TÜRKDİLLİ ÖLKƏLƏRİN SİYASƏTİNƏ DƏSTƏK İCTİMAİ FONDUNUN FƏXRİ HƏMSƏDRLƏRİ SEÇİLMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək İctimai Fondu idarə heyətinin qərarına əsasən Azərbaycan Milli Məclisinin deputatları Nizami Cəfərov, Gülər Əhmədova və Bakı Dövlət Universitetinin professoru Aqil Hacıyev bu qurumun fəaliyyətinə və həyata keçirdiyi layihələrə yaxından köməklik göstərdiklərinə görə Fondun fəxri həmsədrləri seçilmişlər.
Fəxri həmsədrlərı təbrik edən Fondun sədri Nüsrət Məmmədov bu işdə onlara uğurlar arzulamışdır.
Nüsrət Məmmədov bildirmişdir ki, Fondun təşəbbüsü ilə ötən il Bişkekdə və Almatıda, bu yaxınlarda isə Bakıda “XX əsrdə türkdilli ölkələrin inkişafında siyasi liderlərin rolu” mövzusunda elmi-praktiki konfranslar keçirilmiş, bu tədbirlərdə Heydər Əliyev, Atatürk və türk dünyasının digər siyasi liderləri ilə bağlı məruzələr oxunmuşdur. Fondun sədri demişdir ki, biz belə tədbirlər silsiləsini davam etdirəcəyik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]