu kənd təsərrüfatı mütəxəssisləri üçün yeni əməkdaşlıq imkanı yaradıb

Binəqədinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq

Dünya birjalarında neft ucuzlaşıb

Şirvanda sahibsiz itlər quduzluğa qarşı peyvənd olunub

Peruda daşqınlar nəticəsində altı nəfər ölüb

Azərbaycanda transyağlarla bağlı görülən işlər ÜST tərəfindən yüksək qiymətləndirilib

Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi üçün tədbirlər davam etdirilir

Göyçayda baş verən qəzada 3 nəfər ölüb VİDEO

Son iki gün təhvil alınan və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Son iki gündə narkotiklərlə əlaqəli 60 fakt müəyyənləşib

Cəbrayıl polisi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfəri saxlayıb

Xarkovun vizit kartına çevrilən heykəllərimiz - REPORTAJ VİDEO

Ağsuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Bakının bir sıra yollarında sıxlıq yaranıb

İsrail Qəzzaya humanitar yardım aparan 277 yük maşınına icazə verib

İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Koreya Respublikası və ABŞ “Azadlıq qalxanı” təlimlərinə başlayır

ABŞ aprel ayına qədər Ukraynaya yardım haqqında yeni qanun layihəsi təqdim edə bilər

Haitidə məhbusların kütləvi şəkildə qaçması zamanı 10 nəfər həlak olub

OPEC+ ölkələri hasilatın azaldılmasını iyunun sonuna qədər uzatmaq barədə razılaşıblar

Macarıstan XİN-in başçısı Makronun düşüncəsizliyini tənqid edib

NYT: HƏMAS İsraillə məhbus mübadiləsi formulu ilə razılaşmayıb

“QGallery”də Kamran Məmmədovun “Təfsir” adlı fərdi sərgisi açılıb

Polkovnik: Nuru Paşanın adı Azərbaycan hərb tarixində daim yaşayacaq

Bolqarıstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

ABŞ Hərbi Hava Qüvvələri süni intellektə malik min pilotsuz qırıcı qəbul etməyi planlaşdırır

Azərbaycan həndbol millisi seçmə mərhələdə Litvaya məğlub olub

Akif Aşırlı: Nuru Paşanın Azərbaycan qarşısında xidmətləri böyükdür

Salyanda yol qəzası baş verib, xəsarət alanlar var

Azərbaycan cüdo millisi Avropa Kubokunda birinci yeri tutub

“Neftçi”nin baş məşqçisi: Düşünürəm ki, 4:1 hesablı məğlubiyyət ədalətli nəticə deyildi